319. Ultrasəs texnikası üzrə laborant İşin xüsusiyyəti. 4-cü dərəcə Birpaketli elektroakustik sistemlər üzrə verilmiş kompleks işləri yerinə yetirərkən emalın texnoloji və fiziki effektinə görə dalğa səthi mürəkkəb olan ultrasəs rəqslərin optimal parametrlərinin müəyyən edilməsi. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında hidrodinamik dəyişdiricilərin hesablanması, istehsalı, razılaşdırılması və sınaqdan keçirilməsi üzrə dalğa səthi düz və ya həcmi-simmetrik olan çoxpaketli elektroakustik sistemlər üzrə işlərin yerinə yetirilməsi. Akustik sistemlərin uzlaşdırılan elementlərinin hesabı, istehsalı və sınaqdan keçirilməsi.
Bilməlidir:dalğa səthi mürəkkəb olan birpaketli, dalğa səthi düz və ya həcmi simmetrik olan çox paketli xüsusi texnoloji təyinatlı hidrodinamik və elektroakustik sistemlərin istehsalı texnologiyasını; akustik sistemlərin uzlaşan elementlərinin istehsalı texnologiyasını; hidrodinamik ultrasəs dəyişdiricilərin istehsalında tətbiq olunan əsas materialların emalı texnologiyasını; akustik avadanlığın istismara etibarlılığının sınaqdan keçirilmə metodlarını; müşahidə və oturtmalar sistemlərini.
320. Ultrasəs texnikası üzrə laborant İşin xüsusiyyəti. 5-ci dərəcə Verilmiş işlər kompleksini yerinə yetirərkən dalğa səthi düz və həcmi simmetrik xarakterdə olan və pyezoelektrik, maqnitostriksion və yaxud ferrit dəyişdiricilər əsasında hazırlanmış elementlərdən və ya birlikdə qovşaqlardan ibarət dalğa səthi mürəkkəb olan hidrodinamik dəyişdiricilər və çoxpaketli elektroakustik sistemlər üzrə texnoloji və fiziki emal effektinə görə ultrasəs rəqslərin optimal parametrlərinin müəyyən edilməsi.
Bilməlidir: xüsusi texnoloji təyinatlı dalğa səthi düz və ya həcmi simmetrik xarakterdə olan və pyezoelektrik, maqnitostriksion, yaxud ferrit dəyişdiricilər əsasında hazırlanmış elementlərdən, qovşaqlardan ibarət dalğa səthi mürəkkəb olan çoxpaketli hidrodinamik və elektroakustik sistemlərin istehsalı texnologiyasını; metodika ilə nəzərdə tutulmuş formulalar üzrə koordinat oxlarında verilmiş evolventləri; parabola, hiperbola, şar tipli bir-birinə bərkitmə və şüavermə səthi olan akustik elementlərin istehsalı texnologiyasını; metallar fizikasının metalşünaslıq, üzvi və qeyri-üzvi kimyanın əsaslarını.
Orta ixtisas təhsili tələb olunur.