142. İş yerlərinin təminatçısı İşin xüsusiyyəti. 3-cü dərəcə Müxtəlif istehsalat kooperasiyası olan mürəkkəb çeşidli məmulatlar buraxan sahə və sexə xidmət. İş yerlərinin detallarla, yarımfabrikatlarla, alətlərlə, iş naryadları və texniki sənədlərlə növbə tapşırığında qoyulmuş tələblərə uyğun olaraq təmin edilməsi. Tədarük və yarımfabrikatların sahəyə qəbulu və hazır məhsulun anbara təhvil verilməsi. Növbə-gün istehsalat tapşırıqlarının hazırlanmasında iştirak etmək, həmçinin yerinə yetirilən işlərin uçotunun aparılması.
Bilməlidir:xidmət olunan sahənin növbə-gün istehsalat tapşırığını və iş yerlərinin yüklənməsinin qrafikini; detalların emalının texnoloji ardıcıllığını; birləşmə və detalların çeşidini; onların saxlanılması və müəyyən olunmuş sənədlərin tərtibi qaydasını; ilkin ödəniş sənədlərinin tərtilə edilməsi qaydasını.
143. İş yerlərinin təminatçısı İşin xüsusiyyəti. 4-cü dərəcə Geniş çeşiddə və adda məhsul və qiymətli detalların, mexanizm, birləşmələrin sahələrdə qəbulu, buraxılması və saxlanılması. İş yerlərinin məhsul, qiymətli material, tədarük, yarımfabrikat, həmçinin vəsait, alət və texniki sənədlərlə təmin edilməsi. Uçot və hesabatın aparılması. Başa çatmamış istehsalın qalıqlarının çıxarılması. Detal və mexanizmlərin hərəkəti üzrə cədvəllərin tərtilə edilməsi. Detal, mexanizm və birləşmələrin çatışmazlığı aşkar edildikdə aktların yığılması və tərtilə edilməsi. Məmulat və birləşmələrin keçidinin qrafik üzrə uçotu.
Bilməlidir: detal və mexanizmlərin çeşidini və indekslərini; istifadə olunan alət və vəsaitin təyinatını; materialların növünü və markirovkasını; yığılmanın texnoloji ardıcıllığını; görülən işlərin uçotu qaydasını; ilkin sənədlərin qəbulu və tərtibi qaydasını; detal, mexanizm və birləşmələrin yığıcılardan qəbulu və saxlanılması qaydasını.
144. İşlənilmiş yağın regeneratorçusu İşin xüsusiyyəti. 1-ci dərəcə Yağ təmizləyici maşına xidmət. Yağın sentrifuqada təmizlənməsi və süzgəcdə süzülməsi. Yağın bir tutumdan digərinə yağ nasosu və vakuum qurğusunun köməyi ilə ötürülməsi. Süzgəc kağızının süzgəc presində dəyişdirilməsi. Ağardıcı torpağın qurudulması və yağın təmizlənməsi və regenerasiyası üçün sorbentlərin salınması. Yağ qablarının yuyulması və təmizlənməsi. Yağların durulducu ilə təmizlənməsi. Çənlərin və adsorberlərin regenerasiyadan sonra təmizlənməsi. İşlənilmiş yağın regenerasiyası, yağtəmizləyici maşınların sökülməsi, təmizlənməsi və yığılması işinin yüksək ixtisaslı regeneratorçunun rəhbərliyi altında yerinə yetirilməsi.
Bilməlidir: süzgəc presin sentrifuqasının quruluşu haqqında ümumi məlumatı; yağ nasoslarını; yağ yollarının sxemini; aparat və yağ təsərrüfatı avadanlığının yerləşməsini və təyinatını; avadanlığın idarə edilməsi qaydasını; sürtkü yağlarının növlərini; yolların təmizlənməsi, qurulması və regenerasiyasının təyin edilməsini; geniş yayılmış sadə vəsait və nəzarət-ölçü alətlərinin təyinatını və tətbiqi şərtlərini.