İşin xüsusiyyəti. 2-ci dərəcə Qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xüsusi cihazlarda rütubətə, mexaniki möhkəmliyə, dənəvərliyə, qaz keçirmə qabiliyyətinə sınaqdan keçirilməsi. Üyüdülmədə nazikliyin (incəliyin), həcmin, quruma və sıxılma mərhələsinin, həcm kütləsinin və digər zəruri göstəricilərin bərabər ölçülməsinin müəyyən edilməsi. Sınaq üçün nümunələrin hazırlanması. Qəlibləmə, şixta, özəkli və tikinti materiallarının keyfiyyətinin iş yerlərində yoxlanılması. Materialın istehsalatda düzgün tətbiq olunmasına və təyin edilmiş texnoloji rejimlərə əməl olunmasına nəzarət. Sınaqların nəticələrinin müəyyən olunmuş formalar üzrə yazılması.
Bilməlidir:qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xassələrini və təyinatını; sınaq üçün tətbiq edilən cihazların və aparatların iş prinsipini; nümunələrə nəzarət və düzgün sınaqdan keçirilməsi metodlarını; elektrik qızdırıcı cihazlardan istifadə qaydalarını; aparılmış sınaqların nəticələrinin yazılış qaydasını.
77. Qəlibləmə və şixta qatışıqlarının təhlili üzrə laborant İşin xüsusiyyəti. 3-cü dərəcə Yüksək hərarətə davamlı ərintilər üçün şixta və qəlibləmə qatışıqların sınaqdan keçirilməsi. Sınaqda istifadə olunan cihazların və aparatların sazlanması. Çuqun, polad, əlvan tökmələrin və yüksək hərarətə davamlı ərintilərin, tikinti və odadavamlı materiallar üçün qəlibləmə, şixta və özəkli qatışıqların hazırlanması reseptlərinin tərtilə edilməsi.
Bilməlidir: mümkün olan bütün qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xassələrini və xarakteristikalarını; sınaq üçün istifadə olunan cihazların və aparatların quruluşunu və onları sazlama üsullarını; qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların hazırlanmasında texnoloji prosesi; qəlibləmə, şixta, özəkli materialların və qatışıqların keyfiyyətsiz hazırlanmasına görə tökmələrdə zay məhsulun növlərini; qəlilə və özəklərin qurudulma rejimlərini.