TƏRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


VƏ DƏYİŞİK OLMASI HAQQINDA



Yüklə 0,7 Mb.
səhifə2/10
tarix21.04.2017
ölçüsü0,7 Mb.
#15070
1   2   3   4   5   6   7   8   9   10

VƏ DƏYİŞİK OLMASI HAQQINDA


17 - Əbu Hazm, Əbu Hureyrə - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurdu: «Bu gün bayrağı Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən də çox sevilən bir adama verəcəyəm». İnsanlar gözləməyə başladılar ki, Əbu Talib oğlu Əli haradadır?». Ona: «Gözlərindən narahatdır» dedilər. Bundan sonra Allahın Rəsulu sallallahu aleyhi və səlləm iki ovucuna tüpürdü və əllərilə Əli - radıyallahu anhu nun gözlərini ovuşdurdu. Daha sonra bayrağıı ona verdi. Beləcə Allah (Xeybəri) onun əlilə fəth etdi22.

18 - Yaqub, o da Süheyl b. Əbu Salihdən, o da atasından, o da Əbu Hüreyrə - radıyallahu anhu dan rəvayət edir ki, Xeybər günü Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurdu: «Bayrağı elə bir adama verəcəyəm ki o, Allahı və onun Rəsulunu sevir. Allah və Rəsulu da onu sevirlər və Allah fəthi ona nəsib edəcəkdir». Xəttabın oğlu Ömər - radıyallahu anhu dedi ki: «Məhs o, gün rəhbərliyi çox istədim». Amma Allah Rəsulu sallallahu aleyhi və səlləm Əbu Talib oğlu Əli - radıyallahu anhu nu çağırıb bayrağı ona verərək belə buyurdu: «Heç ətrafına baxmadan irəli get. Allah Xeybərin fəthini sənə nəsib edəcəkdir». Bu əmri alan kimi Əli - radıyallahu anhu dərhal getdi. Sonra dayanıb: «Ey Allahın Rəsulu! Onlarla nəin uğrunda döyüşüm?» deyə səslədi. Peyğəmbər: «Onlarla, Allahıdan başqa ibadət layiq heç bir ilahın olmadığına və Muhəmmədin onun Rəsulu olduğuna şəhadət gətirənə qədər döyüş! Bunu edərlərsə, laiq olmadıqları vaxtdan başqa qanlarına da, mallarına da toxunulmaz. Hesabları Allaha aiddir!» deyə buyurdu23.

19 - Cərir, o da Suheyl b. Əbu Salihdən, o da atasından, o da Əbu Hureyrə - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurdu: «Sabah bayrağı mütləq Allahı və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən sevilən bir adama verəcəyəm. Fəth ona nəsib olacaqdır». Ömər - radıyallahu anhu dedi ki: «Rəhbərliyi o, günkü kimi heç istəməmişdim! Həvəslə, mənə təklif edilməsini gözlədim, lakin O, Əli - radıyallahu anhu nu çağırıb belə buyurdu: «Get, Allah fəthi sənə nəsib edənə qədər (döyüş)». Bundan sonra o, Allahın dilədiyi qədər getdi. Sonra baxmadan durdu və soruşdu: «Nəyin uğrunda döyüşüm?». Peyğəmbər: «Onlarla, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına, Muhəmmədin də Allahın Rəsulu olduğuna şəhadət gətirənə qədər döyüş. Bunu edərlərsə həm qanlarını, həm də mallarını qorumuş olarlar. Ancaq laiq olarlarsa başqa, hesabları Allah aiddir»24.

20 - Vüheyb, o da Süheyl b. Əbu Salihdən, o da atasından, o da Əbu Hüreyrə - radıyallahu anhu dan rəvayət edir ki, Xeybər günü Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurdu: «Bayrağı, Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən sevilən bir adama verəcəyəm. Allah, fəthi ona nəsib edəcəkdir». Ömər - radıyallahu anhu dedi ki: «O gündən əvvəl rəhbərliyi heç istəməmişdim». Bayrağı Əli - radıyallahu anhu ya verdi və belə dedi: «Ətrafına baxma!». Bir qədər getdikdən sonra: «Ey Allahın Rəsulu! Nə uğrunda döyüşüm?». Peyğəmbər: «Allahdan başqa ibadətə layiq heç bir haqq məbudun olmadığına, Muhəmmədin də Allahın Elçisi olduğuna şəhadət gətirənə qədər döyüş! Bunu edərlərsə qanları da, malları da qorunmuş olar. Ancaq laiq olduqları zamandan başqa. Hesabları şübhəsiz ki, Allaha aiddir»25.
İMRAN B. HÜSEYN - Radıyallahu Anhu NUN BU MÖVZUDA OLAN RƏVAYƏTİ

21- Ribi, o da İmran b. Hüseyn - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bayrağı bir adama verəcəyəm ki o, Allahı və Rəsulunu da sevir (Yaxud belə dedi: Onu Allah və Rəsulu sevir)». Çox keçmədən gözləri ağrayan Əli - radıyallahu anhu nu çağırdı və Allah, Xeybərin fəthini onun əli ilə müyəssər etdi26.
BU XÜSUSDA ƏLİ B. HƏSƏN - Radıyallahu Anhu NUN PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm DƏN NƏQL ETDİYİ: «SAĞINDA CƏBRAİLİN, SOLUNDA MİKAİLİN DÖYÜŞƏCƏYİ» SÖZÜ HAQQINDA

22 - Xubeyrə b. Yərim rəvayət edir ki, Əli b. Həsən - radıyallahu anhum başında qara bir sarğı olduğu halda xalqı toplayıb belə dedi: «Dünən əvvəlkilərin çata bilmədiyi, sonrakıların da qalxa bilməyəcəyi, Allah Rəsulu sallallahu aleyhi və səlləm in haqqında belə buyurduğu bir adamı öldürdünüz: «Sabah bayrağı Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən də çox sevilən, sağında Cəbrailin, solunda isə Mikailin döyüşəcəyi, Allahın (Xeybərin) fəthini ona nəsib edincəyə qədər bayrağını geri çevirməyəcəyi bir adama verəcəyəm. Xeybəri fəth etdi. Yalnız ailəsi üçün almaq istədiyi bir xidmətçi almağa çatacaq doqquzyüz dirhəmdən başqa heç bir dinar və dirhəm qoymadı. (Hamısını Allah yolunda sərf etdi)»27.
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «ALLAH HEÇ VAXT ONU RÜSVAY ETMƏZ» SÖZÜ HAQQINDA

23 - Amr b. Meymun - radıyallahu anhu rəvayət edir ki, mən İbn Abbas - radıyallahu anhu nun yanında oturmuşdum. Doqquz qrup gəldi və dedilər: «Ey İbn Abbas! Ya bizimlə qalxacaqsan, ya da bizi bunlarla tək bə tək buraxacaqsan!». O: «Mən sizinlə gəlirəm!» dedi. O gün (İbn Abbas) hələ kor olmamışdı, sağlam idi. Danışmağa başladılar, nə dediklərini bilmirəm, sonra paltarını silkələyərək bir tərəfdən də «Off uuf!» deyərək gəldi və dedi: «On fəziləti olan bir adam haqqında artıq əskik danışdılar. Allah Rəsulu sallallahu aleyhi və səlləm in haqqında bu kəlimələri buyurduğu kimsədən danışdılar: «Mən əlbəttə Allahı və Rəsulunu çox sevən bir adam göndərəcəyəm ki, Allah heç vaxt onu rüsvay etməyəcəkdir». Bundan sonra insanlar o, adamın kim olduğunu öyrənmək üçün həyəcan içində gözləməyə başladılar. Peyğəmbər: «Əbu Talibin oğlu haradadır?» deyə səsləndi. Ona: «O dəyirmanda un üyüdür» dedilər. «İçinizdə un üyüdəcək (başqa) adam yoxdurmu?» dedi. Əli - radıyallahu anhu gözləri ağrayaraq gəldi. Demək olar ki, görə bilmirdi. Gözlərinə oxuyub mübarək tüpürcəyini sürtdü. Sonra bayrağı üç dəfə fırladaraq ona verdi. Huyeyyin qızı Səfiyyəni gətirdi. Əbu Bəkr - radıyallahu anhu nu Tövbə surəsi ilə göndərdi. Ardınca Əli - radıyallahu anhu nu göndərdi, bayrağı ondan alıb belə buyurdu: «Bu, yalnız o məndən olan, mən də ondan olduğum bir adamla gedəcəkdir».

