F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h
112. Elektromexaniki sınaqlar və ölçülər üzrə laborant İşin xüsusiyyəti. 2-ci dərəcə Eskizlər və çertyojlar üzrə sadə sınaq sxemlərinin yığılması. Plastik kütlə, kompaund, lak plyonka, maye dielektrik nümunələrinin dielektrik xarakteristikalarında yoxlama ölçmələrin aparılması. Elektrik elementlərində izolə keyfiyyətinin yoxlanılması. Dielektriklərin və elektrik elementlərinin elektrik xassələrinə, nəmliyə nəzarət etməklə uzun müddətli iqlim sınağından keçirilməsi. Bərk dielektriklərin müxtəlif temperatur şəraitində uzanmaya, zərbəyə, əyilməyə və sıxılmaya qarşı sınaqlar keçirmək yolu ilə onların mexaniki xassələrinin müəyyənləşdirilməsi. Etalonlarla müqayisə etmək metodu ilə daimi və dəyişən cərəyanlı cihazların yoxlanılması. Ampermetrləri və voltmetrləri yoxlamaq üçün sxemlərin yığılması. Daimi cərəyan yerində müqavimətin ölçülməsi. Polietilendən, ftoroplastdan olan nümunələri və məmulatları presləmək üçün materialın, sınaq və ölçmək üçün plastik kütlənin hazırlanması. Elektrik elementlərinin lak, emal və digər mürəkkəb elektroizolə tərkiblərlə (kompaundlarla) izolə edilməsi. Avtoklavlarda və barokameralarda sınaqlar və ölçülər üzrə işlərin yerinə yetirilməsi. Cihazlar üzrə maye materiallarda özlülük dərəcəsinin müəyyənləşdirilməsi. Elektromühərrikin fırlanma tezliyinin, Om müqavimətinin ölçülməsi. Solenoid ötürücülü asinxron mühərriklərdə sarğının sınaqdan keçirilməsi. Aşağıvoltlu elektromühərrikin gərginlik altında işinin yoxlanılması. 40 kVt gücə malik aşağıvoltlu elektromühərriklərin, aşağıvoltlu və qaynaq transformatorların elementar sınaqdan keçirilməsi. Sarğılarda meqometr vasitəsi ilə izolə müqavimətinin sınağı. Cihazlar üzrə bərkliyin müəyyənləşdirilməsi. İzolə olunmuş elektrik elementlərinin yoxlama sınaqları. Tutumluğun, izolə müqavimətinin ölçülməsi, izolə materiallarının qırılmaya, girəcəklərin düzgün yerləşməsinə, qısaqapanma burumların yoxluğuna və s. yoxlanılması. Sınaq üçün nümunələr hazırlayarkən termostatlarda temperatur rejimlərinin aparılması. Köçürmə cədvəllərinin köməyi ilə bərklik kəmiyyətinin bir şkaladan digərinə köçürülməsi. Sınaq nəticələrinin jurnala yazılması.
Bilməlidir: elektrotexnikanın əsas qanunlarını; elektrik mühərriklərinin, transformatorların işləmə prinsipini və onların xarakteristikalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; sınaq zamanı sənaye elektrik qurğularının göstəricilərini ölçmək üçün sadə sxemləri; aşağı voltlu elektrik avadanlığının elementar sınaqlar keçirilməsi qaydalarını; əsas komponentlərin, tətbiq olunan elektroizolə lakların, yapışqanların və başqa mürəkkəb izolə materiallarının təyinatını; avtoklavlarla, barokameralarla, vakuum-hopdurucu qurğularla və hidravlik preslərlə və digər laboratoriya sınaq avadanlığı ilə işləmə qaydalarını; materialların mexaniki sınaq metodikasını; nümunələrin, sıxılmaya, əyilməyə, xüsusi zərbəli özlülüyə və uzanmaya qarşı mexaniki sınaq üçün cihaz və qurğuların və istiliyə davamlığı müəyyənləşdirmək üçün cihazların quruluşunu; cihazların xarici maqnit və ya elektrostatik sahələrindən mühafizə üsullarının təsnifatını; elektrikölçən cihazların yoxlama qaydalarını.