97. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru İşin xüsusiyyəti. 2-ci dərəcə Dispetçer avadanlığı və teleavtomatika aparaturasının istismar-texniki xidməti, onların sökülməsi, təmiri və yığılması. Yüksək ixtisaslı elektrik təmirçisinin rəhbərliyi altında cihazların lövhə üzərində qurulması və qoşulması. Bərk və yumşaq lehimdən istifadə etməklə qalaylama və lehimləmə. Bütün tipli qoruyucuların panellərdə montajı. Nəzarət kabellərinin çəkilməsi, bölünməsi və calanması. Əlaqələrin və əlaqə səthlərinin tənzimlənməsi.
Bilməlidir:xətt və kabel qurğularının təmiri və xidməti üzrə mürəkkəb olmayan işlərin yerinə yetirilməsi qaydasını; xidmət edilən kabellərin, izolə materiallarının, sarğı və montaj xətlərinin konstruksiya və tipini; geniş yayılmış universal və xüsusi ləvazimat və nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şəraitini; qara və əlvan metalların, izolə materiallarının emalı üsullarını; hopdurucu və örtücü lakların və sürtkü materiallarının xüsusiyyətlərini.
98. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru İşin xüsusiyyəti. 3-cü dərəcə Dispetçer avadanlığı, yüksək tezlikli kanalların, teleavtomatika aparatlarının kabel və xətt qurğularına istismar-texniki xidmət edilməsi, onların müəyyən edilmiş iş rejimlərinin saxlanılması. Radiolampaların emissiyasının yoxlanılması.
Lampaların, şəbəkə və siqnallarda gərginliyin ölçülməsi. Avtomatika sxemi relesinin mexaniki tənzimlənməsi. Qidalandırıcı blokun təftişi, kontaktor və idarə açarlarının təmiri və tənzimlənməsi. Cihazların yoxlanılma üçün qoşulması ilə lövhələrdə bərkidilməsi. Teleavtomatika zəncirlərinin tənzimlənməsi. Montaj və prinsipial sxemin markalanmasının yoxlanılması. İzoləedici materialların çertyoj üzrə emalı. Zədələnmiş kabellərin dəyişdirilməsi. Məmulatların qaynar lehimlənməsi. Sadə detallara eskiz və çertyoj sxeminin tərtilə edilməsi və onlar üzrə işlərin yerinə yetirilməsi.
Bilməlidir: elektrotexnika və radio-texnikanın əsaslarını; yüksək tezlikli əlaqələrin və elektrik keçirici üzrə teleavtomatikanın əsaslarını; xidmət olunan avadanlığın blok sxemini; yüksək tezlikli əlaqə kanallarını, telemexanika və radioəlaqəni; nominal gərginlik üzrə qoruyucuların seçilməsi, sabit və dəyişən cərəyanla qidalanma mənbəyi haqqında ümumi məlumatları; akkumulyator batareyalarının iş rejimini; universal və xüsusi ləvazimatların, sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu.