147. Yağlayıcı İşin xüsusiyyəti. 1-ci dərəcə Maşın, mexanizm, mühərrik, aqreqat, avtomobil, traktor və digər avadanlıq və maşın hissələrinin təyin olunmuş vaxt ərzində yağlanması. Reduktor və qutuların, lubrikatorların və avtomatik hərəkət edən cihazların təzyiq altında yağlanması üçün sürtkü materiallarının dəyişdirilməsi və doldurulması. Yağların yağ qabına tökülməsi, işlənmiş yağların təmizlənmək üçün yığılması. Transmissiya vallarının toz və çirkabdan təmizlənməsi.
Bilməlidir:xidmət olunan avadanlığın sahədə yerləşməsini; yağlanmalı olan hərəkətedici hissələri; sürtkü materiallarının növü, çeşidi və təyinatını; xidmət olunan avadanlıq və maşınların yağ yollarının sxemini; maşın və avadanlıqların yağlanması və təmizlənməsi qaydası, müddəti və dövrlüyünü; avadanlığın hərəkət edən hissələrinə qalxmaq üçün pilləkən, nərdivan və digər vasitələrin qurulması üsullarını; yağlama, təmizləmə və yuyulmada istifadə edilən sadə alət və vəsaitlərin təyinatını.
148. Yağlayıcı İşin xüsusiyyəti. 2-ci dərəcə Avadanlıq, cihaz və aparatların hərəkət edən mexanizmlərinin müəyyən edilmiş müddətdə tənzimlənməsi və yağlanması. Xidmət olunan sahədə və ya sexdə yağ yolları sisteminin saz vəziyyətdə saxlanılmasına nəzarət. Vaqon bukslarının və digər hərəkət heyəti detallarının baxışı, doldurulması və yağlanması. Yararsız yağ qablarının dəyişdirilməsi və yağ yollarında olan defektlərin aradan qaldırılması, sürtkü materiallarının xüsusiyyətindən və təyinatından asılı olaraq seçilməsi. Sürtkü və yağlayıcı materialın alınması, saxlanılması və uçotu.
Bilməlidir: yağ yollarının, yağlanılan qurğuların sxemini və bütün avadanlıqların yağlanılması dövrlüyünü; sürtkü yağlarının tərkibi və xüsusiyyətlərini; yağlama sisteminin növlərini-halqavari, təzyiq altında, doldurulmuş; yağ nasoslarının, filtrlərinin quruluşunu və onların tənzimlənməsi qaydasını; sürtkü yağlarının saxlanılması və uçotu qaydalarını; işlənmiş yağların regenerasiyası haqqında əsas məlumatları.