46. Gözətçi İşin xüsusiyyəti. 2-ci dərəcə Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir. Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərin və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət. Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması. Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi. Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması.
Bilməlidir: buraxılış rejiminə aid təlimat və əsasnamələri, müəssisə, idarə və təşkilatlara gediş-gəliş vəsiqələrinə, qiymətli materialları çıxarmaq üçün buraxılış vərəqələrinə imza çəkilə icazə verən şəxslərin imza nümunəsini, daimi və müvəqqəti buraxılış vərəqələrinin nümunələrini, obyektlərin qorunma təlimatlarını və qaydasını, qorunan obyektlərin sərhədini, rəhbərliyin nümayəndəsinin və polis şöbəsi növbətçisinin telefon nömrələrini.
47. Liftçi İşin xüsusiyyəti. 2-3-cü dərəcə Liftin idarə edilməsi və onun saz vəziyyətdə saxlanılmasına nəzarət. Telefonun və ya qəza siqnalizasiyasının, işıq və səs siqnalizasiyasının, avtomatik qıfılların, bütün dayanacaq məntəqələrində «Dayan» düymələrinin sazlığının yoxlanılması və liftin işə salınması. Liftin istismarına nəzarət. Sərnişinləri və ya yükləri müşayiət etdikdə, sərnişinlərin liftə minməsi və çıxmasına və ya yüklərin yüklənilə boşaldılmasına nəzarət. Nominal yükqaldırma qabiliyyətinə riayət olunması. Liftin işində nasazlıqlar aşkar edildikdə, xırda nasazlıqların düzəldilməsi və ya dayandırılması və növbətçi elektromexanikə xəbər verilməsi. Liftin kabinəsinin və bütün dayanacaq məntəqələrindəki mərtəbə meydançalarının təmiz saxlanılması. Növbənin qəbul-təhvil jurnalının doldurulması.
Bilməlidir:liftin quruluşunu, istismar qaydasını və təhlükəsizlik cihazlarını; qapı qıfıllarını, qapı və döşəməaltı kontaktların, konusvari açarların yerləşməsini və təyinatını, idarəetmə aparatı siqnalizasiyasının təyinatını, təhlükəsizlik texnikası qaydasını, «Dövləttexnikinəzarət müfəttişliyinin» təsdiq etdiyi sərnişin və ya yük liftlərinin istismarı üçün nümunəvi təlimatları; minimum yükqaldırmanı, liftin işə buraxılma qaydasını.
2-ci dərəcə: hərəkət sürəti 1 m san-dən çox olan liftlərin idarə olunmasında;
3-cü dərəcə: xırda təmir işləri yerinə yetirildikdə.