68. Hidrotexniki obyektlərə baxan İşin xüsusiyyəti. 3-cü dərəcə Kanalların, dambaların, bəndlərin və başqa analoji hidrotexniki qurğuların təhlükəli yerlərini nəzərdən keçirməklə xırda zədələrin aradan qaldırılması. Hidrotexniki sulama və kollektor drenaj qovşağında bağlanmış hissənin qurğularına hidrometrik və başqa qurğulara xidmət edilməsi. Qrunt sularının paslaşması, enişdə sürüşmə halının qarşısını alan, sahilin möhkəmliyini təmin edən əkin vəziyyətinin müşahidə edilməsi. Daşma əleyhinə materialların və tikinti materialların qəza ehtiyatının hazırlanması, su təsərrüfatı təyinatlı meşə əkinlərinin qorunması. Atlara qulluq, velosiped və motosikletin saz saxlanılması.
Bilməlidir: münbitləşmə qovşağı ilə xidmət olunan torpaqların münbitləşdirilmə sahəsi və ondan kənd təsərrüfatı işləri üçün istifadə edilməsini, kanalın uzunluğunu və yerləşmə planını, hidrotexniki qurğuların və hidrometrik qurğuların miqdarını və onların texniki vəziyyətini, meşə əkininin və qurğularının vəziyyətini, suvarma kanallarından və kollektor drenaj qovşağından, hidrotexniki qurğulardan, hidrometrik quruluşlardan, münbitləşmə üçün sudan istifadə qaydalarının əsasını, ata qulluq qaydasını, motosiklet və velosipedin quruluşu və onların idarə olunmasını.
69. Hidrotexniki obyektlərə baxan İşin xüsusiyyəti. 4-cü dərəcə Kanalların maili səthinə, qoruyucu dambalara, suyun iti axan yerlərinə, bənd və başqa hidrotexniki qurğulara və onların avadanlığına nəzəri baxış, onların yuyulmuş və dağılmış yerlərinin təyin edilməsi. Sudan istifadə edən təsərrüfatlara suyun bölüşdürülməsi və verilməsi. Münbitləşmə suyunun işlədilməsinə nəzarət. Dağıntı yerləri aşkar edildikdə aktların və sxematik şəkillərin tərtilə olunması, su intizamını pozanlara qarşı, meşə əkinlərinin korlanması haqqında tərtilə olunmuş aktların sahə hidrotexnikinə verilməsi. Münbitləşmə qovşağına və qurğulara texniki baxışda iştirak etmək. Xidmət sahəsində yerləşən hidroqurğuların, eləcə də qəza və ayrıcı darvazaların, su buraxılan dyukerlərin qəza və cari təmiri işində iştirak etmək.
Bilməlidir:əsas hidrotexniki qurğuların təyinatını və quruluşunu, sulama sistemlərinin texniki istismar qaydasını və kənd təsərrüfatında sudan istifadə qaydalarını; hidrologiyaya aid əsas məlumatları, torpaq hidroqurğuları bərkitmə üsullarını, enişlərin, dambanın və başqa qurğuların cari təmir edilməsində texniki təhlükəsizlik qaydasını.