173. Yükləyicinin sürücüsü İşin xüsusiyyəti. 3-cü dərəcə Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi və ştabellərə yığılmasında akkumulyatorlu yükvuranların və bütün xüsusi mexanizmlərin və qurğuların idarə olunması. Yükvuranın və bütün mexanizmlərinin cari təmiri və texniki xidməti. Yükvuranın və onun mexanizmlərinin işində nasazlıqların müəyyənləşdirilməsi və onların ləğv edilməsi, çıxarıla bilən qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsi. Yükvurma və yüktutma mexanizm və qurğuların planlı-xəbərdarlıq təmirinin aparılmasında iştirak. Akkumulyatorun doldurulması.
Bilməlidir: akkumulyatorlu yükvuranın quruluşunu; bütün nəqliyyat növlərində yüklərin yüklənilə boşaldılması üsullarını; yerdəyişmə və yığılma qaydalarını; yol hərəkəti, müəssisəsinin ərazisi, stansiyaya yaxın yollar üzrə hərəkət qaydalarını və siqnalizasiyasını; elektrotexnika üzrə elementar məlumatları.
174. Yükləyicinin sürücüsü İşin xüsusiyyəti. 4-cü dərəcə 73,5 kVt (100 a.g.) gücə malik traktora yükvuranın, vaqona yükvuranların, vaqondan yükboşaldanın və bütün yüktutma mexanizminin və qurğuların idarə olunması. Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişmə və ştabellərə yığılması. Yükvuranın və onun bütün mexanizminin cari təmiri və texniki xidmət. Yükvuranın işindəki nasazlıqların müəyyən edilməsi. Çıxarıla bilən yüktutma qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsi. Yükvurma və yüktutma mexanizminin və qurğunun planlı-xəbərdarlıq təmirinin aparılmasında iştirak.
Bilməlidir:yükvuranın və akkumulyator batareyalarının quruluşunu, yüklərin bütün nəqliyyat növlərində yükləmə və boşaltma üsullarını; yüklərin qaldırılma, yerdəyişmə və yığılma qaydalarını; yol hərəkəti, müəssisə ərazisində və stansiyaya yaxın yollarda hərəkət qaydalarını və qoyulmuş siqnalizasiyanı; istifadə olunan yanacaq və sürtkü materiallarının növlərini; akkumulyator istehsalında əsas materialların adlarını; turşu, qələvilərin saxlanma və onlardan istifadə qaydalarını.
5-ci dərəcə: 73,5 kVt-dan artıq (100 a.g.-dən artıq) gücə malik traktor yükvuranda işlədikdə və buldozer, skreper, ekskavator və başqa maşınlar kimi istifadə edərək 147 kVt-dək (200 a.g.-dək) olan yükvuranda işlədikdə.
6-cı dərəcə: 147 kVt-dan (200 at gücündən) artıq gücü olan yükvuranda işlədikdə və ondan buldozer, ekskavator və digər maşın kimi istifadə etdikdə.