Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə117/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   113   114   115   116   117   118   119   120   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

İşin xüsusiyyəti.
2-ci dərəcə
Hazır yapışqanlardan soyuq, yaxud isti üsulla müxtəlif növ yapışqan məhlullarının hazırlanması. Yapışqan maddələrinin emalı üçün resept və rejimlərin seçilməsi. Seçilmiş rejimə müvafiq temperaturun tənzimlənməsi. Ayrı-ayrı komponentlər əlavə etməklə qatılığın tənzimlənməsi. Areometr və yaxud yapışqanlığı ölçənlə məhlulda qatılığın yoxlanılması. Hazır məhlulun istehsala verilməsi. Yapışqan məhlullarını hazırlamaq üçün materialların yararlığının müəyyənləşdirilməsi. Yapışqanların zahiri əlamətlərə görə növləşdirilməsi.
Bilməlidir: yapışqan məhlullarının reseptini; yapışqan məhlullarının hazırlanma qaydalarını və bişirilmə rejimlərini; yapışqan maddələrinin və yapışqan məhlullarının xüsusiyyətlərini; yapışqan məhlullarını əmələ gətirən ilkin materiallara, habelə yapışdırılan məmulatların strukturundan və təyinatından asılı olaraq yapışqan məhlullarına verilən tələbləri; qazanların, bakların, vannaların, yapışqan bişirilən qabların quruluşunu; temperaturu və siqnalizasiyanı tənzimləyən, nəzarət edən cihazların təyinatını və istifadə qaydalarını.
158. Yapışqan bişirən
İşin xüsusiyyəti.
3-cü dərəcə
Hazır yapışqanlardan (sintetik qatranlardan olan yapışqanlardan başqa) müxtəlif növ və təyinatlı yapışqan məhlullarının hazırlanması. Yapışqan məhlullarının təzyiq altında bişirilməsi prosesinin aparılması. Hazırlanan yapışqanların və yapışqan məhlullarının yapışqanlı plyonkanın özlülüyə, yapışqanlığa, bərkliyə yoxlanılması. Yapışqanın aqreqat vannalarına tökülməsi. Aqreqat vannalarında yapışqanın tələb olunan konsistensiyasının saxlanılması. Xammal və materialların ölçülməsi. Hazırlanmış yapışqanın boşaldılıb təhvil verilməsi. Yapışqanın bişirilmə prosesinin müşahidə edilməsi və hazır olduğunun müəyyənləşdirilməsi. Daha yüksək ixtisaslı yapışqan bişirənin rəhbərliyi ilə bitum-kanifollu və yapışdırıcı emulsiyaların hazırlanması üçün texnoloji prosesin aparılması. Yapışqan materiallarının və məhlullarının saxlanılması və istifadəsinə nəzarət
Bilməlidir: təzyiq altında işləyən yapışqan bişirilən qazanların quruluşunu; yapışqan materiallarına dövlət standartlarını və texniki şərtləri; xidmət etdiyi avadanlığın quruluşunu; yapışqanların və yapışqan məhlullarının, yapışqanlı plyonkanın özlülüyə, yapışqanlığa, bərkliyə yoxlanılması üsullarını; yapışqanların və yapışqan məhlullarının təyinatından asılı olaraq növlərini; müxtəlif yapışqanların, yapışqan materialların, məhlul və emulsiyaların saxlanılma və istifadə qaydalarını.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin