64. Qazların və tozun təhlili üzrə laborant İşin xüsusiyyəti. 4-cü dərəcə Havanın xüsusi mürəkkəb analizlərinin aparılması. Xromatoqrafda qazın qatılığının müəyyənləşdirilməsi, etalonlu qaz qatışıqlarının tərtilə edilməsi. Xromatoqrafın sazlanması və kalibrləşdirilməsi. Pnevmometrik borucuqlarda əmsalların yoxlanılması. Defektlər cədvəlini tutmaq üçün tozudanların tədqiqində iştirak. Tozudanların, tüstüsoranların, havadəyişdiricilərin, eksqausterlərin sınaqdan keçirilməsi və sazlanmasında, avadanlığın işini səciyyələndirmək və tövsiyələndirmək üçün materialların işlənilməsində iştirak. Qaz, maye, bərk fazaların kimyəvi və fiziki xassələrinin müəyyənləşdirilməsi. Qaz-toz təmizləyən qurğunun effektivliyinin müəyyən edilməsi. Titrlənmiş məhlulların hazırlanması. Sexlərdə qurulmuş stasionar cihazların göstəricilərinin düzgünlüyünün yoxlanılması. Toz-qaz hesablamalarının yerinə yetirilməsi. Texniki sənədlərin aparılması. Toz-qaz analizlərində yeni metodların tətbiqi. Qazın aparatlar üzrə düzgün bölüşdürülməsinin yoxlanılması.
Bilməlidir:qaz xromotoqrafiya metodunu; analiz metodunun prinsiplərini və onun fiziki mahiyyətini; toz və qazudan avadanlığın sazlanma qaydalarını; cihazların həssaslığının tənzimləmə üsullarını, xromotoqrafın qaz sxemini, yarımavtomat reometrin sxemini və sazlama üsullarını; texniki sənədlərin aparılma qaydalarını.
65. Qazüfürücü maşının maşinisti İşin xüsusiyyəti. 2-ci dərəcə Texnoloji qazların və havanın sıxılması və yerdəyişməsi üçün müxtəlif tipli maşınlara: 3000 kub metr/s-dək qaz və hava verən boruqazüfürücülərə, hava-qaz üfürücülərə xidmət, onların işinə nəzarət və tənzimlənməsi. Maşınların işə salınması və dayandırılması. Qazın təzyiqi və temperaturuna nəzarət, işlək hissələrin yağlanması, yağın soyudulması. Kommunikasiya, nəzarət-ölçü cihazlarının sazlığına nəzarət. Avadanlıqlara baxış və cari təmiri, maşın, kommunikasiya, armatur və nəzarət-ölçü cihazlarının sazlığına nəzarət. Nəzarət-ölçü cihazlarının nasazlıqlarının müəyyənləşdirilməsi və onların aradan qaldırılması. Avadanlıqların planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Elektrik enerjisi və sürtkü materialları sərfinin uçotunu aparmaq. İstehsalat jurnalında qeydlər aparmaq.
Bilməlidir: xidmət edilən maşın və mühərriklərin quruluşunu; görülən iş üzrə elektrotexnikanın əsaslarını; kommunikasiya sxemini; sürtkü materiallarının əsas xüsusiyyətlərini; yağlama qaydalarını; avadanlığın işində yaranan nasazlıqların səbəbini və onların aradan qaldırılması yollarını.
3-cü dərəcə: saatda 3000-dən - 15000 kub metrədək qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
4-cü dərəcə: saatda 15000-dən - 75000 kub metrədək qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
5-ci dərəcə: saatda 75000 kub metrdən yuxarı qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
Qeyd: 1. Qazüfürücü maşının maşinist köməkçisi maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir, ancaq onun dərəcəsi 2-ci dərəcədən aşağı olmamalıdır.
2. Maşinistlər eyni zamanda elektrik filtrlərinə, boruşəkilli və sulayıcı soyuduculara xidmət üzrə işləri yerinə yetirdikdə onlar 1 dərəcə yüksək tarifləşdirilir.