208. Laborant-rentgenostrukturçu İşin xüsusiyyəti. 2-ci dərəcə Fotoqeydiyyat rentgen aparatlarının işə hazırlanması və iş prosesində onlara xidmət. Yoxlama üçün nəzərdə tutulmuş nümunələrin hazırlanması. Kameraların işə hazırlanması. Rentgen plyonkasının foto emalı. Fotoüsulla çəkiliş zamanı ekspozisiyanın aparılması.
Bilməlidir:rentgen trubkaların quruluşunu; rentgen trubkalarına və kenotronlara qulluq qaydalarını; aparatların şəbəkəyə qoşulma qaydalarını; rentgen qurğuları ilə iş qaydalarını; kameraların doldurulmasını (simmetrik və asimmetrik); nümunələrin hazırlanma və onların kameralarda yüstirləmə prinsiplərini; rentgenoqramların emalı-foto emalı, rentgenoqramların komparatorda ölçülməsi; rentgen plyonkalarının aydınlaşdırılması, fiksaj edilməsi, yuyulması və qurudulması; rentgen plyonkalarının saxlama şərtlərini; debaeqramların hesablaması və qrafik d-sırasının tapılması.
İş nümunələri: 1. Rentgen trubkaları - təlim, məşq.
209. Laborant-rentgenostrukturçu İşin xüsusiyyəti. 3-cü dərəcə Metallar, ərintilər və s. nümunələrin istehsalı və onların tədqiqat aparmaq üçün hazırlanması. Rentgen şüaları dəsti altında nümunələrin kameralarda və söykəmələrdə yüstirlənməsi. Rentgen qurğularına xidmət. Rentgenoqramaların və diaqram lentlərin emalı-ionizasiya aparatlarında yazılışı.
Bilməlidir: rentgen şüalarının mənşəyini; rentgen şüaların orqanizmə təsirini; kristalloqrafik müstəvilər sistemindən əks olmanın mövcudluğu şərtlərini (Vulf-Breqq tənliyi); müstəvilərarası məsafələr, şəbəkə parametrləri, sinqoniyalar haqqında ilkin məlumatları; idarəetmə pultunun ayrı-ayrı elementlərinin, habelə genotronların, rentgen aparatları sisteminin mühafizə örtüklərinin təyinatını; rentgenostruktur və ionizasiya qurğularında, aparatlarda əsas işləmə qaydalarını, asimmetrik çəkiliş metodunu; rentgen kameralarında düz nümunələrin çəkiliş metodunu (birtərəfli rentgenoqramlar üçün); Zaksın tərsinə çəkiliş metodunu; aydınlaşdırıcıların və fiksajların hazırlanma qaydalarını; rentgenoqramların ölçülməsi və onların hesablanmasını; debaeqramların açılmasını; rentgenoqramların fotometriya metodikasını.
İş nümunələri: 1. URS-60 tipli aparatlar - rentgen trubkalarını və kenotronları qurma.
2. Rentgen kameraları - aparatda qurulma, şüa dəstinə qarşı yüstirləmə.
3. Toz nümunələri - istehsal etmə.
4. Silindrvari nümunələr - rentgen kameralarında qurulma və yüstirləmə.
5. Metallar, ərintilər və s. nümunələr -ionizasiya aparatlarında qurulma.
6. Rentgen plyonkaları və sayğaclar -keyfiyyətini müəyyənləşdirmə.