110. Elektroakustika laborantı İşin xüsusiyyəti. 3-cü dərəcə Maqnit lentlərinin və tozların elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə impuls və ya ayrı-ayrı elektroakustik və maqnit sınaqları. Maqnit lentində impuls siqnallarının ölçülməsi və getmə tezliyinin qurulması. Daha yüksək ixtisaslı elektro-akustika laborantının rəhbərliyi ilə maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqları.
Bilməlidir:maqnit lentlərini və tozları elektroakustik və maqnit sınaqdan keçirilməsinə nəzarət etmək üçün olan qurğuların quruluşunu; elektrik nəzarət-ölçü cihazlarının quruluşunu; maqnit lentlərinin və tozların impuls sınağının aparılma qaydalarını və üsullarını.
111. Elektroakustika laborantı İşin xüsusiyyəti. 4-cü dərəcə Elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqları. Gərginliyin, cərəyan gücünün və tezliyin, maqnit lentində amplitudanın uzunluğunun və məsaməliyinin ölçülməsi və təyin edilməsi. Yazı-etalon və sınaq lentində sinusoidal və impuls siqnallarının əks etdirilməsi. Nisbi həssaslığın, qeyri-bərabər həssaslığın, tezlik xarakteristikasının, lentin öz səsinin, modulyasiya səsinin, maqnitsizləşdirmənin, kopir-effektin, təhriflərin qeyri-xəttiliyinin, maqnitliyin kənar edilməsində cərəyanın optimallığının, ferromaqnit lentin və tozun xarakteristikalarının müəyyən olunması. Elektrik nəzarət-ölçü cihazlarının kalibrlənməsi və sıfıra qoyulması və tənzimlənməsi. Maqnit lentlərinin ayrı-ayrı tiplərinin qəbulçuya, istehlakçıya təqdim edilməsi. Hazır məhsula pasportların yazılıb rəsmiləşdirilməsi.
Bilməlidir: maqnit lentlərin və tozların elektroakustik və maqnit sınağının keçirilməsi üçün olan qurğuların sazlama qaydasını; elektrotexnika, radiotexnika, elektroakustika, elektrik və radio ölçülərinin əsaslarını; elektrik siqnallarının maqnit yazısının fiziki əsaslarını; maqnit lentlərinin hazırlanmasının texnoloji prosesini; elektroakustik və maqnit sınaq metodlarını.