44 - Yəhya b. Səid, o da Səid b. əl-Museyyibdən, o da Sad b. Əbu Vaqqas – Allah onlardan razı olsun – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı dərəcəsindəsən!»49.
45 - Haşimdən, o da Səid b. əl-Museyyibdən, o da Sad – Allah onlardan razı olsun – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Təbuk döyüşünə çıxdıqda, Əli - radıyallahu anhu – onun ardıyca gedərək dedi: «Ey Allahın Rəsulu! Məni geridə qalıb döyüşə qatılmayanlarla mı qoyursan?». Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Peyğəmbərlik xaric, sən mənim nəzdnimdə, Harunun Musa – əleyhimussəlam - ın nəzdnindəki mövqeində olmaq istəməzsənmi?»50.
MUHƏMMƏD B. ƏL-MUNKƏDİRİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAF
46 - Muhamməd b. əl-Munkədir, o da Səid b. əl-Museyyibdən, o da Sad – Allah onlardan razı olsun – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Ey Əli! Sən, mənim qatmda Harunun Musa – əleyhimussəlam - ın qatındakı mərtəbəsindəsən! Yalnız, məndən sonra Peyğəmbər gəlməyəcəkdir»51.
47 - AbdulAziz b. Əbi Sələmətil-Məcişun, o da Muhamməd b əl-Munkədirdən, o da Səid b. əl-Museyyibdən, o da İbrahim b. Saddan, o da atası Sad b. Əbu Vəqqas - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Ey Əli! Sən, mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı dərəcəsində olmaqdan razı deyilsən mi? Yalnız, məndən sonra Peyğəmbərlik yoxdur». Səid dedi ki: «Rahat dura bilmədim, dərhal Sad - radıyallahu anhu – nun yanında gedib dedim: «Oğluna danışdığın bir şeyi eşitdim». O: «Ey qardaşım oğlu, nədir o?». Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əli - radıyallahu anhu – haqqında belə-belə dediyini eşitdin mi?». Qulaqlarını göstərərək: «Bəli, bunu deyərkən şəxsən ondan eşitdim» dedi.
Ona (AbdulƏzizə) Yusif b. əl-Məcişun müxalif olaraq hədisi, Muhəmməd b. əl-Munkədir yolu ilə Səiddən, o da Amr b. Saddan, o da atası Sad b. Əbu Vəqqas - radıyallahu anhu – olmaq şəklində rəvayət etdi. Bu rəvayətdə Yusifə, Əli b. Zeyd b. Cudana tabe olmuşdur52.
48 - Əli b. Zeyd, o da Səid b. əl-Museyyibdən, o da Amir b. Saddan, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Sən, mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında olan dərəcəsindəsən. Yalnız, məndən sonra Peyğəmbər yoxdur!». Səid dedi ki: «Bunu şəxsən Sadın ağzından eşitmək istədim, yanına gəldim və soruşdum: «Sənin Amirə nəql etdiyin hədis nədir?». O saat barmaqlarını qulağına qoyub belə dedi: «Bəli, mən bunu, şəxsən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdim».
İmam Nəsəi – rahmətullahi aleyhi - dedi ki: «Bu hədisi Şubə də, Əli b. Zeyddən nəql etmişdir, amma Amir b. Sadı zikr etməmişdir»53.
49 - Şöbə, o da Əli b. Zeyddən, o da dedi ki: Səid b. əl-Museyyəbin, Sad - radıyallahu anhu – dan belə rəvayət etdiyini eşitdim ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı mövqedə olmağından razı olmazsan?». Əli: «Razı oldum, razı oldum!».
Ondan sonra bunu ondan (Əlidən) soruşdum: «Bəli, bəli!» dedi.
Əbu AbdurRahman (Nəsəi) – rahmətullahi aleyhi - deir ki: «AbdulAziz b. əl-Məcişunun Muhəmməd b. əl-Munkədirdən, onun da Səid b. əl-Museyyibdən, onun da İbrahim b. Saddan nəql etdiyi rəvayətə heç kimin tabe olduğunu görmədim. Qaldı ki, İbrahim b. Sada o, bu hədisi atasından rəvayət etmişdir»54.
