Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Yanacaq doldurma stansiyasının operatoru



Yüklə 330,35 Kb.
səhifə115/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   111   112   113   114   115   116   117   118   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

153. Yanacaq doldurma stansiyasının operatoru
İşin xüsusiyyəti.
3-cü dərəcə
Avtomobil, motonəqliyyat, traktor, uçuş aparatların, gəmilərin və digər nəqliyyat vasitələrinin mexaniki və yarım avtomat vasitələrin köməyi ilə yanacaq və sürtkü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Məhsuldarlığı dəqiqədə 500 1-ə qədər olan hərəkətedici doldurma vasitələri ilə uçuş aparatlarının doldurulması. Suyun radiatora doldurulması və mühərrik mayesinin süzülməsi. Avadanlığın təmiri üzrə sifarişlərin təqdim edilməsi və onların təmirdən sonra qəbulu. Neft məhsullarının doldurma məntəqəsinə daşınması üzrə sifarişlərin təqdim edilməsi. Maddi-hesabat sənədlərinin aparılması. Ölçü cihazları və aparatlarının yoxlanılması müddətinə nəzarət. Xidmət olunan avadanlığın xırda nasazlıqlarının aradan qaldırılması, təmizlənməsi və yağlanması.
Bilməlidir: xidmət olunan doldurucu avadanlığın, nəzarət-ölçü cihazlarının quruluşunu; neft məhsullarının fiziki və kimyəvi xüsusiyyətlərini; qış və yay vaxtlarında istifadə edilən bütün neft məhsullarının adı, markası və növlərini; sifariş və maddi-hesabat sənədlərinin tərtilə edilməsi qaydalarını; ölçü cihazları və aparatlarının yoxlanılması müddətini.
154. Yanacaq doldurma stansiyasının operatoru
İşin xüsusiyyəti.
4-cü dərəcə
Avtomobil, motonəqliyyat, traktor, uçuş aparatlarının, gəmilərin və digər nəqliyyat vasitələrinin distansion idarə edilməklə avtomat və mexaniki vasitələrin köməyi ilə yanacaq və sürtkü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Məhsuldarlığı dəqiqədə 500 1-dən yuxarı olan səyyar doldurma vasitələri ilə uçuş aparatlarının doldurulması. Yanacaq və yağ bölüşdürücü avadanlıqların, idarəetmə avtomatlarının və elektrik paylayıcı lövhələrin sazlığının yoxlanılması. Yanacaq paylayıcı kolonkaların və ölçü qurğularının yoxlanışa təqdim etmə müddətinə nəzarət etmək. Avadanlığın təmirə verilməsi üzrə sifarişləri tərtilə edir və onları təmirdən sonra qəbul edir. Səyyar avtodoldurucu stansiyaların qidalandırma mənbəyinə birləşdirilməsi, daxiliyanma mühərrikli benzin elektrik aqreqatının, generatorun və elektrik lövhəsinin işçi vəziyyətinə gətirilməsi. Doldurma vasitələrinin distansion idarə edilməsi avtomatında xırda nasazlıqların aradan qaldırılması.
Bilməlidir: rezervuar, texnoloji boru kəmərlərinin, yanacaq paylayıcı avadanlıqların və elektron-avtomat idarəetmə sisteminin istismar qaydalarını; uçuş aparatların yanacaq və yağ sistemlərinin sxemini; təyyarələrin mərkəzi doldurma sisteminin istismar qaydasını; aviasiya yanacaq-sürtkü materiallarının tərkibindəki suyun və mexaniki qatışıqların avtomatik və kimyəvi metodla müəyyən edilməsinin və onların keyfiyyətinə operativ-aerodrom nəzarətinin aparılması qaydalarını; səyyar avtomobil doldurma stansiyasının avadanlıqlarının texniki istismar qaydalarını. Səyyar avtomobil doldurma stansiyasının iş yerində qurulması və elektrik qidalandırıcısı ilə birləşdirilməsi qaydasını; daxiliyanma mühərrikinin hazırlanma və işə salınma qaydalarını.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin