11. Bağban İşin xüsusiyyəti. 2-ci dərəcə Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi. Dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi. Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi. Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması. Əkilənlərin dibinin boşaldılması və sulanması. Paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması. Qurumuş ağac və kolların dibinin boşaldılması və kökündən çıxarılması. Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəcləyilə bərkidilməsi. Yaşıllaşdırılmış sahələrin yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi.
Zibilin yandırılması, Çim hazırlanması və ağacın qopmuş səthinə çəkilməsi.
Bilməlidir: ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini, onların tətbiq üsullarını, bağ-bostan alət və inventarlarından istifadə qaydasını.
12. Bağban İşin xüsusiyyəti. 3-cü dərəcə Müəssisə və təşkilatların yaşıllaşdırılacaq sahələrində rəsm və eskizlər üzrə qazonların, klumb və sahələrin bədii tərtibatı. Əkiləcək materialların hazırlanması. Xalçaya oxşar qazonların, çiçəkliklərin forma ilə kəsilməsi, ağac çətirlərinin və kolluqların biçilməsi. Ağacların soyuqdan qorunması, əhəng məhlulunun çəkilməsi, calaqların və ağacların qopmuş yerlərinin bağ palçığı ilə malalanması. Toxum və şitil yığılması və növlərə ayrılması. Oranjereya və parnik təsərrüfatının təşkili və aparılması. Parnik və oranjereyanın havasının dəyişdirilməsi, qızdırılması, səpin və bitkinin üstünün örtülməsi. Yeşiklərin, dibçəklərin, rəflərin hazırlanması və onlara toxum əkilməsi. Cərgələrin qurulması, düzəldilməsi və boşaldılması.
Bilməlidir: aqrotexnikanın və botanikanın əsaslarını, bitkilərə aqrotexniki qulluq qaydalarını, ağac və kolların budama üsullarını, torpağın becərilmə qaydasını və bitkiləri əkmək üçün hazırlıq işinin yerinə yetirilməsini, parnik, oranjereyanın və istilikxanaların istilik rejimini, bitkilərin xəstəliyi ilə mübarizə üsulları və onların qarşısını almaq tədbirlərini.