50 - Şöbə, o da Sad b. İbrahimdən, o da İbrahim b. Sad b. Əbu Vəqqasdan, o da atasından rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı dərəcədə olmaqdan razı olmazsan?»55.
51 - Muhamməd b. Təlhə b. Zeyd b. Rukanə, o da İbrahim b. Sad b. Əbu Vəqqasdan, o da atasından rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nu Təbuk döyüşünə gedərkən öz yerinə təyin etdikdə belə buyurduğunu eşidmişdir: «Mənim nəzdnimdə sən, Harunun Musa – əleyhimussəlam - ın nəzdnindəki mərtəbəsində olmaqdan razı olmazsan? Yalnız, məndən sonra Peyğəmbər yoxdur».
Əbu AbdurRahman (Nəsəi) – rahmətullahi aleyhi – deyir ki: «Bu hədis, Səid b. əl-Müseyyibin rəvayətindən başqa Amir b. Sad, atası yolu ilə rəvayət etmişdir»56.
52 - Bukeyr b. Mismar dedi ki, Amir b. Sad - radıyallahu anhu – nun belə dediyini eşitdim: Muaviyə, Sad b. Əbu Vəqqas - radıyallahu anhu – ya belə dedi: «Əbu Talib oğlu Əli - radıyallahu anhu – nu söyməyinin qarşısını alan nədir?». O: «Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in onun haqqında dediyi üç şey var ki, birinə sahib olmağım mənim üçün qızıl tüklü dəvə sürüsünə sahib olmağımdan daha xeyirlidir, xatırladığım müddətdə ona qətiyyən söymərəm. Bu üç şey bunlardır: 1. Vəhy nazil olduğu zaman Əli, iki oğlu və Fatimə - radıyallahu anhum – əbasının altına alıb buyurdu: «Rəbbim! Bunlar mənim əhlim, Əhli Beytimdir». 2. Döyüşlərdən birinə getdiyi zaman Əli - radıyallahu anhu – ona dedi ki: «Məni uşaq və qadınlarla qoydun». Peyğəmbər: «Mənim qatımda sən, Harunun Musa – əleyhimussəlam - ın qatında tutduğu dərəcəni tutmaqdan razı olmazsanmı? Yalnız, məndən sonra Peyğəmbər yoxdu!». Bunu da xatırladıqca onu qətiyyən söymərəm! 3. Xeybər günü Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Bayrağı mütləq Allahı və Elçisini sevən bir adama verəcəyəm. Allah, onun əli ilə Xeybərin fəthini nəsib edəcəkdir». Hamımız həyəcanla gözləməkdə olduğumuz vaxt birdən: «Əli haradadır?» deyə buyurdu. Ona: «Gözü ağrayır» dedilər. O: «Çağırın gəlsin» deyə buyurdu. (Çağırdılar, gəldi və) Gözlərinə mübarək tüpürcəyini sürtdü. (O saat sağaldı və) bayrağı ona verdi. Onun əli ilə Allah, fəthi nəsib etdi». Vallahi (bundan sonra) Muaviyə, Mədinədən çıxana qədər Əli - radıyallahu anhu – haqqında bir kəlmə belə demədi57.
53 - Şöbə, o da Hakəmdən, o da Musab (b. Sad) dan, o da (atası) Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nu Təbuk döyüşünə gedərkən öz yerinə təyin edtdikdə (Əli) dedi: «Ey Allahın Rəsulu! Məni qadın və uşaqlar arasında qoydun!». Peyğəmbər: «Mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında tutduğu mərtəbəni tutmaqdan razı deyilsən mi? Yalnız, məndən sonra Peyğəmbər yoxdu!» buyurdu. Leys, hədisin sənədinə müxalif olaraq: «Sadın qızı Aişədən» dedi58.
54 - Leys, o da Hakəmdən, o da Sadın qızı Aişədən, o da Sad - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Təbuk döyüşündə Əli - radıyallahu anhu – ya buyurdu: «Ey Əbu Talibin oğlu! Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında olduğu kimisən! Yalnız məndən sonra Peyğəmbərlik yoxdur!».
Əbu AbdurRahman – rahmətullahi aleyhi - deyir ki: «Şöbə, (Leysə nisbətən) daha hafizdir. Leys isə hədisdə zəifdir. Ancaq yenə də bu hədisi Sadın qızı Aişə, atasından rəvayət etmişdir59.
55 - Cuayd b. AbdurRahman, o da Sadın qızı Aişədən, o da atasından rəvayət edir ki, Təbuk döyüşündə Allah Rəsulu – sallallahu aleyhi və səlləm – yola çıxdı, SƏNNİYYƏTUL-VƏDAYA çatdığında Əli - radıyallahu anhu – onlara çataraq belə dedi: «Məni arxada qoyub, döyüşə qatılmayanlarla mı buraxırsan?». Bundan sonra Allahın Nəbisi – sallallahu aleyhi və səlləm – buyurdu: «Peyğəmbərlik xaric, sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı mərtəbəsində olmaqdan razı deyilsən mi?»60.
56 - Həmzə b. Abdullah, o da atasından, o da Sad - radıyallahu anhu – rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Təbuk döyüşünə çıxdı, yerinə Əli - radıyallahu anhu – nu qoydu. Əli - radıyallahu anhu – dedi: «Məni geri (də) mi qoyursan?». Peyğəmbər: «Mənim nəzdimdə, Harunun Musa – əleyhimussəlam - ın yanında tutduğu şərəf və dərəcəni qəbul etmək istəməzsən mi? Yalnız, məndən sonra Peyğəmbərlik yoxdur»61.
ABDULLAH B. ŞƏRİKİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAFI
57 - Abdullah b. Şərik, o da Abdullah b. ər-Rakim əl-Kinanidən, o da Sad b. Əbu Vəqqas - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Sən mənim qatımda eyni ilə Harunun Musa – əleyhimussəlam - ın qatında olduğu mərtəbədə kimisən»62.
58 - Abdullah b. Şərik, o da əl-Haris b. Malikdən, o da Sad b. Malik (yəni Əbu Vəqqas) - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – qulağı kəsik dəvəsinin üzərində döyüşə çıxdı və Əli - radıyallahu anhu – nu öz yerinə qoydu. Əli - radıyallahu anhu – gəlib dəvəsini keçdi və: «Qureyş, mənim yanında olmağımdan xoşlanmadığına və məni bəyənmədiyinə görə burda qoyduğunu iddia edir» dedikdən sonra ağladı. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – insanlara xitab edərək: «İçinizdən elə bir kəs yoxdur ki, onun ehtiyacı olmasın! Ey Əbu Talibin oğlu! Sən mənim nəzdnimdə, Harunun Musa – əleyhimussəlam - ın nəzdindəki dərəcədə olmaqdan razı olmazsan mı? Yalnız, məndən sonra Peyğəmbər yoxdur!» Əli - radıyallahu anhu – bu sözlərdən sonra özünü saxlaya bilməyib: «Allahdan da, Allahın Rəsulundan da razı oldum!»63.
59 - Yəhya b. Səid, o da Musa əl-Cühənidən rəvayət edir ki, Əli b. Fatimənin yanına girdim. Dostum ona dedi: «Yanında, atandan (eşitdiyin) adamı heyrətə gətirən bir xəbər var mı?». O: «Umeys qızı Əsmə mənə dedi: «Allah Rəsulu – sallallahu aleyhi və səlləm –, Əli - radıyallahu anhu – ya xitabən buyurdu: «Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında olduğu kimisən. Yalnız, məndən sonra Peyğəmbər yoxdur»64.
60 - Cəfər b. Avn, o da Musa əl-Cühənidən rəvayət edir ki, Əli b. Fatimənin yanına gəldim. Səksən yaşında idi. Ona dedim ki: «Atan haqqında yadında bir şey qalıbmı?». O: «Xeyir, ancaq Umeysin qızı Əsmadan bunu eşitdim: Allah Rəsulu – sallallahu aleyhi və səlləm –, Əli - radıyallahu anhu – ya xitabən buyurmuşdu: «Ey Əli! Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında tutduğu mövqe və mərtəbəni tutursan. Yalnız, məndən sonra Peyğəmbər yoxdur»65.
61 - Musa əl-Cühəndi, o da Fatimə b. Əlidən, o da Əsmə b. Umeysədən rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Sən mənim nəzdimdə, Harunun Musa – əleyhimussəlam - ın nəzdində olduğu kimisən. Yalnız, məndən sonra Peyğəmbər yoxdur»66.
62 - İkrimə, İbn Abbas - radıyallahu anhu – dan rəvayət edir ki, Əli - radıyallahu anhu –, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sağlığında belə deyərdi: «Allah: «Əgər O (Peyğəmbər) ölsə və ya öldürülsə, siz geri mi dönəcəksiniz?» (Ali-İmran 144). Allah bizə hidayət verdikdən sonra artıq Vallahi biz geriyə dönmərik! Vallahi O, ölər və ya öldürülərsə, mən də onun kimi Allah yolunda ölənə qədər döyüşəcəyəm. Allah bizə hidayət vermişdir. Təbii ki, mən də bir gün hər fani kimi öləcəyəm. Vallahi mən onun qardaşıyam, vəlisi və varisiyəm. Əmisinin oğluyam. Ona məndən daha laiq və daha haqq sahibi kim var ki?»67.
63 - Rabia b. Nəciz - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Əli - radıyallahu anhu – ya dedi ki: «Ey Möminlərin əmiri! Nəyə görə digər əmilərinlə deyil, sən Ona varis oldun?». O: «Allah Rəsulu sallallahu aleyhi və səlləm –, AbdulMuttalib oğlullarını dəvət etdi. Onlara yemək təklif etdi. Doyana qədər yedilər, lakin yemək sanki heç toxunulmamış kimi qaldı. Sonra su gətirdi. Doyana qədər içdilər. Su heç içilməmiş kimi qalmışdı. Sonra buyurdu: «Mən sizə xüsusən, bütün insanlığa isə ümumən göndərilmişəm. Bu möcüzəni də gördünüz! İçinizdən hansınız mənim qardaşım, dostum və varisim olmaq üçün mənə beət edəcək?». Heç kimsə ayağa qalxmadı. Mən o dəqiqə qalxdım. Qövmün ən kiçiyi mən idim. Buna görə də mənə: «Otur!» deyə buyurdu. Sonra (üç dəfə eyni sözləri təkrar etdi, hər dəfə mən ayağa qalxırdım). O: «Otur!» deyirdi. Üçüncü dəfədə mübarək əlini əlimə vurudu… Məhz buna görə mən, əmimə yox, əmimin oğluna varis oldum68.
64 - Əbu Süleymən əl-Cühənidən rəvayət edir ki, Minbərdə Əli - radıyallahu anhu – nun belə dediyini eşitdim: «Mən Allahın qulu, Rəsulullahın qardaşıyam. Məndən başqa heç kimsə bunu iddia edə bilməz. Kim belə bir iddia edərsə yalançı və böhtançı olar»69.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN: «ƏLİ - Radıyallahu Anhu – MƏNDƏNDİR, MƏN DƏ ONDANAM» SÖZÜ HAQQINDA
65 - Mutarrif b. Abdullah, o da İmran b. Hüseyn - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Əli məndəndir, mən də ondanam. (O) Məndən sonra hər bir möminin vəlisidir»70.
ƏLİ ƏBU İSHAQIN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAFI
66 - Yəhya b. Adəm, o da İsraildən, o da Əbu İshaqdan, o da Hubşi b. Cünadətis-Səlulidən rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişəm: «Əli məndəndir, mən də ondanam»71.
67 - Ubeydullah, o da İsraildən, o da Əbu İshaqdan, o da Bəra b. Azib - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya belə buyurdu: «Sən məndənsən, mən də səndənəm»72.
68 - əl-Qasım b. Yezid əl-Cərmi, o da İsraildən, o da Əbu İshaqdan, o da Hubeyrə b. Yərim ilə Hani b. Hanidən, ikisi də Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Məkkədən çıxdığımızda baxdım ki, Həmzənin qızı: «Ey əmi, ey əmi!» deyə səsləyiri. Əli - radıyallahu anhu – onu qucağına alaraq xanımına dedi: «Götür əmin qızını!». O da onu götürüb belinə aldı. Bu vaxt o qız barəsində Əli, Zeyd və Cəfər - radıyallahu anhum – mübahisə etməyə başladılar. Əli: «O, mənim əmimin qızıdır. Onun üçün mən onu götürdüm» dedi. Cəfər: «O, mənim də əmimin qızıdır, üstəlik xalası zövcəmdir» dedi. Zeyd isə: «O, mənim də əminin qızıdır» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə onu, xalasına verilməsi hökmünü verdi və belə buyurdu: «Xala ana yerinədir». Əli - radıyallahu anhu – ya da belə buyurdu: «Sən, qatımda Harun – əleyhissəlam – ın dərəcəsinə sahibsən. Mən səndənəm». Cəfər - radıyallahu anhu – ya: «Sən mənim xilqətimə və əxlaqıma oxşadın». Zeyd - radıyallahu anhu – ya isə: «Ey Zeyd! Sən də qardaşımız və mövlamızsan!»73.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN: «ƏLİ - Radıyallahu Anhu –NƏFSİM KİMİDİR» SÖZÜ HAQQINDA
69 - Zeyd b. Yusey, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Rabia oğulları ya əl çəkərlər, ya da onlara özüm kimi bir adam göndərərəm və o, onlara əmrimi həyata keçirər, döyüşənlərlə döyüşər, uşaqlarını da əsir alar». Ömər - radıyallahu anhu – arxamdan belimi tutub dedi: «Kimi nəzərdə tutur?». «Səni nəzərdə tutur, yoldaşındır!» dedim. O: «Kimi nəzərdə tutursan?» dedim. «Başmaq təmir edən adamı!» dedim. Dedi ki: «Əli başmağı təmir edirdi»74.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN: «SƏN MƏNİM SƏFİYYİM (SEÇİLMİŞ DOSTUM) VƏ ƏMİN OLDUĞUM KİMSƏSƏN» SÖZÜ HAQQINDA
70 - Muhamməd b. Nafi b. Uceyr, o da atasından, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Sənə gəldikdə isə, sən mənim səfiyyim (seçilmiş dostum) və əmin olduğum kimsəsən»75.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN: «MƏNİM ƏVƏZİMƏ ANCAQ MƏN VƏ ƏLİ - Radıyallahu Anhu – ÖDƏYƏ BİLƏR» SÖZÜ HAQQINDA
71 - Hübşi b. Cünadə əs-Səluli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Əli məndəndir, mən də ondanam. Mənim əvəzimə ancaq mən və Əli ödəyə bilər»76.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN BƏRAƏTİ (ət-TÖVBƏ SURƏSİNİ) ƏLİ - Radıyallahu Anhu – İLƏ BƏRABƏR GÖNDƏRMƏSİ HAQQINDA
72 - Simak b. Hərb, o da Ənəs - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bəraəti (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkr - radıyallahu anhu – ilə göndərdi. Sonra onu çağırdı və buyurdu: «Bunu yalnız Əhli Beytimdən bir nəfərin təbliğ etməsi daha yaxşı olardı deyib, Əli - radıyallahu anhu – nu çağırıb bəraəti ona verdi»77.
73 - Zeyd b. Yusey, Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bəraəti Məkkəyə Əbu Bəkr - radıyallahu anhu – ilə göndərdi. Sonra ardınca Əli - radıyallahu anhu – nu göndərib buyurdu: «Məktubu götür və onu Məkkə əhlinə apar». Tez Əbu Bəkr - radıyallahu anhu – ya çatdı və məktubu ondan götürdü. Buna görə Əbu Bəkr - radıyallahu anhu – qəmgin bir halda Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Haqqımda bir şey mi nazil oldu?». O: «Xeyir, ancaq onu (bəraəti) özüm və ya Əhli Beytimdən birinin çatdırması ilə əmr olundum» deyə buyurdu78.
74 - Abdullah b. ər-Rakim, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bəraəti Əbu Bəkr - radıyallahu anhu – ilə göndərdi. Əbu Bəkr - radıyallahu anhu – hələ yolun bir hissəsini getməmişdi ki, ardınca Əli - radıyallahu anhu – nu göndərdi və onu ondan aldı və sonra onun (yoluna) davam etdi. Əbu Bəkr - radıyallahu anhu – buna görə bir az kədərləndi. Buna görə Peyğəmbər: «Mənim yerimə ancaq özüm və məndən olan bir kişi verə bilər» deya buyurdu79.
