13. Bilet satıcısı İşin xüsusiyyəti. 3-cü dərəcə Müxtəlif nəqliyyat (hava, dəniz, çay, dəmir yolu, avtomobil, şəhər elektrik nəqliyyatı və s.) üçün biletlərin, abunə biletlərinin, minik talonlarının, jetonların, başqa sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi və satılması, teatrlara, kinoteatrlara, sirkə, klublara, parklara, stadiona və başqa tamaşa yerlərinə əl ilə və bilet çap edən maşın və avtomatlardan, satışın avtomatlaşdırılmış sisteminin terminal aparatlarından istifadə etməklə biletlərin satılması və yerlərin qabaqcadan saxlanılması. Kassada satılmış biletlər, abunə biletləri və minik talonları barədə və başqa sərnişin və daşınma sənədlərinin qalığı haqqında məlumat verilməsi. Bilet çap edən, bilet satan və pul xırdalayan avtomatlara xidmət və sərnişinlərin bilet çap edən avtomatlardan istifadə etməsi üçün pulun xırdalanması. Biletlərin (abunə biletlərinin) qabaqcadan sifariş ilə satışının, başqa sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi. Pul vəsaitlərinin, sənəd blanklarının və başqa maddi sərvətlərin alınması, mühafizəsi və təhvilinin müvafiq qayda ilə aparılması. Vətəndaşlar səfərdən, uçuşdan və s. imtina etdiyi hallarda biletlərin geri alınması və bilet pulunun onlara qaytarılması.
Bilməlidir: sərnişin və baqajların müvafiq nəqliyyat növü ilə daşınması qaydasını, təyin edilmiş ödəmə və yığımların və tariflərin tətbiq edilməsi, nəqliyyatın bir növündən başqasına keçdikdə səfər haqqının təzədən hesablanması qaydasını, səfər sənədlərinin formasını, biletlərin güzəştlə satılması qaydasını; vaqonda, gəmidə, avtobusda tamaşa zallarında və s. oturacaq yerlərin sxemini, nəqliyyat qovşaqlarının uyğun sxemlərini; nəqliyyat hərəkət cədvəlini və onun hərəkətinin əsas marşrutlarını, pul vəsaitlərinin, sənəd blanklarının və başqa maddi sərvətlərin alınması, mühafizəsi və təhvil verilməsinə aid təlimatları.
14. Bilet satıcısı İşin xüsusiyyəti. 4-cü dərəcə Beynəlxalq, qarışıq, düz (kabotajlı), yerli və şəhərətrafı daşınmalarda nəqliyyatın növləri üzrə sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi və satılması, ekskursiya səfərlərinə və turist reyslərinə, kruiz reyslərinə əvvəlcədən verilmiş sifarişlə kollektiv ərizələrə əsasən «qatarla» gediş-gəliş sənədlərinin tərtilə edilməsi və satışı. Teatrların, kinoteatrların, sirkin, klubların, parkların, stadionların və başqa tamaşa idarələrinin kassaları (kassirləri) arasında bilet və abunə biletlərinin bölüşdürülməsi. Biletlərin satılması haqqındakı kassa hesabatının qəbul olunmuş ardıcıllığa uyğun tərtilə edilməsi. İstifadə olunan avadanlığın qurulması, təmiri və ona xidmət.
Bilməlidir: uçot və hesabatın aparılması üzrə kassa və bank əməliyyatlarının aparılması qaydasını; beynəlxalq və daxili daşınmada nəqliyyat sənədlərinin formasını; xüsusi zonaya səfər üçün biletlərin satışı və rəsmiləşdirilməsi qaydasını; istifadə olunan avadanlığın təyinatını, quruluşunu və xidmət qaydasını; qatarda, avtobusda, təyyarədə, gəmidə boş qalmış yerlər haqqında məlumat verilməsi qaydasını.
5-ci dərəcə: kassalar arasında yerlərin və biletlərin paylanılması və nəqliyyat yola düşdükdən sonra boş yerlər haqqında məlumat verdikdə.
6-cı dərəcə: xarici valyuta ilə işlədikdə.