Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə113/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   109   110   111   112   113   114   115   116   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

149. Yağlayıcı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Qiymətli məhsul, nadir avadanlıq, aparat və mexanizmlərin hərəkət hissələrinin mürəkkəb vəsait və cihazların köməyi ilə yağlanması.
Avadanlıqların əl çata bilməyən yerlərinin işlədiyi vaxt yağlanması. Yağların yararlığının istismar tələblərinə uyğun olaraq laboratoriya təhlilinin yekunlarına əsasən müəyyənləşdirilməsi. Sürtkü materiallarının xüsusiyyətlərinə və təyinatına əsasən seçilməsi. Rezervuarların, avtomatik və əl stansiyalarının qatı və maye sürtkü materialları ilə doldurulması.
Bilməlidir: yağlamanın montaj sxeminin növlərini; yarımavtomat və avtomat yağlama aparaturunun quruluşunu; avadanlıqların növünə müvafiq olaraq yağların keyfiyyətinə qoyulan texniki şərtləri; istismar olunan yağların nümunəsinin götürülməsi qaydasını; laboratoriyada yağların kimyəvi təhlilini.
150. Yanğınsöndürənin doldurucusu
İşin xüsusiyyəti.
2-ci dərəcə
Köpüklü, tozlu, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərinin yoxlanılması, təmiri, doldurulması və təkrar doldurulması üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Yanğınsöndürənlərin qəbulu, ilkin baxışın aparılması, boşaldılması, balonların təmizlənməsi və yuyulması, onların rənglənməsi və sınağa hazırlanması. Maddələrlə dolu kolbaların və qutuların açılması və onların qablaşdırılması, qablaşdırma materiallarından təmizlənməsi. Yanğınsöndürənləri doldurmaq üçün məhlulların hazırlanması. Korpusların hidravlik sınaqdan keçirilməsi, doldurulması və nasaz yanğınsöndürənlərin çıxdaş edilməsi, daha yüksək ixtisaslı yanğınsöndürən doldurucusunun rəhbərliyi altında balonların, armaturların və qoruyucu mexanizmlərin təmiri.
Bilməlidir: müxtəlif tipli köpük, toz, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərin iş prinsipini; yanğınsöndürənlərin sınağı və doldurulması zamanı alətlərin və ölçü cihazlarının təyinatı və tətbiqi qaydalarını; kimyəvi maddələrin xassələrini; onların daşınma və saxlanma qaydalarını; yanğınsöndürənlərin boşaldılması və doldurulması, korpusların və armaturun rənglənməsi və təmiri üsullarını.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin