53. Qaz və maye nəzarəti üzrə defektoskopçu İşin xüsusiyyəti. 4-cü dərəcə Yığma vahidlərinin, qaynaq birləşmələrin və spirallı sistemlərin germetikliyinə, germetikliyə nəzarət təlimatının və helium və holoid sızmaaxtarıcıların istismarına aid təlimatın tələblərinə müvafiq, nəzarət aparılması. Kvars diffuziya sızması üzrə, yaxud təmiz hava kamerasının köməyi ilə sızmaaxtarıcılarda həssaslığın saxlanılması. Radioblokların iş rejimlərinin tənzimlənməsi. Alçaq vakuumun vəqazın təzyiqinin ölçülməsi üçün olan nəzarət-ölçü cihazlarının dərəcələrinin ölçülməsi. Stasionar şəraitdə və obyektlərdə məmulatlara kompleks nəzarətin aparılması. İndikator izlərinin xüsusiyyətinə görə defektin xarakterinin müəyyənləşdirilməsi. Sxematik nəzarət xəritələrinin tutulması. Nəzarət metodunun seçilməsi-lüminessent, rəngli, kompleks-səthin vəziyyətindən və qaynaq birləşmənin düzülüşündən asılı olaraq. Lüminessent aparatında, frosselin, vakuum cəftələrinin, silfon ventillərin təmiri daxil olmaqla, nasazlıqların aradan götürülməsi. Vakuum nasoslarına baxış və onlara texniki xidmət göstərilməsi.
Bilməlidir:fırlanan yağlı buxar vuran nasosların qurulma qaydalarını; kütlə-spektrometrik sızmaaxtarıcıların əsas hissələrinin quruluşunu; elektrik hissənin vakuum sistemlərini, qidalanma və idarə olunma bloklarını; germetikliyə nəzarət metodlarını; sınaq qaydalarını; vakuumu ölçmək üçün olan ionlaşma və mexaniki cihazların iş prinsipini; qeyri-üzvi və üzvi kimyanın elementar əsaslarını; maşınqayırma rəsmxəttinin əsaslarını; nəzarət üçün tətbiq olunan məhlulların və boyaların təyinatını və xassələrini; laboratoriya avadanlığına xidmət etmə qaydalarını.
İş nümunələri. 1. Vakuummetrlər - istilik buxar lampasının yoxlanılması və dərəcələrə bölünməsi.
2. Buxar turbinlərinin kürəkcikləri -lüminessent və rəngli metodlarla nəzarət.
3. Sızmaaxtarıcılar - maksimum həssaslığı təmin etmək məqsədi ilə radiobloklarda iş rejimlərin yoxlanılması və tənzimlənməsi.