36. İstehsalat sahəsini və xidməti otaqları yığışdıran İşin xüsusiyyəti. 2-ci dərəcə İnzibati binalarda yerləşən xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, qovşaqların, ictimai ayaqyolunun və s. yığışdırılması. Tozun alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin və şüşələrin, mebel və xalça məmulatlarının süpürülüb silinməsi və yuyulması. Zibil qablarının kağızdan təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması. Unitazların, vannaların, rakovinanın və başqa sanitar texniki avadanlığın təmizlənməsi və dezinfeksiyası. Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydasına riayət edilməsi.
Bilməlidir: otaqların silinməsi və təmiz saxlanılmasında sanitar və gigiyena qaydalarını, xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşunu, yığışdırma qaydasını, yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyasını və ondan istifadənin təhlükəsizlik qaydasını, sanitar-texniki istismarı qaydasını.
37. İstehsalat sahəsini və xidməti otaqları yığışdıran İşin xüsusiyyəti. 3-cü dərəcə Sexlərdə və başqa istehsalat binalarında istehsalat tullantıların və zibilin yığışdırılması. İstehsalat binalarında tozun silinməsi, süpürgə və əl ilə və ya maşınların və mexanizmlərin köməyi ilə döşəmələrin, pilləkənlərin, pəncərə, divar və s, təmizlənməsi. Tullantıların və zibillərin istehsalat binasında onlar üçün ayrılmış yerlərə nəql etdirilməsi.
Zibil qablarının təmizlənməsi, dezinfeksiyası və yerlərinə qoyulması. İstehsalatda ictimai istifadə ayaqyolunun, duşxananın, qarderobun və başqa yerlərin yığışdırılması və dezinfeksiyası. Yuyucu və dezinfeksiyaedici məhlulların hazırlanması. Yuyucu vasitələrin, inventarların və silici materialların alınması.
Bilməlidir: yığışdırma qaydasını, xidmət olunan avadanlığın istismar qaydasını və quruluşunu, sənaye sanitariyasının tələblərini, dezinfeksiya edici və yuyucu vasitələrin təyinatını.
4-cü dərəcə: ancaq ictimai ayaqyolularının yığışdırılması zamanı.