330. Fiziki-mexaniki sınaqlar üzrə laborant İşin xüsusiyyəti. 6-cı dərəcə Mikron kəsiyi olan nümunələrdə elektrik keçiriciliyini və temperatur əmsalını müəyyən etmək üçün yüksək mürəkkəbli fiziki-mexaniki sınaqların aparılması. Anizometrdə və dilatometrdə - 196 S və daha yuxarı temperaturlarda termokinematik əyrilərin çıxarılması. Elektronla bombardman etmək metodu ilə maddələrin istilik xassələrinin müəyyənləşdirilməsi. Yüksək temperaturlu qızdırıcıların qoşulması, xidmət edilməsi və söndürülməsi. Elektrik keçiriciliyin, istilik keçiriciliyin, termik genişlənmə əmsalının, vakuumda və təsirsiz mühitdə yüksək temperaturlar altında qaralıq əmsalının ölçülməsi. Kriogen temperaturlar altında termoelektrod materialların xarakteristikalarının çıxarılması. Yüksək tezlik və yüksək temperatur sahəsində sönmə dekrementinin müəyyən edilməsi. Yeni ərintilərə metodikaların işlənilə hazırlanmasında və qurğuların metroloji attestasiyadan keçirilməsində iştirak etmək.
Bilməlidir:yüksək temperaturla qızdırılma prinsiplərini; qızma temperaturunun istehlak olunmuş gücdən asılılığını; istiliyi qoruyan ekranların rolunu; elektronla bombardman etməklə maddələrin qızdırılma prinsipini; elektron qızdırılmanın və nümunənin elektronla bombardman edilməsi zamanı temperaturun bölüşdürülməsinin əsas qanunauyğunluqlarını; 1000 S-dən yuxarı temperaturda materialların fiziki xassələrini müəyyən etmə metodikasını; etalon pirometrlərin köməyi ilə yüksək temperaturların ölçmə metodikasını; termoparların etalon pirometrlər üzrə dərəcələrə bölünməsi metodlarını; yüksək temperaturlu qurğuların quruluşundakı xüsusiyyətləri; istilik itkilərini azaltmaq yollarını; istilik itkilərini uçota almaq üsullarını və ölçü nəticələrinin riyazi üsulla işlənilməsi zamanı istilik itkilərinə düzəlişlər edilməsini.
Orta ixtisas təhsili tələb olunur.
331.Forsunka İşin xüsusiyyəti. 2-ci dərəcə Avadanlığın vəziyyəti və verilmiş texnoloji rejimə uyğun olaraq sobanın və ya qazanların qızdırılması üçün istiliyin və havanın daxil olmasının tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət. Forsunkaların və onunla əlaqədar kommunikasiyaların təmizlənməsi və dəyişdirilməsi.
Bilməlidir: sobaların, forsunkaların, buxar hava yollarının və neft xətlərinin quruluşunu, onların işinin tənzimlənməsi üsullarını; forsunkaların çıxarılması, qurulması və təmizlənməsi üsullarını; forsunkaların təmizlənməsi üçün olan alət və cihazlardan istifadə etmə qaydasını və quruluşunu.