51. Qaz və maye nəzarəti üzrə defektoskopçu İşin xüsusiyyəti. 2-ci dərəcə Məmulat səthinin və vakuum sistemlərinin hava ilə üfürülməsi və üfürüb təmizlənməsi, vakuum şlanqlarının və vakuum sistemlərinin çıxış qol borularının spirtlə sililə təmizlənməsi. Süzülən mayenin və adsorbsiya edən örtüklərin çəkilməsi və təmizlənməsi. Məmulatlara ultrabənövşəyi şüalarda baxılması. Helium və haloid sızma axtaranların işə salınması və iş rejiminə çatdırılması. Kvars diffuz sızma üzrə sızma axtarıcıların heliuma reaksiyasının yoxlanılması. Helium balonlarının və reduktorların helium sisteminə qoşulması. Elektrik ölçü və mexaniki cihazların köməyi ilə sistemlərdə qazın və vakuumun artıq təzyiqinin ölçülməsi. Mexaniki və buxar vuran vakuum nasoslarının istismarı.
Bilməlidir:vakuumun alınmasına dair əsas məlumatları; civə-kvars lampalarının, lüminessent cihazların: lövhəşəkilli-rotor, lövhə-şəkilli-stator, zolotniklərin-plunjer, buxar-vuran və soyudan tələlərin iş prinsiplərini; vakuumun ölçülməsi üçün olan nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; boyaüfürücülərin, helium və haloid sızmaaxtarıcıların iş prinsiplərini və quruluşunu; sızmaaxtarıcıların konstruksiyasında germetikliyi yoxlamaq üçün istifadə olunan metodları.
İş nümunələri. 1. Sadə konfiqurasiyalı tökmələr, döymə və ştamplama pəstahları - ultrabənövşəyi şüalarla yoxlama.
2. Artıq təzyiqin və vakuumun ölçülməsi üçün cihazlar-manometrlərin, mexaniki və elektrik vakuummetrlərin göstəricilərinin çıxarılması.
3. Qovuşuq qaynaq birləşmələri - ultrabənövşəyi şüalarla yoxlama.
4. Sızmaaxtarıcı - cihazın işə hazırlanması və onun işə salınması.
52. Qaz və maye nəzarəti üzrə defektoskopçu İşin xüsusiyyəti. 3-cü dərəcə Sınaqlara hazırlıq-nəzarət (montaj) sxeminin yığılması və artıq təzyiqdən istifadə edərək helium şüaları vasitəsi ilə ayrı-ayrı detalların üfürmə metodu ilə əməliyyatlararası yoxlanılması. İstismar qaydalarının tələblərinə və germetikliyə nəzarət üzrə təlimata müvafiq helium və haloid sızmaaxtarıcıların istismarı. Vakuumu və təzyiqi ölçmək üçün nəzarət-ölçü cihazlarının seçilməsi. Yoxlanılan detalların germetikliyinin sınaqları üzrə rəy. Stasionar şəraitində və obyektlərdə məlumatların lüminessent və rəngli yoxlanılması. Lüminessent defektoskopiya cihazları ilə işləmək. Təlimata əsasən süzülən mayenin və adsorbsiya edən örtüklərin hazırlanması. İndikator izləri üzrə defektlərin qeyd olunması. Defektlərin şərh edilməsi.