TƏRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 0,7 Mb.
səhifə5/10
tarix21.04.2017
ölçüsü0,7 Mb.
#15070
1   2   3   4   5   6   7   8   9   10

110 - Abdullah b. Ata, İbn Bureydə - radıyallahu anhu rəvayət edir ki, bir nəfər gəlib atama belə bir sual verdi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm in ən çox sevdiyi adam kimdir?». O: «Qadınlar arasında Fatimə, kişilərdən isə Əli - radıyallahu anhum dur» deyə cavab verdi116.

111 - Abdullah b. Nuceyyd rəvayət edir ki, o Əli - radıyallahu anhu nun belə söylədiyini eşidib: «Hər gecə Allah Rəsulu - sallallahu aleyhi və səlləm in yanına gedərdim. Əgər namaz qılardısa «Sübhənəllah» deyərdi, əgər namazda deyildisə mənə izn verərdi və mən daxil olardım»117.

112 - Abdullah b. Nuceyyd rəvayət edir ki, Əli - radıyallahu anhu dedi: «Səhər mənim (xüsusi) bir vaxtım vardı. O vaxtda Allah Rəsulu - sallallahu aleyhi və səlləm in yanına daxil olardım. Əgər namazda olsaydı «Sübhənəllah!» deyərdi, (namazda) olmasaydı içəri girməyim üçün izn verərdi»118.
MUĞİRƏNİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAFI

113 - Abdullah b. Nuceyyd rəvayət edir ki, Əli - radıyallahu anhu dedi ki: «Səhərlər Allah Rəsulu - sallallahu aleyhi və səlləm in yanına getmək üçün bir saat vaxt ayırmışdı, bu vaxtda yanına girmək üçün icazə istəyirdim, əgər o vaxt namaz qılsaydı «Sübhənallah!» deyərdi. Əgər boş olsaydı, mənə içəri girməyə izn verərdi»119.

114 - İbn Nuceyyd rəvayət edir ki, Əli - radıyallahu anhu dedi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm in yanına biri gecə, biri də gündüz olmaq şərtilə iki dəfə girirdim. Gecə girdiyim zaman mənə öskürərdi…». Şurahbil b. Mudrik isnadına müxalif oldu, ancaq «Öskürdü» sözünə müvafiq oldu120.

115 - Abdullah b. Nuceyyd, Əli - radıyallahu anhu nun təmizliyə baxanı olan atasından rəvayət edir ki, Əli - radıyallahu anhu dedi: «Mənim Allah Rəsulu - sallallahu aleyhi və səlləm in yanına heç kimsədə olmayan bir mərtəbəm vardı. Hər səhər onun yanına gəlib: «Ey Allahın Rəsulu! Salam olsun sənə!» deyərdim. Əgər öskürərdisə ailəmn yanına qayıdardım, öskürməzdisə yanına daxil olardım»121.

116 - Abdullah b. Amr b. Hind əl-Cuməlidən rəvayət edilir ki, Əli - radıyallahu anhu dedi: «Rəsulullah - sallallahu aleyhi və səlləm dən bir şey istədiyimdə verərdi, susduğum zaman özü verməyə başlardı»122.

117 - Əbul-Baxtəri rəvayət edir ki, Əli - radıyallahu anhu dedi: «İstədiyimdə mənə verilərdi, susduğum zaman mənə verilməyə başlanardı»123.

118 Zadan rəvayət edilir ki, Əli - radıyallahu anhu dedi: «Vallahi bir şey istədiyimdə mənə verilərdi, susduğumda mənə verilməyə başlanardı»124.
MÖMİNLƏRİN ƏMİRİ ƏLİ - Radıyallahu Anhu NUN PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm İN MÜBARƏK ÇİYNLƏRİNƏ ÇIXMASI HAQQINDA

119 - Əbu Məryəm rəvayət edir ki, Əli - radıyallahu anhu dedi: «Rəsulullah - sallallahu aleyhi və səlləm ilə birlikdə idim. Nəhayət Kəbəyə çatdıq. Allah Rəsulu - sallallahu aleyhi və səlləm mənim çiynimə çıxdı (Əli ayağa qalxdı). Rəsulullah - sallallahu aleyhi və səlləm mənim gücsüzlüyümü gördükdə: «Otur!» dedi. Mən də oturdum. Peyğəmbər - sallallahu aleyhi və səlləm endi və yanımda oturaraq: «Gəl, indi sən mənim çiynimə çıx!» deyə buyurdu. Mübarək çiyinlərinə çıxdım. Məni bərk-bərk tutmuşdu. Göyün üfüqlərini tuta biləcək bir hiss gəldi mənə. Kəbənin üstünə çıxdım. Üstündə sarı dəmirdən və ya misdən bir büt (heykəl) vardı. Tez onu sağa-sola, irəli-geri çəkdim, yaxşıca tutub burduqdan sonra, belə buyurdu: «Onu aşağı at!». O saat atdım, şüşə stəkan kimi qırılıb parçalandı. Sonra endim. Rəsulullah - sallallahu aleyhi və səlləm ilə birlikdə heç kimsəyə görünmədən evlərə tərəf qaçdıq. Kiminlə isə qarşılaşmaqdan qorxurduq»125.
ƏVVƏLKİLƏR VƏ SONRAKILARDAN HEÇ KİMSƏYƏ VERİLMƏYƏN BİR XÜSUSİYYƏTİN ƏLİ – Radıyallahu Anhu YA VERİLMƏSİ, ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm İN BİR PARÇASI, BUNDAN BAŞQA CƏNNƏT QADINLARININ SEYYİDİ - İMRANIN QIZI MƏRYƏM İSTİSNA OLMAQLA - QIZI FATİMƏ - Radıyallahu Anhə NİN ONUNLA EVLƏNDİRİLMƏSİ

120 - Hüseyin b. Vaqid, Abdullah b. Bureydə, o da atasından rəvayət edir ki, «Əbu Bəkr və Ömər Fatimə Allah onlardan razı olsun - istədilər: Peyğəmbər: «O, hələ kiçikdir!» dedi. Əli - radıyallahu anhu onu istədikdə, o saat verdi»126.

121 - Umeys qızı Əsmə - radıyallahu anhə rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm in qızı Fatimə - radıyallahu anhə nin toyunda iştirak edirdim. Səhər açıldıqda Allah Rəsulu - sallallahu aleyhi və səlləm gəlib qapını göydü. Qapını Ona Ummu Əymən açdı. Onu göndərmək üçün xanımlarının içindəydi deyilir Qadınlar Peyğmbər - sallallahu aleyhi və səlləm in səsini eşitdilər. Bəyəndi və «çox gözəl olub» dedi. Sonra bir kənarda oturdu. Məndə bir kənarda oturmuşdum. Sonra Əli - radıyallahu anhu gəldi. Ona dua etdi, üzərinə bir az su səpdi. Ondan sonra Rəsulullah - sallallahu aleyhi və səlləm çıxdı, bir qaraltı gördüm və: «Kimdir bu?» deyə soruşdu. Mən: «Əsmə» dedim. «Umeys qızı» deyə soruşduqda. Mən: «Bəli!» dedim. «Rəsulullah - sallallahu aleyhi və səlləm in qızı Fatimə - radıyallahu anhə nin yanında olub onu toya hazırlayırdın?» dedikdə «Bəli!» dedim. Bundan sonra mənə dua etdi. Bu rəvayətə Səid b. Əbi Arubə müxalif olaraq onu Əyyub, İkrimdən, o da İbn Abbas - radıyallahu anhu dan deyərək rəvayət etdi127.

122 - Əyyub, İkrimədən, o da İbn Abbas - radıyallahu anhu dan rəvayət edir ki, «Allah Rəsulu - sallallahu aleyhi və səlləm Fatimə ilə Əli - radıyallahu anhum evləndirdiyi zaman qatlanmış bir yataq, içi (xurma) lifi ilə dolu bir yastıq, bir dənə su tuluğunu cehiz olaraq vermişdi. Bətha qumundan gətirərək evə səpdilər. Əli: «Onu gətirdiyin zaman, mən sənin yanına gələnə qədər ona yaxınlaşma!» dedi. Sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm gəldi, qapını döydü. Qapıya Ummu Əymən yaxınlaşdı. «Ey qardaşım!» dedikdə Ummu Əymən: «O necə sənin qardaşın ola bilər ki, sən ona öz qızını verdin». Peyğəmbər: «O mənim qardaşımdır!» buyurub qapıya tərəf getdi, bir qaraltı gördü və «kimdir o?» deyə səsləndi. «Əsma b. Umeys!» dedi. Ona tərəf gedərək: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm in qızını hazırlamaq üçün gəlmisən?» - Yəhudilər evlənəcək qadını gözəl hazırlayardılar - Ondan sonra su gətirdi, suya (dua) oxuyub üfürdü, sonra Əli - radıyallahu anhu nu çağırıb o sudan onun üzünə, sinəsinə və qollarına səpdi. Sonra Fatimə - radıyallahu anhə ni çağırdı. Fatimə - radıyallahu anhə gələrkən Rəsulullah - sallallahu aleyhi və səlləm dən utandığına görə az qala (ayağı) paltarına dolaşıb yerə yıxılacaqdı. Sonra da eyni şeyləri ona da buyurdu və: «Ey qızım! Vallahi səni əhlimin ən yaxşısı ilə evləndirmək istədim» deyərək Allah Rəsulu - sallallahu aleyhi və səlləm ayağa qalxıb çölə çıxdı128.

123 - Abdullah b. Əbi Nəcih atasından, o da Muaviyə - radıyallahu anhu dan rəvayət edir ki, Əbu Talib oğlu Əli - radıyallahu anhu yanında yad edildikdə, Sad b. Əbu Vəqqas - radıyallahu anhu dedi: «Vallahi bu üç fəzilətdən biri məndə olsaydı, mənim üçün günəşin üzərinə işıq saçdığı hər şeydən daha sevimli olardı: «Təbuk döyüşündən onu geri qaytardığı zaman: «Sən mənim qatımda Harunun Musa əleyhimussəlam - ın qatındakı mərtəbəsində olmaqdan razı olmazsanmı? Yalnız, məndən sonra Peyğəmbər yoxdur» sözünü mənə desəydi, bu mənim üçün günəşin üzərinə işıq saçdığı hər şeydən daha sevimli olardı. Xeybər günü ona buyurdu: «Bu sancağı sabah elə bir adama verəcəyəm ki o, Allahı və Rəsulunu sevir və heç zaman döyüşdən qaçmaz. Allah fəthi ona nəsib edəcəkdir» sözünü mənə desəydi, bu mənim üçün günəşin üzərinə işıq saçdığı hər şeydən daha sevimli olardı. Qızını mənə versəydi, ondan uşaqlarım olsaydı, bu da mənim üçün günəşin üzərinə işıq saçdığı hər şeydən daha sevimli olardı129.
ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm İN QIZININ, İMRANIN QIZINDAN BAŞQA, CƏNNƏT ƏHLİNİN QADINLARININ SEYYİDİ OLDUĞUNA DAİR VARİD OLMUŞ XƏBƏRLƏR HAQQINDA

124 - Əbu Sələmə, o da Aişə - radıyallahu anhə rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm xəstələndi, Fatimə - radıyallahu anhə gəlib (ona) tərəf əyilərək ağlamağa başladı. Ona gizli bir şey buyurdu, o ağladı. Sonra yenə (ona) tərəf əyildi, yenə gizlicə nə isə buyurdu, bu dəfə güldü. Peyğəmbər - sallallahu aleyhi və səlləm öldükdən sonra bunu ondan soruşduqda, bu cavabı verdi: «(Birinci dəfə əyildikdə) mənə bu sancıya dözməyib öləcəyini bildirdi. Onun üçün ağladım. İkinci dəfə: «Əhli Beytimdən ona qovuşaraq ilk adamın mən olacağımı və bundan başqa da İmranın qızından başqa, Cənnət əhli qadınlarının SEYYİDİ olacağımı gizlicə müjdələdi, onun üçün sevincimdən başımı qaldırıb güldüm»130.

125 - Abdullah b. Vəhb, o da Ummu Sələmə - radıyallahu anhə rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm Fatimə - radıyallahu anhə ni çağırdı, qulağına gizli bir şeylər söylədi, Fatimə - radıyallahu anhə ağladı. Sonra yenə də gizli bir şey söylədi, bu dəfə güldü. Allah Rəsulu - sallallahu aleyhi və səlləm öldükdən sonra əvvəlcə ağlamasının, sonra da gülüməsinin səbəbini soruşdum. Bu cavabı verdi: «İmranın qızı Məryəm Allahın ona salamı olsun dən sonra, Cənnət əhli qadınlarının seyyidi olacağımı dedi, onun üçün sevincimdən güldüm»131.

126 - Əbu Səid - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm buyurdu: «Həsən ilə Hüseyin Allah onlardan razı olsun - Cənnət əhli gənclərinin seyyididirlər. Fatimə - radıyallahu anhə isə İmranın qızı Məryəm Allahın ona salamı olsun - dən başqa, Cənnət əhli qadınlarının seyyididir»132.
RƏSULULLAH - Sallallahu Aleyhi Və Səlləm İN QIZI FATİMƏ - Radıyallahu Anhə NİN BU ÜMMƏTİN QADINLARININ SEYYİDİ OLMASI HAQQINDA VARİD OLAN XƏBƏRLƏR HAQQINDA

127 - Əbu Hazm, o da Əbu Hüreyrə - radıyallahu anhu dan rəvayət edir ki, bir gün səhər Rəsulullah - sallallahu aleyhi və səlləm bizim yanımıza bir az gec gəldi. Axşam olduqda, aramızdan biri dedi: «Ey Allahın Rəsulu! Səni bu gün görmədiyimiz üçün çox kədərləndirk. Çətin vəziyyətə düşdük!». Peyğəmbər: «Yanımda heç olmamış bir mələk mənim yanıma gəlmək üçün Allahdan izn istədi. Sonra məni müjdələyərək dedi: «Qızın Fatimə - radıyallahu anhə Cənnət əhli qadınlarının ağası (seyyididir). Həsən ilə Hüseyin - radıyallahu anhum da Cənnət gənclərinin seyyididirlər»133.

128 - Məsruk, o da Aişə - radıyallahu anhə dən rəvayət edir ki, Fatimə - radıyallahu anhə eynilə Allah Rəsulu - sallallahu aleyhi və səlləm in yerişini xatırladan bir yerişlə gəldi. Allah Rəsulu - sallallahu aleyhi və səlləm ona: «Mərhəba qızım!» dedi və onu sağına (və ya soluna) oturtdu. Sonra ona gizlicə bir şey söylədi. O, ağladı, sonra bir dəfə də gizlicə bir şey söylədi, bu dəfə güldü. Dedim ki, «Bu günkü qədər kədərə daha yaxın sevincli bir gün görmədim». Sonra ondan Allah Rəsulu - sallallahu aleyhi və səlləm in ona gizlicə nə dediyini soruşdum. O: «Rəsulullah - sallallahu aleyhi və səlləm ölənə qədər onun sirrini açmayacağam». Öldükdən sonra soruşduğumda dedi: «Qulağıma gizlicə bunu dedi: «Cəbrail hər il bir dəfə gələrdi və biz onunla Quranı oxuyardıq. Bu il iki dəfə gəlib qarşılıqlı şəkildə Quran oxuduq. Bununla əcəlimin yaxınlaşdığını başa düşdüm. Məndən sonra Əhli Beytimdən mənə ilk qovuşan sən olacaqsan. Səndən əvvəl getməyim mənim üçün çox xoşdur!». Ona görə ağladım. Sonra mənə: «Bu Ümmətin və ya mömin qadınlarının seyyidi olmaqdan şad olmazsanmı?» dediyində, sevindim və güldüm»134.

129 - Şabi, o da Məsrukdan, o da Aişə - radıyallahu anhə dən rəvayət edir ki, hamımız bir yerdə idik. Heç kimsə bizdən ayrı deyildi. Bu vaxt Fatimə - radıyallahu anhə yeriyərək gəldi. Vallahi yerişi eynilə Rəsulullah - sallallahu aleyhi və səlləm in yerişini xatırladırdı. Onun yanına çatdıqda, belə buyurdu: «Mərhəba qızım!». Onu sağına (ya da soluna) oturtdu. Sonra qulağına gizlicə bir şey dedi: O, şiddətli bir şəkildə ağladı. Gizlicə bir şey daha dedi. Bu dəfə güldü. Rəsulullah - sallallahu aleyhi və səlləm qalxdıqdan sonra ona dedim ki: «İçimizdə xüsusi olaraq sənin qulağına nə isə dedi və sən ağladın. De görək, o dediyi şey nə idi?». Cavab verdi: «Rəsulullah - sallallahu aleyhi və səlləm in sirrini açmaq mənə yaraşmaz». Rəsulullah - sallallahu aleyhi və səlləm öldükdən sonra «Allaha xatirinə de, o vaxt Allah Rəsulu - sallallahu aleyhi və səlləm sənə nə demişdir?» dedim. O: «İndi olar. Birinci dəfə bunu demişdi: «Cəbrail ildə bir dəfə gələrdi və qarşılıqlı şəkildə Quran oxuyardıq. Bu il iki dəfə gəldi və qarşılıqlı Quran oxuduq. Deyəsən əcəlim yaxınlaşıb, mən öləcəyəm. Allahdan qorx və səbirli ol! (Başqa rəvayətdə: Mən sənin üçün necə də gözəl SƏLƏFƏM)» Ondan sonra bunu dedi: «Ey Fatimə! Bu ümmət qadınlarının və bütün dünya qadınlarının seyyidi olmaq istəməzsənmı?» Bunu eşitdikdə sevincimdən güldüm135.
FATİMƏ - Radıyallahu Anhə NİN ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm İN BİR PARÇASI OLDUĞU HAQQINDA RƏVAYƏT EDİLƏN XƏBƏRLƏR HAQQINDA

130 - İbn Əbi Muleykə, Misvər b. Mahrəmə - radıyallahu anhu rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm in minbərdə belə buyurduğunu eşitdim: «Həşim b. əl-Muğirə oğulları, qızlarını Əli ilə evləndirmək üçün məndən icazə istədilər. Mən onlara izn vermirəm. (Yenə də) Mən onlara izn vermirəm! (Yenə də) Mən onlara izn vermirəm! Ta ki, Əbu Talib oğlu mənim qızımı boşayıb onların qızını almaq istəsə o, başqa. Çünkü Fatimə - radıyallahu anhə məndən bir parçadır, ona çətin gələn şey mənə də çətin gəlir, onu (əziyyət verən) kədərləndirən şey məni də kədərləndirir (əziyyət verir). Kim də Allah Rəsulunu kədərləndirərsə əməlləri hədər olar»136. (Başqa rəvayətdə: Vallahi Peyğəmbər - sallallahu aleyhi və səlləm in qızı ilə Allahın düşməninin qızı əbədiyyən bir yerdə olmazlar. Bundan sonra Əli - radıyallahu anhu istəməkdən vaz keçdi)»137.
ZİKR EDƏNLƏRİN DƏYİŞİK RƏVAYƏTLƏRİ

131 - İbn Əbi Müleykə, Misvər b. Mahrəmə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm in Məkkədə minbərin üstündə belə buyurduğunu eşidmişəm: «Həşim b. əl-Muğirə oğulları, qızlarını Əli - radıyallahu anhu ilə evləndirmək üçün məndən icazə istədilər. Əbu Talib oğlu Əli - radıyallahu anhu mənim qızımdan ayrılmadan onların qızı ilə evlənmək istəsə, mən qətiyyən icazə vermərəm». Sonra belə buyurdu: «Fatimə - radıyallahu anhə mənim bir parçamdır. Onu kədərləndirən məni də kədərləndirər, onu narahat edən şey, məni də narahat edər. Allahın Peyğəmbərinin qızı ilə Allah düşməninin qızını bir yerə cəm etmək Əli - radıyallahu anhu ya yaraşmaz!»138.

132 - İbn Əbi Muleykə, Musvər b. Mahrəmə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Fatimə - radıyallahu anhə mənim bir parçamdır, kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar»139.

133 - Əli b. Hüseyn, Misvər b. Mahrəmə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm buyurdu: «Fatimə - radıyallahu anhə mənim bir çiynəm ət və ya parçamdır»140.

134 - Əli b. Hüseyn, Misvər b. Mahrəmə - radıyallahu anhu rəvayət edir ki, mən hələ təzəcə həddi buluğa çatmışdım. Allah Rəsulu - sallallahu aleyhi və səlləm in minbərdə belə buyurduğunu eşitdim: «Şübhəsiz ki, Fatimə - radıyallahu anhə mənim bir parçamdır»141.
MƏRƏYƏM OĞLU İSA İLƏ ZƏKƏRİYYƏ OĞLU YƏHYA Əleyhimussəlam İSTİSNA OLMAQLA

ƏLİ B. ƏBU TALİB - Radıyallahu Anhu DÜNYA ƏTİRLƏRİNİN (REYHANI) VƏ CƏNNƏTDƏ CAVANLARIN AĞASI (SEYYİDİ) OLAN ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm İN NƏVƏLƏRİ HƏSƏN VƏ HÜSEYN - Radıyallahu Anhum BARƏSİNDƏ ZİKR EDİLMİŞ HƏDİS HAQQINDA

135 - Muhamməd b. Usamə b. Zeyd - radıyallahu anhum atasından rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm buyurdu: «Sənə gəldikdə isə ey Əli! Sən mənim qardaşımsan, eyni zamanda övladımın atasısan. Sən məndənsən, mən də səndənəm»142.
PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm İN: «HƏSƏN VƏ HÜSEYN - Radıyallahu Anhum MƏNİM OĞULLARIMDIR» SÖZÜ HAQQINDA

136 - Zeyd b. Hərisənin oğlu Usamə - radıyallahu anhu rəvayət edir ki, bir gecə ehtiyacım üçün Allah Rəsulu - sallallahu aleyhi və səlləm in yanına getdim. Paltarının altında bilmədiyim bir şeyin olduğunu gördüm. İşimi gördükdən sonra soruşdum: «Bu paltarın altında tutduğun şey nədir?». Açdı, bir də gördüm ki, Həsən ilə Hüseyn - radıyallahu anhum dur. Belə buyurdu: «Bunlar mənim oğullarımdır, qızımın oğullarıdır. Allahım! Bilirsən ki, mən bunları sevirəm, sən də bunları sev!»143.
HƏSƏN İLƏ HÜSEYİN - Radıyallahu Anhum CƏNNƏT ƏHLİ GƏNCLƏRİNİN AĞASI (SEYYİDİ) OLDUĞU HAQQINDAKI XƏBƏRLƏR

137 - AbdurRahman b. Əbi Nuaym, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm buyurdu: «Həsən və Hüseyn - radıyallahu anhum Cənnət əhli gənclərinin ağası (seyyididirlər)»144.

138 - Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm buyurdu: «Həsən və Hüseyn Cənnət əhlinin gənclərinin seyyididirlər». Bundan heç bir şey istisna etmədi145.

139 - Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm buryurdu: «Xala uşaqları olan Məryəm oğlu İsa ilə Zəkəriyə oğlu Yəhya əleyhimussəlam istisna olmaqla, Həsən və Hüseyn - radıyallahu anhum Cənnət əhli gənclərinin ağasıdırlar (seyyididirlər)»146.
PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm İN: «HƏSƏN VƏ HÜSEYN - Radıyallahu Anhum BU ÜMMƏTİN (GÖZƏL ƏTİRLİ) ÇİÇƏKLƏRİDİR» SÖZÜ HAQQINDA

140 - Ənəs b. Malik - radıyallahu anhu rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm in yanına girdim. Həsən və Hüseyn - radıyallahu anhum mübarək qarnının üstündə idilər. O da belə deyirdi: «Bu ümmətin iki gözəl ətirli çiçəyi bunlardırlar!»147.

141 - Şu’bə, Məhəmməd b. Yaqubdan rəvayət edir ki, Mən İbn Əbu Numdan, Abdullah b. Ömər - radıyallahu anhu – dan (İraqlı) bir kimsənin ehramlı ikən öldürülmüş milçəyin (ağcaqanadın) hökmü haqqında soruşdu. O: «İraq əhalisi milçəyin öldürülməsi haqqında soruşur. Halbuki onlar Peyğəmbər - sallallahu aleyhi və səlləm – in qızının oğlunu (Huseyn) öldürmüşdülər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – isə o iki nəvəsi haqqında: «Onlar mənim dünyada (ətrini duyduğum) iki reyhanımdır» demişdir148.
RƏSULULLAH - Sallallahu Aleyhi Və Səlləm İN: «SƏN FATİMƏDƏN DAHA DƏYƏRLİSƏN. FATİMƏ İSƏ MƏNƏ SƏNDƏN DAHA SEVİMLİDİR!» SÖZÜ HAQQINDA

142 - Əbu Nəcih, o da atasından, o da bir nəfərdən rəvayət edir ki, Əli - radıyallahu anhu nun Kufədə, minbərdə belə dediyini eşitdim: «Rəsulullah - sallallahu aleyhi və səlləm dən qızı Fatiməni istədim; mənimlə evləndirdi». Ona dedim ki: «Kim sənə daha sevimlidir? Mən yoxsa o?». O: «O, mənə səndən daha sevimlidir, sən isə mənə ondan daha qiymətlisən!»149.
RƏSULULLAH - Sallallahu Aleyhi Və Səlləm İN: «ÖZÜM ÜÇÜN NƏ İSTƏDİMSƏ, SƏNİN ÜÇÜN DƏ MÜTLƏQ ONU İSTƏDİM» SÖZÜ HAQQINDA

143 - Mənsur b. Əbil-Əsvəd, Yezid b. Əbi Ziyaddan, o da Süleyman b. Abdullah b. əl-Hərisdən, o da babasından, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki: «Xəstələnmişdim, Allah Rəsulu - sallallahu aleyhi və səlləm məni görməyə gəldi, mən yatırdım. Yanıma yaslandı (söykəndi), sonra məni əbası ilə örtdü. Yaxşılaşdığımı gördükdə məsçidə namaz qılmağa getdi. Namazı qıldıqdan sonra gəlib əbasını götürdü və buyurdu: «Qalx ey Əli!». Qalxdım, sanki heç xəstələnməmiş kimi idim. O: «Namazımda Rəbbimdən nə istədimsə vermişdir. Özüm üçün nə istədimsə, sənin üçün də mütləq onu istəmişəm». Cəfər əl-Ahmər, Mənsura müxalif olub bu hədisi Yezid b. Əbi Ziyad, o da Abdullah İbnil-Hərisdən, o da Əli - radıyallahu anhu dan rəvayət etmişdir150.

144 - Cəfər əl-Ahmər, Yezid b. Əbi Ziyad, o da Abdullah b. əl-Hərisdən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, bir sancım vardı. Məni yerimdə saxladı. Namaz qılmağa qalxdı. Əbasının bir hissəsini üzərimə ötrmüşdü. Sonra belə buyurdu: «Ey Əli! Qalx, sağaldın, (xəstəlikdən) heç bir şey qalmadı. Özüm üçün nə dua etdimsə, sənin üçün də eyni duanı etdim. Nə dua etdimsə qəbul olundu» və ya: «İstədiyim mənə verildi. Ancaq məndən sonra Peyğəmbər gəlməyəcəyi mənə söylənildi»151.
Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin