99. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru İşin xüsusiyyəti. 4-cü dərəcə Teleavtomatika, rele kommutatorlarının sadə və çox mürəkkəb olmayan kabel zəncirlərinin ştativ avadanlığının, teleavtomatika kanallarının, kanalizasiya qurğularının aparatura və yüksəktezlikli sıxma sisteminin istismar-texniki xidməti və təmiri, onlarda zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Teleavtomatika aparaturası və dispetçer avadanlığının elektrik yoxlanışının aparılması. Səyyar obyektlər və stasionar stansiyalarla əlaqə üçün radiostansiyalara xidmət. Teleavtomatika sxeminin yoxlanılması üçün kompleks sınaq qurğularına xidmət. Sınaq sxemlərinin daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında yığılması. Teleavtomatika sxeminin izolə zəncirlərinin sınaqdan çıxarılması.
Bilməlidir:elektrik ötürücü xətləri, çoxkanallı sistemlər üzrə xəbərlərin verilməsi və qəbul edilməsi prinsiplərini; dispetçer avadanlığının və teleavtomatika aparatlarının əsas prinsipial və montaj sxemini; elektrik qidalandırıcının verilmə, bölüşdürmə və siqnalizasiya sxemini; xidmət olunan avadanlığın kabel zəncirlərinin və teleavtomatika kanallarının sazlanmasının əsas elektrik normalarını, onların yoxlanılması və ölçülməsi metodlarını; kabel və xətt qurğuları haqqında əsas məlumatları, onların quruluşu və xidmət qaydasını; detal və aparatlarda defektlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üsullarını; mürəkkəb nəzarət-ölçü cihazlarının quruluşunu və təyinatını.
100. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru İşin xüsusiyyəti. 5-ci dərəcə Yüksəktezlikli sıxlıq sistemin yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronlu qeydedici cihazların və kabel zəncirlərinin mürəkkəb ştativ avadanlığının istismar-texniki xidməti və təmiri. Xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması. Açar və sayğacların tənzimlənməsi.
Teleavtomatika sxeminin yoxlanılması və sazlanması. Sınaq sxemlərinin yığılması. Avadanlıqların sökülməsi, yığılması həmçinin mexaniki və elektrik tənzimlənməsi. Avadanlığın montajı və modernləşdirilməsi. Texniki sənədləşdirmənin aparılması. Detalların işlənib köhnəlməsi səbəblərinin aşkar edilməsi. Teleavtomatika aparatlarının tənzimlənməsi və sınağı üçün təyin edilmiş mürəkkəb elektrik sxemli xüsusi qurğuların sazlanması. Saat stansiyasının təmiri və ona xidmət. Teleavtomatika sxemi zəncirinin sınağı və sazlanması. Əlaqələndirici rele aparatlarının təmiri və sazlanması.
Bilməlidir: xidmət olunan avadanlığın texniki xüsusiyyətlərini; çoxkanallı yüksəktezlikli sıxlıq sisteminin, teleavtomatika və kommutatorların prinsipial və quraşdırma sxemlərini; qrup generatorlu və ictimai avadanlıqların iş prinsipini və prinsipial sxemini; teleavtomatika kanallarının və avadanlıqlarının elektrik normalarını; özüyazan və elektron qeydedici cihazların quruluşunu; cərəyanın qidalanma mənbəyinin quruluşunu; mürəkkəb nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydalarını.