23. Dalandar İşin xüsusiyyəti. 3-cü dərəcə Xidmət olunan binanın (evin) ətrafındakı küçə, səki, meydança və sahələrin təmizlənməsi. Səkilərin küçə və körpülərin qar və buzdan vaxtında təmizlənməsi, onlara qum səpilməsi. Yanğın qutularına sərbəst keçmək üçün onlara gedən yolun vaxtaşırı təmizlənməsi. Su yığmaq üçün balaca arx və çalaların qazılması və təmizlənməsi. Küçələrdə qoyulmuş zibil qutularının yuyulması və onların vaxtaşırı zibildən təmizlənməsi. Yaşayış binalarının həyətlərindəki zibil qutularının, ictimai tualetlərin vaxtında təmizlənməsinə və onların sanitar vəziyyətlərinə nəzarət. Bütün ev avadanlıqlarının və əmlakın (çəpər, pilləkən, su boruları, zibil qutusu, lövhələr və s.) sazlığına və saxlanılmasına nəzarət. Bayramlarda evlərin fasadlarına bayraqların asılması, çıxarılması və mühafizə olunması. Xidmət olunan sahədə işıqların vaxtında yandırılması və söndürülməsi. Polis işçiləri ilə birlikdə yoxlamalarda iştirak edilməsi. Qocalara, xəstələrə, uşaqlara, bədbəxt hadisə zamanı zərər çəkənlərə yardım edilməsi.
Bilməlidir: binaların sanitariya, abadlıq cəhətdən təmiz saxlanılması qaydasını; polis idarəsi bölmələrinin, yerli sahə müfəttişliyinin, təcili tibbi yardım stansiyasının, yanğına qarşı hissənin, əczaxananın, uşaq evinin və s. ünvan və telefon nömrələrini.
4-cü dərəcə: həyətyanı tualetlərin təmizlənməsi işlərini gördükdə.
24. Dezinfektor İşin xüsusiyyəti. 3-cü dərəcə Paltarın, ev əşyalarının, avadanlığın, maşının, xammalın, yarımfabrikatın, nəqliyyat vasitələrinin, ərazinin, istehsal yerlərinin, bina və tikililərin fiziki, kimyəvi, bioloji və kompleks metodlarla dezinfeksiyası (xəstəlik törədən mikroorqanizmlərin və ya yoluxucu infeksiya yayanların məhv edilməsi və ya zərərləşdirilməsi) və dezodorasiyası. Əl ilə zəhərləyici kimyəvi maddələrlə dezinfeksiya (ziyankar həşəratların artmasının qarşısının alınması və məhv edilməsi) deratizasiya və dezodorasiya (siçovul, siçan və əkin gəmiricilərinin məhv edilməsi) aparılması, dezinfeksiya olunan əşyaların dezinfeksiya kameralarına gətirilməsi və onların yüklənməsi və boşaldılması.
Bilməlidir: dezinfeksiya, dezinseksiya, deratizasiya və dezodorasiya üçün işlədilən maddələrin təyinatını, növlərini və xüsusiyyətlərini; dezinfeksiya kameralarının doldurulma və boşaltma üsullarını; dezinfeksiya, dezinseksiya, deratizasiya işlərini gördükdə şəxsi və ictimai təhlükəsizlik tədbirlərini, zəhərli, kimyəvi preparatlarla işlərin təhlükəsizlik qaydalarını, xüsusi mühafizə vasitələrindən istifadə qaydalarını.