Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə114/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   110   111   112   113   114   115   116   117   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

151. Yanğınsöndürənin doldurucusu
İşin xüsusiyyəti.
3-cü dərəcə
Köpüklü, tozlu, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərin doldurulması və təkrar doldurulması. Doldurma keyfiyyətinin, armatur və qoruyucu mexanizmlərdə sazlığının yoxlanılması. Korpusların hidravlik sınağı, balonların, armaturun və qoruyucu mexanizmlərin təmiri, nasaz yanğınsöndürənlərin çıxdaş edilməsi. Doldurulmuş yanğınsöndürənlərin hesabının (uçotunun) aparılması və lazımi sənədlərin hazırlanması. Yanğınsöndürənləri doldurarkən və sınaqdan keçirərkən doldurma stansiyası avadanlığına, kompressorlara və cihazlara xidmət. Xidmət olunan avadanlığın cari təmiri və daha mürəkkəb təmirlərdə iştirak.
Bilməlidir: müxtəlif tipli köpük, toz, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərinin quruluşunu; yanğınsöndürənlərin doldurma maddələrinə daxil olan komponentlərin kimyəvi tərkibi və xassələrini; balonların korpuslarının, ventillərin və qoruyucu mexanizmlərin yoxlanılması və sınaqdan keçirilmə qaydalarını; yanğınsöndürənlərin nəql edilmə (daşınma) şərtlərini; doldurma stansiyalarının tiplərini; yanğınsöndürənlərin doldurulmasında tətbiq edilən aparat və cihazların iş prinsipini; doldurulmuş yanğınsöndürənlərə texniki sənədlərin hazırlanması qaydasını.
152. Yanacaq doldurma stansiyasının operatoru
İşin xüsusiyyəti.
2-ci dərəcə
Avtomobil, motonəqliyyat, traktor, gəmi və digər nəqliyyat vasitələrinin, müxtəlif qurğuların əl ilə və yanacaq paylaşdırıcı kolonkaların köməyi ilə yanacaq və sürtkü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Bu materialların nəqliyyat vasitələrinin sürücülərinə buraxılması. Şinlərdə havanın təzyiqinin yoxlanılması. Neft məhsullarının kiçik qablarda buraxılması. Ehtiyat hissələrinin satılması. Neft məhsullarının və sürtkü materiallarının qəbulu. Laboratoriya təhlillərinin keçirilməsi üçün nümunələrin götürülməsi. Qəbul edilən və satılan məhsullar üzrə sənədlərin tərtilə edilməsi. Növbə ərzində hesabatın aparılması.
Bilməlidir: doldurucu avadanlığın iş prinsipini; neft məhsullarının təyinatını və xarici fərqlərini; satılan neft məhsullarının adı, markası və növünü, nəzarət-ölçü cihazlarının tətbiqi şərtlərini; qəbul edilən və satılan neft məhsulları üzrə sənədlərin tərtibi qaydalarını; neft məhsullarının saxlanılması və buraxılması qaydalarını.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin