89. Dezaktivatorçu İşin xüsusiyyəti. 3-cü dərəcə Xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiya avadanlığının köməyi ilə dezaktivasiyası. Dezaktivasiya məhlullarının və yuyucu suların verilməsi üçün nasosların, takelaj qurğuların, təmirxana avadanlığının işə hazırlanması. Səthin radioaktiv maddələrlə çirklənməsi növündən asılı olaraq dezaktivasiya tərkibinin növünün müəyyən olunması. Zəhərlənmiş obyektlərin, avadanlıqların, alət və binaların deqazasiya məhlulları ilə deqazasiya cihazlarının vasitəsi ilə deqazasiyası. Verilmiş resepturaya görə dezaktivasiya tərkibinin, deqazasiya məhlullarının hazırlanması. İnventarın, avadanlıq və qurğuların cari təmirinin yerinə yetirilməsi. Avadanlığın sazlanması.
Bilməlidir: dezaktivasiya tərkiblərinin əsas fiziki-kimyəvi xassələrini; dezaktivasiya tərkiblərinin və deqazasiya maddələrinin hazırlanma, avadanlığa, mühafizə texnikasına təsir etmə qaydalarını; fərdi mühafizə materialları və vasitələrini; dezaktivasiya avadanlığının, dozimetrik, radiometrik aparatlarının və deqazasiya cihazlarının quruluşunu; radioaktiv çirklənmənin son mümkün olan səviyyəsi və tündlük dərəcəsini; radioaktiv maddələrlə və ionlaşdırılmış şüalanma ilə işləməyin sanitariya qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtlərini.
90. Dezaktivatorçu İşin xüsusiyyəti. 4-cü dərəcə Qiymətli materialların, xüsusi geyimin və fərdi mühafizə vasitələrinin ultrasəs vannalarında, əridici sobalarda, yuyucu bokslarda və s. dezaktivasiyası. Avadanlığın və nəzarət-ölçü cihazlarının sazlığının yoxlanılması və işə hazırlanması. Avadanlığın dezaktivasiyası zamanı demontaj və yığma işlərinin aparılması. Dozimetrik nəzarətin köməyi ilə müəyyən radioaktiv şüalanma növü üçün mümkün olan son səviyyəsi ilə müqayisə etməklə dezaktivasiya prosesinin başa çatmasının müəyyənləşdirilməsi. Avadanlığın verilmiş iş rejimində sazlanması.
Bilməlidir: ultrasəs vannaların, əridici sobaların, yuyucu boksların və tıxac armaturunun quruluşunu və idarə olunmasını; dezaktivasiyanın texnoloji prosesini; tətbiq edilən dezaktivasiya materiallarının fiziki-kimyəvi xassələrini; nəzarət-ölçü cihazlarının quruluşunu.