5. Avtomobil sürücüsü İşin xüsusiyyəti. 6-cı dərəcə Yükgötürmə qabiliyyəti 7-10 ton olan bütün növ yük avtomobillərinin (avto-qatarların) və qabarit uzunluğu 9-11 metr olan avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması.
Bilməlidir: avtoqatarların quruluşu və texniki xidmət qaydalarını və yeni buraxılmış avtomobillərə texniki xidmət qaydalarını, avtomobil işinin ayrı-ayrı istismar göstəricilərinin yükdaşımanın maya dəyərinə təsirini, hərəkət vasitələrindən məhsuldar və səmərəli istifadə üsullarını, hərəkət dəstələrinin əsas texniki-istismar keyfiyyətlərini və onların təhlükəsiz hərəkətə təsirini, avtomobil nəzəriyyəsi elementlərini, avtonəqliyyat təsərrüfatının təhlükəsiz hərəkət xidmətinin əsas müddəalarını.
7-ci dərəcə: yükgötürmə qabiliyyəti 10-15 ton olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 11-12 metr olan avtobusların idarə olunması.
8-ci dərəcə: yükgötürmə qabiliyyəti 15 tondan çox olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 12 metrdən çox olan avtobusların idarə olunması.
6. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi İşin xüsusiyyəti. 4-cü dərəcə Avtomobillərin, qoşquların, motosikletlərin, motonartın, aeroxizəyin, traktor bazasında quraşdırılmış mexanizmlərin, xətdən dayanacaqlara qayıdan, eləcə də təmirdən və texniki xidmətdən sonra yol maşınlarının texniki vəziyyətinə nəzarət və yoxlama.
Müvafiq qeydə alınmaqla avtonəqliyyat vasitələri zədələndikdə texniki və normativ sənədlərin, təmir və ya nasazlıqların düzəldilməsi üçün sifarişlərin rəsmiləşdirilməsi.
Texniki tələblərdə nəzərdə tutulmuş bütün işləri görməklə təmirdən və son quraşdırmadan sonra avtonəqliyyat vasitələrinin qovşaq və aqreqatlarının qəbulu və nəzarəti.
Bilməlidir: avtomobillərin, qoşquların, motosikletlərin, motorollerlərin, motonartın, aeroxizəklərin, traktor bazasında quraşdırılmış mexanizmlərin və yol maşınlarının quruluşunu; xətdən qayıdan və onların aqreqat və qovşaqlarının təmirini apardıqdan sonra bu nəqliyyat vasitələrinin qəbuluna qoyulan texniki tələbləri və qaydanı; nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinə, aqreqatların və qovşaqların təmirinə gələn reklamasiya sənədlərinin tərtilə olunmasını.
5-ci dərəcə: avtomobillərin texniki vəziyyətinin yoxlanılması işini yerinə yetirdikdə.