68. Qazanxana maşinisti İşin xüsusiyyəti. 4-cü dərəcə Ümumi istilik istehsalı 42-dən 84 QC/saatadək (10-dan 20 Qkal) olan su qızdırıcı və buxar qazanlarına və ya ümumi istilik istehsalı 84-dən 273 QC/saata (20-dən 65 Qkal/saatadək) olan, bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Nəzarət-ölçü cihazlarında suyun səviyyəsinə, təzyiqə və buxarın, suyun və ayrılan qazların temperaturuna nəzarət. Qazanların işinin tələb olunan buxar qrafikinə əsasən tənzimlənməsi. İstilik verilməsinə nəzarət. Ümumi istilik gücü 84 QC/saatdan (20 Qkal/saat) yuxarı olan, əsas aqreqatlar yerləşən xidmət zonasındakı istilik şəbəkəsi boyler qurğularına və ya işlənmiş buxar stansiyalarına xidmət. Avadanlığın işində olan nasazlıqları aşkar etmək və aradan qaldırmaq.
Bilməlidir:qazanların, köməkçi mexanizmlərin və armaturların quruluşunu və onlara xidmət qaydasını; istilik texnikası üzrə əsas məlumatları; istiliyin müxtəlif məhlullarını və istiliyin miqdarının qazan aqreqatlarının istilik istehsalına və yanma prosesinə təsir keyfiyyətini; suyun keyfiyyətinə qoyulan texniki şərtləri və suyun təmizlənməsi üsullarını; qazanxana qurğularının işindəki nasazlıqların əmələ gəlmə səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri; mürəkkəb nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi üsullarını.
69. Qazanxana maşinisti İşin xüsusiyyəti. 5-ci dərəcə Ümumi istilik istehsal gücü 84-dən 273 QC/saatadək (20-dən 65 Qkal/saata) olan su qızdırıcı və buxar qazanlarına və ya istilik istehsal gücü 273-dən 546 QC/saatadək olan bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Qida xətlərinin dəyişdirilməsi. Buxar xətlərinin doldurulması və boşaldılması. Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktiki baxışda, qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Onların təmirdən sonra qəbulu və işə hazırlanması.
Bilməlidir: su qızdırıcı və buxar qazanlarının müxtəlif sistemlərinin quruluşu və iş prinsipini; qazanxana avadanlığı və mexanizmlərinin istismar göstəricilərini; avtomatik tənzimləmə aparatlarının quruluşunu; cihazların göstəricilərindən asılı olaraq qazanxanaların iş rejiminin aparılması qaydasını; qazanxanada borukəmərləri şəbəkəsinin və siqnalizasiyasının sxemini; nəzarət-ölçü cihazlarının tənzimlənməsi qaydalarını.