132. Elektroizolə materialları üzrə laborant İşin xüsusiyyəti. 3-cü dərəcə Elektroelementlərin izolə edilməsi üzrə texnoloji rejimlərin işlənilməsi prosesində təcrübələrin keçirilməsi. Vakuum-kameraların və avtoklavların hazırlanması. Mürəkkəb konstruksiyalı elektro-elementlərin təcrübi izolə edilməsi. İzolə olunmuş elementlərin keyfiyyətinə nəzarət, qırıqların olmadığını yoxlamaq, izolənin müqavimətini ölçmək və s. Dəqiq məmulatların yapışdırılması. Müxtəlif plastik kütlədən olan nümunələrin və məmulatların preslənməsi. Jurnallarda iş yazılarının aparılması; ölçülərin nəticələrinə görə protokolların və asılılıq qrafiklərinin tutulması. Dielektrik xarakteristikaları ölçmək üçün nümunələrin hazırlanması. Tutumun, elektrik möhkəmliyin, müqavimətin (həcmi və səthi) ölçülməsi və hesablamaların aparılması. Dövlət standartına və texniki şərtlərə uyğun olaraq dielektriklərin sınaqdan keçirilməsi. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi ilə sadə elektrik sxemlərinin tərtilə edilməsi.
Bilməlidir: üzvi kimya və elektrotexnika üzrə əsas məlumatları; izoləedici materialların təyinatını və onların dielektrik xassələrini; lak, emal və başqa izoləedici materialların təyinatını və əsas xassələrini; nəzarət-ölçü cihazları və alətlərinin quruluşunu; dielektriklərin sınaq metodikası üzrə dövlət standartlarının hesab düsturlarını; avtoklavların, barokameraların, hidravlik preslərin və başqa xidmət edilən avadanlığın quruluşunu.
133. Elektroizolə materialları üzrə laborant İşin xüsusiyyəti. 4-cü dərəcə İstehsalat təlimatına uyğun olaraq yeni izolə materiallarının və yapışqanların texnoloji xassələrinin yoxlanılması. Dövlət standartlarına və texniki şərtlərə müvafiq izolə materiallarının nəzarət sınağı. Məmulatların və elektroelementlərin izoləetmə, yapışdırma və presləmə üçün texnoloji rejimlərinin seçilməsi. Vakuum kameraların, avtoklavların və pres avadanlığının sazlanması və tənzimlənməsi. İzolə materiallarının bütün dielektrik xarakteristikalarının ölçülməsi və hesablamaların aparılması. Yüksək rütubətlilik, yüksək və aşağı temperatur, aşağı təzyiq şəraitində materialların uzun müddətli sınaqdan keçirilməsi. Kompaundların və s. polimerləşdirmə proseslərin elektrik metodlarla tədqiqi. Sınaq nəticələrinin təhlili və işlənilməsi, protokolların və asılılıq qrafiklərinin tutulması. Ölçü aparatlarında sadə nasazlıqların aşkar edilib aradan qaldırılması. Temperaturu ölçmək üçün özüyazan, tənzimləyən cihazlarla işləmək. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi ilə elektrik sxemlərinin tərtilə edilməsi.
Bilməlidir:üzvi kimyanın əsaslarını və lakların, emalların, kompaundların, yapışqanların və plastik kütlələrin əsas fiziki-mexaniki və dielektrik xassələrini; tətbiq olan materiallara texniki şərtləri və dövlət standartlarına uyğun sınaq metodikalarını; sxemlərin texniki xarakteristikalarını; vakuum-hopdurucu qurğuların quruluşunu; izolə materiallarının əsas dielektrik xassələrini; dielektrik sınaq metodikaları üzrə dövlət standartlarını və texniki şərtləri.