336. Havabölüşdürücünün aparatçısı İşin xüsusiyyəti. 6-cı dərəcə Saatda 12000 kub metrdən artıq oksigen və azot, 140 kub metrdən artıq xam arqon və 1000 kub litrdən artıq maye oksigen və azot istehsal edən oksigen, azot-oksigen və oksigen-arqon qurğularında (aqreqatlarda), habelə iki rejimdə işləyərək eyni zamanda beş-yeddi havanı bölüşdürüb yüksək dərəcədə təmiz məhsul alınan qurğularda xam arqonu seçilə təmizləməklə qaz halında oksigen və azot istehsalı üzrə texnoloji prosesin aparılması. Kripton-ksenon qatışığının istehsalı üzrə texnoloji prosesin aparılması. Asetilen absorbentlərinin və süzgəclərin üfurülmə və dəyişdirilməsi, elektrik və ya su ilə işləyən qaz sayğaclarının, manometrlərin və difmanometrlərin işinə nəzarət. Detander süzgəclərinin yuyulması, açılıb yığılması üzərində müşahidə, həcmlərin və balonların maye oksigenlə doldurulmasına nəzarət.
Bilməlidir:qaz və maye oksigenin, arqonun, azotun və kriptonun texnoloji istehsal sxemini; müxtəlif tipli oksigen qurğularının quruluşunu və yenidən qurulmasını; oksigen qurğuları avadanlığının və aparatların yuyulma üsullarını; istismar prosesində oksigen avadanlığının partlamamasının təmin olunması üsullarını.
337. Havabölüşdürücü qurğuların maşinisti İşin xüsusiyyəti. 2-ci dərəcə Saatda 100 kub metrədək oksigen və azot verməklə havabölüşdürücü qurğuya (aqreqata) xidmət. İşə buraxılmazdan əvvəl yoxlama avadanlığın işə salınması və onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə görə tənzimlənməsi. Avadanlığın işinin müşahidəsi və işindəki kiçik nasazlıqların aradan qaldırılması. Qurğu avadanlığının işləməsi haqqında nəzarət-ölçü qeydlərinin aparılması, kompressorların vaxtında yağlanması, nəzarət və hava bölüşdürücü qurğu avadanlığının təmirində iştirak.
Bilməlidir: xidmət olunan avadanlığın iş prinsipini; oksigenin alınmasında texnoloji sxemi; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; sürtkü materiallarının texniki şərtlərini və xassələrini; təzyiq altında işləyən avadanlığa və aparatlara xidmət qaydalarını; qazların fiziki və kimyəvi xassələri haqqında əsas məlumatları.