Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə118/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   114   115   116   117   118   119   120   121   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

159. Yapışqan bişirən
İşin xüsusiyyəti.
4-cü dərəcə
Verilmiş rejimə müvafiq olaraq yapışqan bişirilən qazanlarda və reaktorlarda müxtəlif növlü və təyinatlı sintetik qatranlardan yapışqanın hazırlanması və bişirilməsi. Komponentlərin (sidik cövhəri, formalin, etilenqlikol, aşındırıcı natrium, ammonyakın) dozalaşdırılması. Bitum-kanifollu və yapışdırıcı emulsiyaların hazırlanmasında texnoloji prosesin aparılması. Yapışqanın hazırlanmasında texnoloji prosesin nəzarət-ölçü cihazlarının vasitəsi ilə tənzimlənməsi. Yapışqanın, qatranın və emulsiyanın bişirilmə prosesinə nəzarət. Hazırlanmış yapışqanın yapışqan plyonkasın özlülüyə, yapışqanlığa və bərkliyə yoxlanılması, su ilə sürtülmə qabiliyyətinin sınaqdan keçirilməsi. Hazır emulsiyaları saxlamaq üçün baklara boşaldılması.
Bilməlidir: maddələrin fiziki-kimyəvi və texnoloji, xüsusiyyətlərini, yapışqan və emulsiyanın hazırlanması reseptini və üsullarını; xidmət etdiyi avadanlığın, aparat və kommunikasiyaların quruluşunu və iş prinsipini; nəzarət-ölçü cihazlarının quruluşu və təyinatını və onlardan istifadə qaydalarını; sınaqdan keçirmə üsulunu; yapışqanın və əhəngin saxlanılma qaydalarını; hazır məhsulun keyfiyyətinə tələbləri.
160. Yardımçı fəhlə
İşin xüsusiyyəti.
1-ci dərəcə
İstehsalat sahələrində, tikinti meydançalarında, anbar, baza və s. yardımçı və köməkçi işlərin yerinə yetirilməsi. Ehtiyatlı olmağı tələb etməyən (rulon materialların, parketin, yeşik, çəllək, karton, kağız, faner, mişar materialların və s.) yüklərin yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqla daşınması və ştabelə yığılması. Toz şəklində olmayan tökülən materialların (çınqılın, qumun, şlakın, kömürün, zibilin, taxta kəpəyinin, metal qırıntılarının və digər istehsalat tullantılarının) yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqlarla daşınması və yığılması. Ərazinin, yolların, yeraltı yolların təmizlənməsi. Sexlərin, tikinti meydançalarının və sanitar-məişət binalarının yığışdırılması. Döşəmənin, pəncərə, tara, qab, detal və məmulatların yuyulması.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin