HƏDİSLƏRLƏ HZ. ƏLİ
MÖMİNLƏRİN ƏMİRİ ƏLİ B. ƏBU TALİBİN FƏZİLƏTI
Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 12 May 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №DK-40/H
TƏRCÜMƏ EDƏN
K. HÜSEYN
REDAKTƏ EDƏN
ABDURRAUF SAMİR
ÖN SÖZ
XUTBƏTUL-HACƏ
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)1.
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır2.
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.
Şükürlər olsun aləmləri Rəbbi olan Allaha, şükürlər olsun ki, verdiyi nemətlər sayəsində bu kitabı tərcümə edib bitirə bildik. Allaha nə qədər şükr etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini verə bilmərik. Çünki Allah – subhənəhu və təalə - nin bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, onun da şükrə ehtiyacı vardır. Necə ki, Davud – əleyhissəlam – buyurur: «Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim». Allah: «İndi Məni tanıdın və Mənə şükr etdin ey Davud! Çünki şükr etməyin də Mənim bir nemətim olduğunu bildin». (Başqa rəvayətdə: «Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa da belə gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə yenə də mənə verdiyin nemətin haqqını belə vermiş olmaram»4.
Kitabın5 - Hasaisul Əmiril Muminin Əli b. Əbu Talib. Qısa olaraq Kitabul Hasais də adlanır – tərcümə üçün seçilməsinə səbəb Əhli Sünnə vəl Cəmaata atılan böhtan və iftiralara cavabdır. Çox eşidirsən ki: Əhli Sünnətdə Hz. Əli – radıyallahu anhu - nun fəzilətinə dair heç bir kitab yoxdur, onlar onun fəzilətini bilmirlər və onu sevmirlər və s. Lakin İmam Nəsəi – Allah ona rəhmət etsin – bu kitabı Hz. Əli – radıyallahu anhu - nun fəzilətinə dair toplanmış ən gözəl kitablardan biridir. Bu kitabı oxuyan hər bir oxuyucu Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihə atılan bu böhtan və iftiraların əsassız olduğunu, əksinə Əhli Sünnət sevgidə və məhəbbətdə həddi aşaraq Hz. Əli – radıyallahu anhu - nu İlah səviyyəsinə qaldıran (Ona İlahlıq sifətlərini verən) və ya kin və nifrətə görə onu kafir sayan kimsələr arasında orta mövqədədir. Onlar Dörd Rəşidi xəlifəsindən biri olan, Cənnətlə müjdələnmiş, Əmiril Muminin, Peyğəmbər - səllallahu aleyhi və səlləm - in əmisi oğlu, kürəkəni, Fatimə – radıyallahu anhə - nin yoldaşı, Allahın Aslanı olan Hz. Əli – radıyallahu anhu - nun sevir, onun İslamda olan yerini, verdiyi xeyir və dəyərləri bilir.
İlk növbədə çalışdım ki, kitabı tərcümə edərkən hədislərin səhih və zəif isnadlarını da qeyd edim. Bacardığım hədislərin isnadını Şeyx əl-Albani – rahmətullahi aleyhi - nin təhqiqi ilə qeyd etdim. Tapa bilmədiklərimi isə Türk dilindən tərcümədə necə verilmişdirsə elə də saxladım. Kitabın sonunda əlavə olaraq Hz. Əli, Fatimə, Həsən və Huseyn – Allah onlardan razı olsun - haqqında hədislər də qeyd etdim.
İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
BİTİRDİM: HİCRİ 1429-cu il RABİUL ƏVVƏL 10
MİLADİ 2008-ci il 18 MART
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10)
İMAM NƏSƏİ – Rahmətullahi Aleyhi - NİN HƏYATI
DOĞUMU: Əsl adı Əhməd b. Şuayb b. Əli b. Bəhr b. Sinan b. Dinardır. Ləqəbi Əbu AbdurRahmandır. Nəsa adlanan yerdəndir. Hədisdə hafizlik dərəcəsinə çatmışdır. H. 214 və ya 215-ci ildəndir. Xorasanda Nəsa adlanan bir qəsəbədə doğulmuşdur. Nəsa – Sərahsə iki günlük, Mərvə beş günlük, Əlyurda bir günlük, Nisapura altı və ya yeddi günlük bir məsafədədir. Bu qəsəbədən çox məşhur alimlər çıxmışlar. Bu qəsəbəyə Nəsa deyilməsinin səbəbi bu cür açıqlanır: İslam orduları Xorasana daxil olduqları zaman bu qəsəbəyə doğru irəliyər. Xəbərdar olan xalq qəsəbəni tərk edərdilər. Qəsəbədə qadınlardan başqa heç kimsə qalmazdı. İslam orduları qəsəbəyə daxil olduqları zaman orada bir nəfər də belə kişi görməzdilər. Bunlar qadınlardır, qadınlarla da döyüşülməz! Deyərək oranı tərk edərdilər. Buna görə də Nəsa – unudulan və ya içində sadəcə qadınların olduğu şəhər adlanır. Buna nisbət edilərək də Nəsa adlandırılmışdır. İmam Nəsəi Şəfii məzhəbindəndir.
MÜƏLLİMLƏRİ: İshaq b. Rahaveyh, İshaq b. Həbib b. Şəhid, Süleyman b. Əşas, İsalə b. Şahin, əl-Xaris b. Miskin, İsahq b. Mənsur əl-Kevsec, Mahmud b. Ğaylan, Quteybə b. Səid, İshaq b. Musa əl-Ənsari, İbrahim b. Səid əl-Cevheri, İbrahim b. Yaqub əl-Cuzcani, Muhəmməd b. Bəşir, Əli b. Həcər, Əbu Davud əs-Sicistani, Əli b. Həşrəm, Mücahid b. Musa, Əhməd b. Bəkkar b. Əbu Meymunə, əl-Həsən b. Muhəmməd b. əz-Zəfərani və Əhməd b. Abde – Allah onların hər birindən razı olsun - hədis öyrənmişdir. Şama gəlmiş Hişam b. Ammar və Duhaym – Allah onlardan razı olsun – hədis öyrənmişdir. Həmçinin Xorasan, Hicaz, İraq, Cəzirə, Şam və Misir mühəddislərindən də dərs almışdır.
TƏLƏBƏLƏRİ VƏ ONDAN HƏDİS RƏVAYƏT EDƏNLƏR: Bir çox kimsə İmam Nəsəidən hədis öyrənmiş və rəvayət etmişdir. İmam Əbul Qasım ət-Təbərani, Əbu Əli əl-Hüseyn b. Əli əl-Hafiz ən-Neyamuzi ət-Təbərani, Əhməd b. Umeyr b. Cevsə, Muhəmməd b. Cəfər b. Kilas, Əbul Qasım b. Əbul Ukb, Əbul Meymun b. Rəşid, Əbul Həsən b. Həzləm, Əbu Səid əl-Arabi, İmam Cəfər ət-Tahavi, Muhəmməd b. Harun b. Şuayb, İbrahim b. Muhəmməd b. Saleh b. Sinan, Əbu Bəkr Əhməd b. İshaq əs-Sünni əl-Hafiz hədis öyrənib və rəvayət etmişlər. Həkim – Bir çox dəfə Əbul Həsən əd-Darakutninin, İmam Əbu AbdurRahman Nəsəi, dövründə hədis elmi, ravilərin cərh və tədilində şöhrət tapmış kimsələrdən öndə gəlir dediyini eşitdim. Ət-Tacus Subki müəllimi Hafiz Zəhəbidən və atası Şeyx İmam Subki – rahmətullahi aleyhi - rəvayət edir ki: «İmam AbdurRahman Nəsəi – rahmətullahi aleyhi - Səhihin müəllifi olan İmam Muslim – rahmətullahi aleyhi - dən daha çox hədis əzbərdən bilirdi. Nəsəinin Sünnəni Buxari və Müslimin səhihindən sonra ən az zəif hədis olan hədis kitabıdır».
MÜCTƏBA: İbnul Əsir – rahmətullahi aleyhi - deyir ki: «Bir hökmüdar İmam Nəsəiyə: Kitabdakı hədislərin hamısı səhihdir? O: «Xeyr» deyə cavab verdi. Hökmüdar Nəsəidən kitabdakı hədislərin səhih olanlarını ayırmasını istədi. O, da Sünnənul Kubradakı hədisləri əl-Muctəba adını verdiyi bir kitabda topladı. Bu kitab altı böyük hədis kitabından biridir. Muhəddislərin Kutubu Xamsə – beş kitab, Usulul Xamsə - Beş ana kitab dedikləri hədis kitabları Buxari, Müslim, Əbu Davud, Tirmizi, Muctəba Nəsəidir.
VƏFATI: İmam Nəsəi H. 303-cü ilində Şaban ayında 88-89 yaşında ikən dünyasını dəyişmişdir. Harada öldüyü ixtilaflıdır. Fələstinin Rəmlə şəhərində vəfat etdiyi söylənilir. Bəziləri isə Məkkədə vəfat etdiyini və Səfa və Mərva arasında dəfn edildiyini də söyləyirlər.
VƏFAT SƏBƏBİ: İmam Nəsəi H. 302-ci ildə Misirdən Şama gəlmişdir. Şamdakı Muaviyə – radıyallahu anhu - tərəfdarları Muaviyənin Əli – radıyallahu anhu - dan üstün olub-olmadığını soruşurlar. Bundan sonra Muaviyə tərəfdarları tərəfindən döyülmüş və Rəmləyə gətrilərək orada da dünyasını dəyişmişdir. Əbul Həsən Darakutni – rahmətullahi aleyhi - deyir ki: «İmam Nəsəi Şamda Muaviyə tərəfdarları tərəfindən döyülmüşdür. Bundan sonra Məkkəyə gətrilməsini istəmiş və orada da dünyasını dəyişmişdir».
ƏSƏRLƏRİ: əs-Sünnən. Onun iki Sünnəni vardır. Sünnənul Kubra – böyük Sünnən. Sünnənul Suğra – digər adı əl-Muctəba. Nəsəinin sünnəni deyildiyi zaman bununla kiçik sünnəni qəsd olunur. Bir neçə dəfə çap olunmuşdur. Dehli 1256, 1315, Bulak 1276, Qahirə 1312. «əd-Duafa vəl Mətrukin - Zəif hədis raviləri haqqında». Hələb, darul Vəa H. 1405 Beyrut. «Aməlul Yəvm vəl Leylə - Gecə və gündüz zikirlər». Təfsir. Sünnənul Kubranın bir bölümüdür. Fadailul Quran.
ƏLİMİZDƏKİ ƏSƏR: Tam adı – Hasaisul Əmiril Muminin Əli b. Əbu Talib. Qısa olaraq Kitabul Hasais də adlanır. Əsəri müəllifindən rəvayət edən tələbələrindən əl-Həsən b. Rəşikdir. Mutəqəddim və Mutəaxxir uləmalardan bir çoxları da zikr etmişlər. İbn Xayr və İbn Atiyyə 131, Husnul Muhadarda 1/197, Suyuti Tarixində 9/175, Zəhəbi Tabaqatuş Şafiyyə, Subki və Risalətul Mustatrafdə.
Müəllifin yaşadığı dövürdə qələmə aldığı bu əsəri bir çoxları tənqid etmişlər. Ona: «Nə üçün Əbu Bəkr, Ömər – radıyallahu anhum – nun fəzilətinə dair bir kitab yazmadın? deyildikdə o: «Şama gəldikdə insanların H. Əli – radıyallahu anhu – dan üz çevirdiklərini gördüm. Allahın onları doğru yola hidayət etməsini umaraq bu kitabı yazdım» deyə cavab vermişdir.
MÖMİNLƏRİN ƏMİRİ ƏLİ B. ƏBU TALİB – Radıyallahu Anhu – NUN NAMAZI HAQQINDA
1 - Həbbətul Urani rəvayət edir ki, Əli - radıyallahu anhu – nun belə dediyini eşitdim: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm - ilə ilk namaz qılan (insan) mənəm»6.
2 - Zeyd b. Ərqam - radıyallahu anhu – deyir ki: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm - ilə ilk namaz qılan (insan) Əli - radıyallahu anhu – dur»7.
BU HƏDİSİ NƏQL EDƏNLƏRİN LƏFZİ FƏRQLİLİKLƏRİ HAQQINDA
3 - Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm – in qatında ilk müsəlman olan (kimsə) Əli b. Əbu Talib - radıyallahu anhu – dur»8.
4 - Əbu Həmzə - radıyallahu anhu – rəvayət edir ki, Zeyd b. Ərqam - radıyallahu anhu – nun belə dediyini eşitdim: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm - ilə ilk namaz qılan kimsə Əli b. Əbu Talib - radıyallahu anhu – dur (Başqa rəvayətdə: İlk müsəlman olan Əli - radıyallahu anhu – dur)»9.
5 - Əbu Yəhyə b. Afif atasından, o da atası Afifdən rəvayət edir ki: «Cahiliyyədə ailəmə paltar və gözəl qoxulu ətirlər almaq üçün Məkkəyə gəldim. Sadiq və doğru bir tacir olan Abbas b. AbdulMuttalibin yanına gəldim. Yanında oturub Kəbəni seyr edərkən göydə günəş halqa olaraq yüksəldi və (gözdən) itdi. Bir müddətdən sonra bir gənc gələrək gözünü göyə dikdi. Sonra Kəbəyə tərəf durdu. Çox keçməmişdi ki, bir uşaq da gəlib sağında durdu. Çox keçmədən bir qadın da gəlib onların arxasında durdu. Gənc rukuya getdikdə uşaq və qadında (onunla bərabər) rukuya getdilər. Özümü saxlamayaraq: «Ey Abbas! Heyrət edici böyük bir iş!». Abbas: «Heyrət edici böyük bir iş! Bu gəncin kim olduğunu bilirsənmi?» dedi. Mən: «Xeyr» dedim. Abbas: «Bu gənc Abdullah b. Muhəmməddir» dedi. Sözünə davam edərək: «Bəs bu uşaq kimdir, bilirsənmi? Bu uşaq qardaşımın oğlu Əlidir. Bu qadının kim olduğunu bilirsənmi? Bu qadında yoldaşı Xuveylidin qızı olan Xədicədir. Qardaşımın oğlu (Muhəmməd) Rəbbinin göylərin və yerin Rəbbi olduğunu və dini olan (İslamı da) O, əmr etdiyini bildirir. Vallahi bu an yer üzündə bu üç kimsədən başqa bu dində olan heç kimsə yoxdur!» dedi10.
6 - Abbad b. Abdullah (əl-Əsədi) rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Mən Allahın qulu, Rəsulullah - səllallahu aleyhi və səlləm - in qardaşıyam. Mən SIDDIQİ ƏKBƏRƏM. Bunu məndən sonra söyləyən kəs ancaq yalançıdır. Mən insanlardan tam yeddi il öncə iman etdim»11.
ƏLİ B. ƏBU TALİB – Radıyallahu Anhu – NUN İBADƏTİ HAQQINDA
7 - Abdullah b. Əbil Huzeyl - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dən sonra məndən başqa (həqiqi) qul olaraq kimsəni tanımıram. Çünki bu ümmətdən heç kimsə ibadət etməzdən öncə tam doqquz il mən Allaha ibadət etdim»12.
ƏLİ B. ƏBU TALİB – Radıyallahu Anhu – NUN ALLAH QATINDAKI DƏRƏCƏSİ HAQQINDA
8 - Aişə b. Sad - radıyallahu anhə – rəvayət edir ki, atamın (Sad b. Əbu Vaqqas - radıyallahu anhu – nun) belə dediyini dinlədim: «Cuhfə günü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - xutbə oxudu. Allaha həmd-səna etdikdən sonra Əlinin əlini tutaraq belə buyurdu: «Ey insanlar mən sizin vəlinizəm!». İnsanlar: «Doğru söylədin, ey Allahın Rəsulu!» dedilər. Sonra Əlinin əlini tutub qaldıraraq: «Bu da mənim vəlimdir. Mənim əvəzimə borcumu ödəyər. Mən ona dost olanın dostuyam, düşməninin də düşməniyəm»13.
9 - Amir b. Sad b. Əbu Vaqqas atasından rəvayət edir ki, Muaviyə - radıyallahu anhu – Sada: «Səni Əbu Turaba (Əliyə) söyməkdən çəkindirən nədir?» dedi. Sad: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm – in ona söylədiyi üç şey vardır ki, onları xatırladıqda mən ona əsla söymərəm! Hətta bu üç şeydən birinə sahib olmağım mənim üçün qızıl tüklü qırmızı dəvə sürüsünə sahib olmağımdanda xeyirlidir». «Müharibələrin birində Allah Rəsulu - səllallahu aleyhi və səlləm - Əli - radıyallahu anhu – nu öz yerində buraxdığı zaman Əli: «Ey Allahın Rəsulu! Məni uşaq və qadınlarlamı buraxırsan?» dedi. Peyğəmbər: «Sən mənim qatımda Harunun Musanın qatında olduğu dərəcədə olmaqdan razı olmazsanmı? (Sən eynilə o, mövqedəsən) Yalnız, məndən sonra Peyğəmbərlik yoxdur». Məhz mən bunun şahidi oldum.
Bir də Xeybər günü belə buyurduğunu eşitdim: Peyğəmbər: «Bu bayrağı (sabah) elə bir kimsəyə verəcəyəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Həyacanla bu kimsənin kim olduğunu görmək üçün gözlədik. Sonra: Mənə Əlini çağırın! Həmən Əlini çağırdılar, gətrildi. Gözləri ağrayırdı. Həmən mübarək tüfürcəyini gözlərinə sürtdü və bayrağı əlinə verdi. «Ey Peyğəmbərin ev əhli! (Əhli-Beyt). Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33) ayəsi nazil olduğu zaman Əli, Fatimə, Həsən və Hüseyn – Allah onlardan razı olsun – yanına çağırıb buyurdu: «Allahım! Bunlar mənim Əhli-Beytimdir»14.
10 - AbdurRahman b. Sabit, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki: «Oturmuşdum, Əbu Talibin oğlu Əli - radıyallahu anhu – haqqında artıq-əskik danışdılar. Mən həmən dedim: Onun haqqında Allah Rəsulundan üç fəzilət eşitdim ki, onlardan birinin məndə olması mənim üçün qırmızı dəvə sürüsünə sahib olmağımdan daha xeyirlidir: Onun belə buyurduğunu eşitdim: «Onun mənim yanımda (olan dərəcəsi) Harunun, Musa – əleyhimussəlam – ın yanında (dərəcəsi) nədirsə odur. Lakin məndən sonra Peyğəmbər yoxdur!».
Yenə belə buyurduğunu eşitdim: «Sabah bayrağı Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən sevilən bir adama verəcəyəm!». Onun haqqında belə buyurduğunu da eşitdim: «Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır!»15.
11 - AbdulVahid b. Əymən, o da atasından, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Mütləq bayrağı Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən də sevilən bir adama verəcəyəm. Allah onun əli ilə fəthi müyəssər edəcəkdir. Səhabələr o, adamın kim olmasını həyacanla gözlədilər və nəhayət bayraq Əli - radıyallahu anhu – ya verildi»16.
12 - əs-Suddi, o da Ənəs b. Məlik - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanında bir quş əti vardı. Belə dua etdi: «Allahım! Yaratdıqların içində ən çox sevdiyin kimsəni gətir ki, mənimlə bu quşun ətindən yesin. Əbu Bəkr - radıyallahu anhu – gəldi onu geri qaytardı, Ömər - radıyallahu anhu – gəldi onu da geri göndərdi. Sonra Əli - radıyallahu anhu – gəldi, onun yeməsinə izn verdi»17.
13 - AbdurRahmən b. Əbu Leyla - radıyallahu anhu – dan, o da atasından rəvayət edir ki, o yanında gedən Əli - radıyallahu anhu – ya dedi ki: «İnsanlar sənin halına təəccüb edirlər. Soyuq vaxtı iki nazik paltarda çıxırsan, yazda kobud geyinir və qalın paltarla çıxırsan!». Cavab olaraq: «Sən Xeybərdə bizimlə birlikdə deyildinmi?» dedi. Mən: «Bəli» dedi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Əbu Bəkr - radıyallahu anhu – nu bir bayraq ilə göndərdi. Geri qayıtdı. Ömər - radıyallahu anhu – nu da bir bayraq ilə göndərdi, o da geri qayıtdı. Bundan sonra Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən bayrağı mütləq Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən sevilən və heç vaxt geri qayıtmayacaq bir adama verəcəyəm!». Sonra mənə xəbər göndərdi, gözlərim ağrayırdı. Gözlərimə oxuyaraq üfürdü və belə dua etdi: «Allahım! İstiyə və soyuğa qarşı ona kifayət ol!». Ondan sonra nə isti, nə də soyuq hissetdim. (Başqa bir rəvayətdə): «Əbu Bəkr - radıyallahu anhu – bayrağı aldı. Fəth ona nəsib olmadı. Ertəsi gün bayrağı Ömər - radıyallahu anhu – aldı, ona da fəth nəsib olmadı və geri qayıtdı. İnsanlar artıq yorulub, əldən düşmüşdülər. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – belə buyurdu: «Sabah bayrağı elə bir kəsin əlinə verəcəyəm ki, o Allah və Rəsulunu çox sevir, Allah və Rəsulu da onu sevir. O, fəth ona nəsib olmayana qədər geri qayıtmaz. Sabah fəth olunacaq deyə o gecə qəlbimiz rahat yatdıq. Səhər açıldıqda Allah Rəsulu – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra ayaq üstə durub bayrağı aldı. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in qatında bir dəyərə sahib olan hər kəs sanki bayrağın ona verilməsini istəyirdi ki, Əbu Talib oğlu Əli - radıyallahu anhu – gəldi. Gözü ağrayırdı. Gözünə (dua) oxudu və məsh etdi. Sonra bayrağı ona verdi və Allah fəthi ona nəsib etdi. Dedilər ki: «Beləcə, gözlənilən şəxs bizə bildirilmiş oldu»18.
14 - Abdullah b. Bureydə - radıyallahu anhu – dan, o da atasından rəvayət edir ki, Xeybəri mühasirəyə aldıq. Əbu Bəkr - radıyallahu anhu – bayrağı aldı, fəth edə bilmədi. Ertəsi gün Ömər - radıyallahu anhu – bayrağı aldı, o da fəth edə bilmədən geri qayıtdı. İnsanlar yorulub əldən düşmüşdülər. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sabah bayrağı elə bir kəsə verəcəyəm ki, o Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir və o, fəth ona nəsib olmayana qədər geri qayıtmaz». Bundan sonra o gecəni könül rahatlığı içində keçirdik. Sabah fəth olunacaq deyə sevindik. Səhər oldu, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – sübh namazını qıldı və gəlib ayaq üstə durdu və bayrağı aldı. İnsanlar öz məziyyətlərinə və Allah Rəsulunun qatındakı mövqeyinə görə bayrağa sahib olmaq istəyirdilər ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – gözləri ağrayan Əli b. Əbu Talib - radıyallahu anhu – nu çağırdı. (Dua) Oxuyub mübarək tüpürcəyini onun gözlərinə sürtdü və bayrağı ona verdi. Və Allah fəthi ona müyəssər etdi. Dedilər ki: «Beləcə gözlədiyimiz şəxs bizə bildirilmiş oldu»19.
15 - Abdullah b. Bureydə, o da atası Bureydətul Əsləmi - radıyallahu anhu – dan rəvayət edir ki, Xeybər günü gəldikdə, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Xeybər əhlinin qalasının yanında yerləşdi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – bayrağı Ömər - radıyallahu anhu – ya verdi. İnsanlar onunla birlikdə Xeybər əhli ilə döyüşmək üçün görüşdülər. Ömər və yoldaşları bacarmayıb geri qayıtdılar. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən bayrağı elə bir adama verəcəyəm ki, o Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir». Ertəsi gün olduqda, Əbu Bəkr ilə Ömər - radıyallahu anhum – (bayraq uğrunda) sanki yarışa çıxmışdılar. (Amma O,) Gözləri ağrayan Əli - radıyallahu anhu – nu çağırdı. Gözlərinə (dua) oxuyub mübarək tüpürcəyini sürtdü. Oradakı döyüşçülərdən qalxıb onunla gedənlər oldu. Xeybər xalqı ilə qarşılaşdılar. Oranın qəhrəmanlarından biri belə qışqırdı: «QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB, ŞƏKİS-SİLƏHİ BƏTALUN MUCƏRRABU, İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏH-HƏBU - Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən! Müharibə başlayıb döyüş alovlanarkən, Mahir silah ustası, təcrübəli ərəm mən. Aslanlar gəlib hücum etdiklərində, Onlara gah hücum edərəm, gah da zərbə endirərəm!». Əli - radıyallahu anhu – ilə qarşılıqlı olaraq hərəsi bir zərbə endirdilər. Əli - radıyallahu anhu – bir zərbə daha endirdi, adamın başını iki yerə böldü. Bu elə şiddətli zərbə idi ki, əsgərlər arasında səsini eşitməyən qalmadı. Əskərlər o, saat Əli - radıyallahu anhu – ya qoşuldular və Xeybəri fəth etdilər»20.
16 - Səhl b. Sad - radıyallahu anhu – rəvayət edir ki: «Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Xeybər günü belə buyurdu: «Sabah bu bayrağı mütləq Allahın fəthi ona nəsib edəcəyi bir adama verəcəyəm ki, o, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Səhər açıldıqda (səhabələr) Allah Rəsulunun yanına getdilər. Hər biri bayrağın ona verilməsini arzulayırdı. Belə buyurdu: «Əbu Talib oğlu Əli haradadır?». Ona: «Gözü ağrayır!» dedilər. Peyğəmbər: «Xəbər göndərin, gəlsin». Xəbər göndərilib gətirildi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – mübarək tüpürcəyini onun gözlərinə sürtərək dua etdi. O, saat sağaldı. Sanki heç bir ağrısı yoxmuş kimi oldu. Daha sonra bayrağı ona verdi. Əli: «Ya Rəsulullah! Xeybər (Yəhudiləri) ilə onlar da bizim kimi (müsəlman) olana qədər vuruşacağam» dedi. Peyğəmbər: «(Ey Əli!) Tələsmə! Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, (ya Əli!) tək bir nəfəri sənin səbəbinlə Allah hidayətə yönəldərsə bu sənin üçün qırmızı dəvələrdən də xeyirli olar!» deyə buyurdu21.
ƏBU HUREYRƏ - Radıyallahu Anhu – NUN XƏBƏRİNİ NƏQL EDƏNLƏRİN LƏFZLƏRİNİN FƏRQLİ
Dostları ilə paylaş: |