38. Yükdaşıyan İşin xüsusiyyəti. 4-6-cı dərəcələr Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənilə boşaldılması, daşınması və anbar daxili emalı. Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması. Nəqledici vasitələrdə və anbarda yükün bağlanılması və üstünün örtülməsi. Nəqledici vasitələrin təmizlənməsi və yağlanması.
Bilməlidir: nəqledici vasitələrdən istifadə etməklə anbarda yükün yığılması, bağlanması, üstünün örtülməsi qaydasını; nəqledici vasitələrdən istifadə və istismar qaydasını, qaldırıcı-nəqledici mexanizmlərlə yükü yükləyilə boşaltdıqda şərti siqnallaşdırılmanı, anbarların və yüklərin yüklənilə boşaltma yerlərini.
4-cü dərəcə: çəkisi 50 kiloqrama qədər olan yüklərin sex daxili emalı; dəmir yolu vaqonlarına, avtomobillərə və digər nəqliyyat vasitələrinə yüklənilə boşaltma işlərini yerinə yetirdikdə.
5-ci dərəcə: çəkisi 50 kiloqramdan yuxarı olan, sağlamlıq üçün zərərli və donmuş halda olan, yüklərin dəmir yolu vaqonlarına, avtomobil və digər nəqliyyat vasitələrinə və sağlamlıq üçün zərərli olmayan yüklərin gəmiyə yüklənilə boşaltma işlərini yerinə yetirdikdə.
6-cı dərəcə: isti metalın, aqlomeratın, şlakın, filizlərin, kömürün, kömür briketinin, kreozoptun, anod kütlənin, asbestin, əhəngin və mineral pambığın, sementin yüklənilə boşaldılması, sağlamlıq üçün zərərli və çəkisi 50 kiloqramdan yuxarı olan bütün növ yüklərin yüklənilə boşaltma işlərini yerinə yetirdikdə.
39. Kinomexanik İşin xüsusiyyəti. 3-cü dərəcə Ensiz plyonkalı kinoproyeksion aparatlarla təchiz olunmuş kino qurğulara texniki xidmət və kino filmlərin nümayiş etdirilməsi. Daha yüksək ixtisaslı kinomexanikin rəhbərliyi altında 35 millimetrlik kino qurğularından filmin nümayiş etdirilməsi. Filmləri nümayiş etdirmək üçün stasionar və səyyar tipli kino qurğu avadanlığının və kinoproyeksion aparatların işə hazırlanması. Aparatın təmizlənməsi və yağlanması.
Bilməlidir: ensiz plyonkalı aparatlarla təchiz olunmuş kinoproyeksion, səs əksetdirici aparatın və köməkçi avadanlığın quruluşunu və texniki göstəricilərini, ensiz plyonkalı kino qurğusunun elektrik rabitəsini, 35 mm-lik kinoqurğusu avadanlığının və aparatın əsas birləşmə və hissələrinin texniki göstəricilərini və təyinatını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.