134. Elektroizolə materialları üzrə laborant İşin xüsusiyyəti. 5-ci dərəcə Yeni izolə materiallarının xassələrinin yoxlanılması və müxtəlif mürəkkəbli yeni məmulatların izolə edilməsi üzrə texnoloji proseslərin işlənilməsində iştirak. Laboratoriyadakı müxtəlif texnoloji avadanlıqla işləmək. İzolə materiallarının dielektrik xarakteristikalarının ölçülməsi və işlənilməsi. Texniki tapşırıqlara müvafiq olaraq metodikanın seçilməsi və müxtəlif şəraitdə sınaqların keçirilməsi. Sınaq nəticələrinin sənədləşdirilməsi və təhlilin aparılması. Yüksək dəqiqlik sinfi olan aparatlarla işləmək. Elektrik sxemlərin tərtilə olunması və mürəkkəb olmayan qeyri-standart aparatların yığılması, dərəcələrə bölünməsi, sazlanması. Müxtəlif mexanizmlərin hazırlanması.
Bilməlidir:müxtəlif izolə materiallarının xassələrini və təyinatını; izolə edilən elementlərə qoyulan tələbləri; izolə materiallarının hopdurma, tökmə, üzləmə, yapışdırma və presləmə proseslərinə texnoloji təlimatları.
Orta ixtisas təhsili tələb olunur.
135. Elektrik mühərriklərinin motorçusu İşin xüsusiyyəti. 2-ci dərəcə Havadəyişdirici və tüstüsorucu qurğulara, şlakqaldırıcılara, eksqausterlərə, skreper bucurqadlara, qazanxana və istilik ötürücü qurğulara və ya elektrik mühərriklərinin cəmi gücü 100 kVt-a qədər olan qurğulara xidmət. Xidmət olunan avadanlığın işə hazırlanması, salınması, iş rejiminin tənzimlənməsi və saxlanılması. Mexanizm və aqreqatların işindəki nasazlığın müəyyənləşdirilməsi. Cari təmirin aparılması, orta və əsaslı təmirdə iştirak etmək. Nəzarət-ölçü cihazlarının göstəricilərinin jurnalda qeyd edilməsi.
Bilməlidir: xidmət olunan avadanlığın iş prinsipini; elektrotexnika üzrə əsas məlumatları; şiberlərin qazanxanada yerləşməsi və onların düzgün idarə edilməsi qaydalarını; kültutma prinsipini; qurğuların istehsal gücünün tənzimlənməsi üsullarını; qazan və qazanxana qurğularının iş prinsipini və qaz yollarının sxemini; nəzarət-ölçü cihazlarının təyinatını və onlardan istifadə qaydalarını; qazların sovrulması və hava axını prosesinin qazanların iş rejiminə təsirini.
Cəmi gücü 100 kVt-dan çox olan elektrik mühərriklərinə xidmət zamanı - 3-cü dərəcə.