51. Neft məhsullarının paylayıcısı İşin xüsusiyyəti. 2-ci dərəcə Qurulmuş nasos avadanlığına xidmət. Neft məhsullarının və sürtkü materiallarının verilməsi. Soyuq suyun hazırlanması və onunla teplovozun təmin edilməsi. Neft məhsullarının qəbulu, tökülməsi və sərfinin uçota alınması. Anbar binalarının və onların yerləşdiyi sahənin təmizlənməsi və saxlanılması, yanğına qarşı təhlükəsizliyə riayət olunması.
Bilməlidir: nasos aqreqatlarının və ölçü cihazlarının işləməsini və quruluşunu; neft məhsullarının və sürtkü materiallarının markasını və buraxılma normasını; yanğına qarşı təhlükəsizlik texnikası qaydalarını, yanğına qarşı inventarla işləmə qaydasını.
3-cü dərəcə: nasos avadanlığına texniki xidmət işlərini yerinə yetirdikdə.
52. Nəqledici-yığıcı maşınların sürücüsü İşin xüsusiyyəti. 3-cü dərəcə Vağzalyanı və stansiya ərazilərində, perronlardan və sərnişin platformalarından, küçələrdən və s. zibil yükünün yığılıb aparılması zamanı müxtəlif sistemli və yükqaldırma qabiliyyəti olan nəqledici-yığıcı maşınların idarə edilməsi.
Bilməlidir: nəqledici-yığıcı maşınların quruluşunu və xidmət qaydalarını, yanacaq və sürtkülərin növlərini, mühərrik batareyalarının təyinatı, doldurulmasının üsul və müddətlərini, yol hərəkəti müəssisəsinin ərazisində və stansiyanın yollarında hərəkət qaydalarını, qurulmuş siqnalizasiyanı.
4-cü dərəcə: nəqledici-yığıcı maşınlarına texniki xidmət göstərdikdə.
53. Oyun avtomatları, tir, idman və attraksion zalının növbətçisi İşin xüsusiyyəti. 2-ci dərəcə Oyun avtomatlarına, tirlərə idman və attraksion avtomatlarına qulluq və onlardan istifadə olunması. Müştərilərin qəbulu və onlara avtomatlardan, attraksion və tirlərdən istifadə qaydasının izah edilməsi. Avadanlıq və avtomatların sazlığının və müştərilərin qəbul olunması hazırlığının yoxlanılması. Mədaxil üzrə hesabat aparılması və pul vəsaitlərinin qorunması üzrə nəzarətin həyata keçirilməsi.
Bilməlidir: istifadə olunan avadanlıq və avtomatlardan istifadə olunmasına dair təlimatları və qaydaları istifadə olunan avtomat və avadanlıqların quruluşunu, işə salınma və dayandırılma qaydasını; atıcı silahların quruluşunu və hədəfə atəş açıldıqda onların təhlükəsizliyinin təmin edilməsi qaydalarını.
3-cü dərəcə: istifadə olunan avadanlıq və avtomatların xırda təmir işlərini yerinə yetirdikdə.