75 - Əbu-Zübeyr, o da Cabir - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Curanə ümrəsindən qayıtdıqdan sonra Əbu Bəkr - radıyallahu anhu – nu Həccə göndərdi, biz də onunla getdik: Araca çatdıqda, sübh çağı (iki dəfə) «NAMAZ YUXUDAN DAHA XEYİRLİDİR» dedi. Təkbir almağa hazırlaş-dığında arxadan dəvə səsi eşitdi. «Bu, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in dəvəsinin səsidir deyəsən…» dedi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – də ardımızca Həccə gəldi, namazı onunla qılarıq deyərək təkbir almadı. Bir də gördülər ki, Onun dəvəsilə gələn Əli - radıyallahu anhu – dur. Əbu Bəkr: «Əmir olaraqmı, yoxsa elçi olaraqmı gəlmisən» dedi. O: «Xeyir, elçi kimi gəlmişəm! Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Həcc mövsümündə insalara bəraəti (ət-Tövbə surəsini) oxumağım üçün məni göndərib» dedi. Nəhayət Məkkəyə gəldik. Tərviyyədən (Həccin 8-ci günü) bir gün əvvəl Əbu Bakr - radıyallahu anhu – ayağa qalxıb insanlara xitab edərək Həcc mərasimini başa saldı. O, qurtardıqda Əli - radıyallahu anhu – qalxıb bəraəti sona qədər oxudu. Ərafə günü gəlib çatdıqda, Əbu Bəkr - radıyallahu anhu – yenə ayağa qalxıb insanlara xitab edərək, Həcc mərasimini başa saldı. Qurtardıqdan sonra Əli - radıyallahu anhu – da ayağa qalxıb bəraəti sona qədər oxudu. Ərafətdən ayrılma vaxtı gəldikdə, Əbu Bakr - radıyallahu anhu – ayağa qalxdı, Ərafətda necə hərəkət edəcəklərini (və yaxud necə daş atacaqlarını) insanlara başa saldı. Qurtardıqda Əli - radıyallahu anhu – qalxıb onlara yenə də bəraəti sona qədər oxudu»80.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN: «MƏN KİMİN VƏLİSİYƏMSƏ, ƏLİ - Radıyallahu Anhu – DA ONUN VƏLİSİDİR» SÖZÜ HAQQINDA
76 - Əbu-Tufel, o da Zeyd b. Əkram - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Vəda həccindən qayıdıb QƏDİR-XUMDA dayandıqda ağacların altının süpürülüb təmizlənməsini əmr etdi və sonra belə buyurdu: «Sanki çağırıldım və o çağırışı qəbul etdim. Sizə iki ağır şey qoyacağam, biri digərlərindən daha böyükdür: Allahın Kitabı ilə Əhli Beytimi. Məndən sonra onlara qarşı necə davranacağınıza diqqət edin. Onlar, Havuz başında yanıma gələnə qədər bir-birilərindən ayrılmazlar». Sonra belə buyurdu: «Şübhəsiz ki, Allah, mənim Mövlamdır. Mən də hər möminin vəlisiyəm». Sonra Əli - radıyallahu anhu – nun əlindən tutub belə buyurdu: «Mən kimin vəlisiyəmsə, bu da onun vəlisidir. Allahım onu sevəni sev, ona düşmən olana sən də düşmən ol!». Zeyd b. Ərkam - radıyallahu anhu – dan: «Bunu Allah Rəsulu – sallallahu aleyhi və səlləm – dən özün eşitdinmi?» deyə soruşduqda, «Bəli, DUHATTDA (ağaclıqda) olan hər kəs bunu gözlərilə gördü və qulaqları ilə eşitdi» deyə cavab verdi81.
77 - Sad b. Ubeydə, o da İbn Bureydədən, o da atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim, üzərimizə Əli - radıyallahu anhu – nu rəhbər təyin edərək göndərdi. Qayıtdığımız zaman buyurdu: «Yoldaşınızın yoldaşlığı necədir?». Ya mən şikayət etdim, ya da məndən qeyrisi (şikayət etdi). Məkkəli bir adam idim. Başımı qaldırdıqda, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in mübarək üzünün qızardığını gördüm. O: «Mən kimin vəlisiyəmsə, Əli də onun vəlisidir!»82.
Dostları ilə paylaş: |