83. Daxiliyanma mühərriklərinin maşinisti İşin xüsusiyyəti. 2-ci dərəcə Gücü 73,5 kVt (100 a.g.-dək) olan bütün daxiliyanma mühərrik sisteminə xidmət. Gücü 73,5-dən 735 kVt (100-dən 1000 a.g.-dək) olan bir neçə daxiliyanma mühərrikləri sistemindən ibarət olan qurğulara (stansiyalara) maşinist köməkçisi simasında xidmət. Mühərriklərin işə salınması, dayandırılması və onların işinin tənzimləndirilməsi. Mühərriklərin doldurulması, birləşmə və köməkçi mexanizmlərin yağlanması.
Bilməlidir:mühərrikin iş prinsipini; mühərrikin işə salınması, dayandırılması və xidməti qaydalarını; mühərrikin yağlama, təchizetmə və soyudulma sxemini; nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydalarını; yanacaq və sürtkü materiallarının növlərini; borukəmərlərinin və armaturların yerləşməsini.
84. Daxiliyanma mühərriklərinin maşinisti İşin xüsusiyyəti. 3-cü dərəcə Gücü 73,5-dən 147 kVt (100-dən 200 a.g.-dək) olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə xidmət. Cəmi gücü 735-dən 2205 kVt (1000-dən yuxarı 3000 a.g.-dək) olan bir neçə daxiliyanma mühərriklər sistemindən ibarət olan qurğulara (stansiyalara) maşinist köməkçisi simasında xidmət. Mühərriklərin işinin xidmət edilən istehsalat obyekti və ya sahəsinin texnologiyasına uyğun olaraq tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət.
Bilməlidir: xidmət edilən mühərriklərin quruluşunu; mühərriklərə, generator, istilik nasosları və köməkçi mexanizmlərə xidmət qaydalarını; istilik və elektrik texnikası üzrə əsas məlumatları; nəzarət-ölçü cihazlarının quruluşunu; mühərriklərin işinin uçotunu; yanacaq və sürtkü materiallarının sərfini.
85. Daxiliyanma mühərriklərinin maşinisti İşin xüsusiyyəti. 4-cü dərəcə Gücü 147 kVt-dan 551,2 kVt-dək (200-dən 750 a.g.-dək) olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə və ya cəmi gücü 147 kVt-dan 735 kVt-a (200 a.g.-dən 1000 a.g.-dək) olan bir neçə mühərriklərlə təchiz edilmiş qurğulara (stansiyalara) xidmət. Cəmi gücü 2205 kVt-dan (3000 a.g.-dən) çox olan bir neçə daxiliyanma mühərriklər sisteminə maşinist köməkçisi kimi xidmət. İşə, aqreqat, generator, istilik nasosları və köməkçi mexanizmlərə nəzarət. Cari təmirin aparılması və mühərriklərin orta və əsaslı təmirində iştirak. Mühərriklərin təftişi zamanı onların açılması, baxışı, yığılması və onlara nəzarət qaydalarını.