145. İşlənilmiş yağın regeneratorçusu İşin xüsusiyyəti. 2-ci dərəcə Ağardıcı torpaq, ammiak, silikagel və oksidlə aktivləşdirilmiş alüminiumla işlənilmiş yağın regenerasiyası. Doldurulmuş buks materialının regenerasiyası. Məhsul qalığının yağtəmizləyici maşın və vakuum altında buxarla təmizlənməsi və qurudulması. Yağın təmizlənməsi və regenerasiyası prosesinin gedişinə nəzarət. Yağın təhlili üçün nümunənin seçilməsi. Yağın vəziyyətinin rəngə və iyə görə müəyyənləşdirilməsi. Yağtəmizləyici maşın, sentrifuqa, filtr-preslərin, aparatların və digər xidmət olunan avadanlığın sökülməsi, təmizlənməsi, yığılması və cari təmiri.
Bilməlidir:yağtəmizləyici avadanlığın iş prinsipini; yağ və doldurucu buks materialının təmizlənməsi və regenerasiyasının əsas metodlarını; istifadə olunan sorbentlərin və aktivatorların xüsusiyyətini; universal və xüsusi vəsaitin təyinatını və tətbiqi şərtlərini; nəzarət-ölçü alətinin təyinatını.
146. İşlənilmiş yağın regeneratorçusu İşin xüsusiyyəti. 3-cü dərəcə İşlənilmiş yağların regenerasiyası və dəqiq təmizlənməsi. Hərəkət heyətinin buksu üçün döşəməsilən şotkaların və sürtkü materiallarının regenerasiyası. Asetonun buxarlandırma metodu ilə regenerasiyası. Yağların çirklənməsi və köhnəlmə dərəcəsindən asılı olaraq avadanlıqların sxeminin və lazımi materialların seçilməsi və yağların təmizlənməsi və regenerasiyası rejiminin seçilməsi. Silikagelin, aktiv alüminium oksidinin aparatlara doldurulmaqdan əvvəl qurudulması rejiminin müəyyənləşdirilməsi. Təhlil etmədən yağların keyfiyyətinin müəyyənləşdirilməsi. Yağların qısaldılmış fiziki-kimyəvi təhlilinin aparılması. Yağların bərpası dərəcəsinin müəyyənləşdirilməsi. Elektrik gərginliyinin altında işləyən aparatlarda yağın təmizlənməsi. Vakuumlu sentrifuqada yağların tərkib hissələrə ayrılması. Yağın su ilə yuyulması. Yağın buxarla qızdırılması və onun vakuum altında qurudulması. Transformator yağının nümunəsinin sınaqdan keçirilməsi. Yağtəmizləyici maşın və aparatın işə salınması və sazlanması, onların təmirində iştirak etmək.
Bilməlidir: yağtəmizləyici avadanlıq və aparatların quruluşunu; yağların əsas fiziki və kimyəvi xüsusiyyətlərini və onların tətbiqi sahəsini; yağların regenerasiya və təmizlənməsi metodlarını; yağların stabilləşdirilməsi və qarışdırılması üsullarını; xüsusi və universal vəsaitlərin quruluşunu və nəzarət-ölçü cihazlarını; yağ yollarının sxemini və avadanlıqların əsas hissələrinin qarşılıqlı əlaqəsini; yağların köhnəlməsinin əsas əlamətlərini; hərəkət heyətinin buksu üçün istifadə olunan döşəməsilən şotkaların və sürtkü materiallarının regenerasiya üsullarını və təyinatını.