175. Yükləyici-boşaldıcının maşinisti İşin xüsusiyyəti. 3-cü dərəcə Pnevmatik yükləyici-boşaldıcı maşının kameralı qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən pnevmatik yükləyici-boşaldıcının kameralı qurğu mexanizmlərinin işində olan defektlərin aşkar edilməsi və aradan qaldırılması. Yükləyici-boşaldıcı mexanizmlərinin planlı-xəbərdarlıqlı təmirində iştirak etmək.
Bilməlidir:pnevmatik yükləyici-boşaldıcı maşının kameralı qurğusunun quruluşunu; nəzarət-ölçü alət və vəsaitlərinin quruluşunu; təyinatını və tətbiqi şərtlərini; yükləyici-boşaldıcının kameralı qurğusunun təmiri qaydalarını.
176. Yükləyici-boşaldıcının maşinisti İşin xüsusiyyəti. 4-cü dərəcə Hidravlik yükləyici-boşaldıcının güc qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Pnevmatik və hidravlik yükləyici boşaldıcının və köməkçi mexanizmlərinin işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi. Dizel-generatorun, turbonasosun, boru, kəmərlərinin və digər mexanizmlərin işinə nəzarət. Yükləyici boşaldıcı mexanizmlərinin işindəki nasazlıqların müstəqil olaraq aşkar edilməsi və aradan qaldırılması.
Bilməlidir: hidravlik yükləyici boşaldıcının və köməkçi mexanizmlərin quruluşunu; aqreqatların işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; yükləyib-boşaldıcı mexanizmlərin tənzimlənməsini, mürəkkəb-ölçü alət və vəsaitlərin təyinatını və tətbiqi şərtlərini; yükləyici-boşaldıcı maşının və onun mexanizmlərinin təmirinin aparılması qaydasını.
177. Yükləyici-boşaldıcının maşinisti İşin xüsusiyyəti. 5-ci dərəcə Üzücü pnevmatik yükləyici-boşaldıcı maşının güc qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən aqreqatların məhsuldarlığından maksimum istifadə etməklə, yükləyici-boşaldıcı maşının mexanizmlərinin işinin tənzimlənməsi. Onların işində ortaya çıxan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Yükləyici-boşaldıcı maşına xidmət edən fəhlələrə təlimatların verilməsi.
Bilməlidir: üzücü pnevmatik yükləyici-boşaldıcı maşın və köməkçi; mexanizmlərin quruluşunu və pnevmatik sxemini; aqreqatların işindəki nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması üsullarını; üzücü pnevmatik maşının mexanizmlərinin tənzimlənməsi; nəzarət-ölçü alət və vəsaitlərinin sazlanması.