İşin xüsusiyyəti. 2-ci dərəcə Məhsuldarlığı 42 QC/saata (10 Qkal/saat)-dək olan istilik şəbəkəli boyler qurğularının, işlənmiş buxar stansiyası, günəş və geotermal qurğuların fasiləsiz və səmərəli işinin təşkil edilməsi. Şəbəkədə su və buxarın təzyiqinin, lazımi temperaturun saxlanılması. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. Şəbəkə və kondensat nasoslarının işinə nəzarət. Avadanlıqların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Qəza vəziyyətinin ləğv edilməsi. Operativ sənədləşdirmənin aparılması. Xidmət olunan boyler qurğularının, işlənmiş buxar stansiyasının günəş və geotermal qurğularının təmirində iştirak etmək.
Bilməlidir:qurulmuş avadanlığın quruluşunu və iş prinsipini; teplofikasiya qurğularının istilik sxemini; istehlakçıların iş qrafikini və istilik rejimlərini; nəzarət-ölçü cihazlarının və tənzimləyicilərin qurulduğu yeri, təyinatını və iş prinsipini; istilik texnikasının elementar əsaslarını.
3-cü dərəcə - məhsuldarlığı 42-dən 84 QC/saata (10-dan 20 Qkal/saatadək) qədər olduqda;
4-cü dərəcə - məhsuldarlığı 84 QC/saatdan (20 Qkal/saat) artıq olduqda.
141. İş yerlərinin təminatçısı İşin xüsusiyyəti. 2-ci dərəcə Mürəkkəb çeşidli məmulat buraxan və müxtəlif istehsalat kooperasiyası olan sexə və sahəyə yuxarı ixtisaslı təminatçının rəhbərliyi altında xidmət və ya sadə çeşidli məmulat istehsal edən və məhdud istehsalat kooperasiyası olan sahələrə müstəqil xidmət. İş yerlərinin detal, yarımfabrikat, alət, iş naryadları və digər texniki sənədlərlə təmin edilməsi. Sahə üçün yarımfabrikat və tədarükün alınması. Hazır detalların anbara təhvil verilməsi. Digər sex və sahələrdə əməliyyatlararası emaldan keçən detalların təhvili və sayca qəbul edilməsi.
Bilməlidir: xidmət olunan sahələrin istehsalat tapşırığını və iş yerlərinin yüklənmə qrafikini; əsas detalların emalını; xidmət edilən sahədə emal olunan birləşmə və detalların çeşidini; detal və qoyulmuş sənədlərin uçotu qaydasını; detalların nəql edilməsi qaydasını.