74. Qazanxana operatoru İşin xüsusiyyəti. 5-ci dərəcə Ümumi istilik istehsalı 84-dən 273 QC/saata qədər (20-dən 65 Qkal/saat) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada maye və qazşəkilli yanacaqla və ya elektrik qızdırıcı ilə işləyən, istilik istehsal gücü 273-dən 546 QC/saata qədər (65-dən 130 Qkal/saatadək) olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət etmək. Qidalandırıcı xətlərin dəyişdirilməsi, magistraldan buxarın qoşulması (birləşdirilməsi) və kəsilməsi (dayandırılması). Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktik baxışın keçirilməsi və qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Qazan və onların mexanizmlərinin alınması və işə salınması.
Bilməlidir:müxtəlif sistemli suqızdırıcı və buxar qazanlarının quruluşunu və iş prinsipini; qazanxana avadanlığının və mexanizminin istismar göstəricilərini; avtomatik tənzimləyici aparatların quruluşunu; cihazların göstəricilərinə əsasən qazanxananın iş rejimi qaydasını; qazanxanada boru kəmərləri şəbəkəsinin və siqnalizasiyanın sxemini; nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydasını.
75. Qazanxana operatoru İşin xüsusiyyəti. 6-cı dərəcə Cəmi istehsal gücü 273 QC/saat (65 Qkal/saatdan artıq) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada yanacaq və ya elektrik qızdırıcısı ilə işləyən istilik istehsalı 546 QC/saatdan (130 Qkal/saatdan artıq) yuxarı olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət etmək.
Bilməlidir: mürəkkəb nəzarət-ölçü cihazlarının və avtomatik tənzimləmə aparatlarının konstruktiv xüsusiyyətlərini; yanacağın istilik yaratma qabiliyyətini və fiziki xüsusiyyətlərini, qazanların yanacaq balansının elementlərini və onun tərtilə edilməsi, qazanxana qurğularının fəaliyyətinin faydalılıq əmsalının müəyyənləşdirilməsi qaydalarını.
76. Qəlibləmə və şixta qatışıqlarının təhlili üzrə laborant