165. Yuyucu maşınların maşinisti İşin xüsusiyyəti. 1-ci dərəcə Ayrı-ayrı hissələri, detal və birləşmələri çıxarmadan maşın və avadanlıqların əl aləti və vəsaitdən istifadə etməklə yuyulması və dezinfeksiyası. Xammal, material, detal, tara, məmulat və yarımfabrikatın vannalarda su, kerosin, benzin, aseton, qələvi, turşu və digər məhlullarla yuyulması. Yüksək konsentratlı olmayan müxtəlif turşulu və qələvili yuyucu məhlulların hazırlanması. Yuyucu məhlulların doldurulması və boşaldılması, yuma prosesində material, detal, tara, məmulat və digər əşyaların yüklənib-boşaldılması. İş yerinin, avadanlığın və köməkçi inventarın yuyulma prosesində hazırlanması. Əşyaların qabaqcadan silinmə, çırpılma, qaşınma ilə təmizlənməsi, buxar, dezinfeksiya maddələri və əridicilərlə emalı. Detal və məmulat səthlərinin yağsızlandırılması. Detal və məmulatların sortlaşdırılması, markirovkası və qablaşdırılması.
Bilməlidir:əl alətinin, inventarın və vəsaitlərin təyinatını; yuyulma qaydalarını və yuma keyfiyyətinə qoyulan tələbləri; yuyucu məhlulların hazırlanması və onlarla rəftar qaydalarını; istifadə edilən məhlul və əridicilərin xüsusiyyətlərini; yuyulacaq əşyaların əvvəlcədən təmizlənməsi üsullarını; markirovka qaydalarını; detal və məmulatların qablaşdırılması qaydasını.
166. Yuyucu maşınların maşinisti İşin xüsusiyyəti. 2-ci dərəcə Maşın və avadanlıqların ayrı-ayrı hissələrinin, detal, birləşmələrinin çıxarılması ilə iri ölçülü birləşmələrin və hərəkət heyətinin detallarının, kimyəvi qabların, metalların, həmçinin asanlıqla sınan və formasını asanlıqla dəyişə bilən məmulatların maşın və müxtəlif konstruksiyalı aparatlardan istifadə etməklə yuyulması, dezinfeksiyası və sterilizə etdirilməsi. Filtr lövhələrinin, manjet, kisə və torların yuyulması və hopdurulması və yuyulduqdan sonra sıxılması, buxara verilməsi, qurudulması, üfürülməsi və növbələnməsi.
Əşyaların hava ilə, su ilə və ya məhlullarla təzyiq altında yuyulması üçün emalı.
Bilməlidir: xidmət edilən yuyucu maşınların və avadanlığın iş prinsipini; yumaya və dezinfeksiyaya qoyulan tələbləri; məhlulların hazırlanması üsullarını; yuma rejimini; məhlulların konsentrasiyasının dəyişilməsi və onların yuyulma prosesində ardıcıllığını; yuyucu və dezinfeksiyalaşdırıcı vasitələrin tərkibi, xüsusiyyətləri və dozalaşma qaydalarını.