106. Eksqauster maşinisti İşin xüsusiyyəti. 3-cü dərəcə Eksqauster və köməkçi avadanlığa: qidalandırıcı mexanizmlərə, şiber qurğularına, blokirovkaya, təkrar kommunikasiya zəncirlərinə və ötürücü qayışlara, yağ nasoslarına, filtrlərə və s. yüksək ixtisaslı maşinistin rəhbərliyi altında xidmət. Avadanlığın təmirində iştirak etmək.
Bilməlidir:xidmət edilən avadanlığın, mexanizmin və işə salma aparatların quruluşunu; mexanizmin yoxlanılması vaxtını və qaydasını; işıq və səs siqnallaşdırmasının qaydalarını.
107. Eksqauster maşinisti İşin xüsusiyyəti. 4-cü dərəcə Eksqausterlərə və köməkçi avadanlıqlara; qidalandırıcı mexanizmlərə, şiber qurğularına, blokirovkaya, təkrar kommunikasiya və ötürücü zəncirlərə, yağ nasoslarına, filtrlərə və s. xidmət. Eksqausterlərin qızdırılması və onların təmirdən sonra mərkəzə uyğunlaşdırılması. Qazların sovrulması üçün nasosların tənzimlənməsi və sobalarda havanın yaxşı çəkilməsi, yüngül çəkili materialların: tükün, yunun, taxta qırıntılarının və s. sərbəst yerdəyişməsi üçün seyrəkliyin saxlanılmasının tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinin qeydə alınması.
Bilməlidir: kinematikanın və xidmət olunan avadanlığın, mexanizm və aparatların elektrik sxemini; dəyişən cərəyanlı yüksək müqavimətə malik mühərriklərin quruluşunu; sürtkü yağlarının növlərini.
108. Etiketlərə ştempel vuran İşin xüsusiyyəti. 1-ci dərəcə Etiketlərə ştempel vurulması və ya etiket, banderol, ampula və s. əl ilə və ya maşının köməyi ilə etiketlərin ştamplanması və komposterlənməsi. Rənglərin hazırlanması. Maşına kağızın və rəngin doldurulması. Ştempel maşınının işinin tənzimlənməsi.
Bilməlidir: ştempel maşınının iş prinsipini; məhsulların çeşidini; ştempelləmə üsullarını; ştempelləmə və komposterləmə üsullarını; işlədilən rənglərin növlərini.
109. Elektroakustika laborantı İşin xüsusiyyəti. 2-ci dərəcə Maqnit lentlərinin və tozların elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə daha yüksək ixtisaslı elektroakustika laborantının rəhbərliyi altında impuls və ya ayrı-ayrı elektroakustik və maqnit sınağı.
Bilməlidir: maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqdan keçirilməsinə nəzarət etmək üçün olan qurğuların iş prinsipini; elektrik siqnallarının maqnit yazısının əsas prinsiplərini; elektrik nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq olunma şərtlərini.