Bir dəfə əmisi uşaqlarına buyurdu ki: «Dünuya və axirətdə mənə dost olacaq hansınızsınız?». Əli - radıyallahu anhu yanında oturmuşdu. O, «Dünya və axirətdə mən sənə dost olaram!» dedi. Xədicədən sonra ilk müsəlman olan idi. Allah Rəsulu sallallahu aleyhi və səlləm əbasını Əli, Fatimə, Həsən və Hüseyin - radıyallahu anhum un üzərinə salaraq bu ayəni oxudu: «Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər!». (əl-Əhzab 33). Həyatını təhlükəyə atdı. Peyğəmbər sallallahu aleyhi və səlləm in paltarını geyinib yatağına girdi. Müşriklər Allah Rəsulu sallallahu aleyhi və səlləm ə ox atırdılar. Əbu Bəkr - radıyallahu anhu gəldi, Əli - radıyallahu anhu yatırdı. Əbu Bəkr - radıyallahu anhu , onun Allah Rəsulu sallallahu aleyhi və səlləm olduğunu bilirdi. Əli - radıyallahu anhu ona xəbər verdi: «Allahın Rəsulu sallallahu aleyhi və səlləm Meymunənin quyusuna tərəf getdi, ona çat!». Əbu Bəkr - radıyallahu anhu getdi və ona çatdı, onunla birlikdə mağaraya girdi. Peyğəmbər sallallahu aleyhi və səlləm daş yağışına tutulduğu kimi, Əli - radıyallahu anhu da müşriklər tərəfindən daş yağışına tutulmuşdu. Elə hey daş atırdılar. O, da qorunurdu. Başını əbası ilə örtərək səhərə qədər elə yatmışdı, sonra başını açdıqda müşriklər onu görüb: «Sən həqiqətən çox pis bir insansan. Dostuna atırdıq, heç qorunmurdu, sən isə qorunursan. Bunu heç yaxşı qarşılamadıq». Peyğəmbər sallallahu aleyhi və səlləm əskərlərilə Təbuk döyüşünə gedərkən Əli: «Mən də səninlə birlikdə döyüşə gedəcəyəm!» dedikdə, «Xeyir!» cavabını aldı. Əli - radıyallahu anhu ağlamağa başladı. Allah Rəsulu sallallahu aleyhi və səlləm onun könlünü almaq üçün buyurdu: «Musanın nəzdində Harunun dərəcəsi nədirsə, mənim nəzdimdə də sənin dərəcənin elə olmasını istəmirsən mi?». Lakin sən, Peyğəmbər deyilsən. Səni yerimə təyin etmədən getməyim düzgün olmaz. Rəsulullah sallallahu aleyhi və səlləm ona buyurdu: «Hər bir mömin üçün sən, məndən sonra mənim vəlimsən!». Əli - radıyallahu anhu nun qapısından başqa məsçidin bütün qapıları bağlanmışdı. O, cunub olaraq məscidə girərdi, ondan başqa yolu yox idi. Yenə belə buyurmuşdu: «Mən kimin mövlasıyamsa, Əli - radıyallahu anhu də onun mövlasıdır». Allah, Quranda Şəcərə əshabından razı olduğunu və qəlblərindəkini bildiyini bizlərə xəbər vermişdir. Ondan sonra onlara qəzəbləndiyinə dair bir məlumatınız oldu mu? Bir dəfə Hz. Ömər - radıyallahu anhu birinin boynunu vurmaq üçün Peyğəmbər sallallahu aleyhi və səlləm ə: «İzin ver bunun boynunu vurum!» dedikdə, ona belə xəbərdarlıq etmişdir: «Sən bunu necə edə bilərsən? Allah Bədr əhlini nəzərdə tutaraq belə buyurmuşdur: «İstədiyinizi edin, sərbəstsiniz»28.
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «SƏN BAĞIŞLANMISAN» SÖZÜ HQQINDA

24 - Əli b. Salih, o da Əbu İshaqdan, o da Amr b. Murrədən, o da Abdullah b. Sələmədən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki,

Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurdu: «Sənə bir neçə kəlmə öyrədim mi? Sən bağışlanmış olduğun halda belə, bu kəlmələri söyləsən günahların bağışlanar: «LƏ İLƏHƏ İLLƏLLAHU HALİMUL KƏRİM, LƏ İLƏHƏ İLLƏLLAHUL ALİYYUL AZİM, ƏL-HAMDULİLLƏHİ RABBİL ALƏMİN - Həlim və Kərim olan Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Böyük və Uca olan Allahdan başqa ibadətə layiq heç bir haqq məbud yoxdur. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur»29.


ƏBU İSHAQIN RƏVAYƏT ETDİYİ BU HƏDİSİN BAŞQA LƏFSİ

25 - Abdullah b. Sələmə, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey Əli! Sənə sevinc bəxş edən və kədərini qaldıracaq bir neçə kəlmə öyrədim mi? LƏ İLƏHƏ İLLƏLLAHUL ALİYUL AZİM, SUBHƏNƏLLAH RABBİS SƏMƏVƏTİS SƏBİL VƏ RABBİL ARŞİL AZİM, ƏL-HAMDULİL-LAHİ RABBİL ALƏMİN - Böyük və Uca olan Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Yeddi qat göylərin Rəbbi və böyük Ərşin də Rəbbi olan Allah hər cür nöqsandan uzaqdır. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur»30.

26 - AbdurRahman b. Əbi Leyla, Əli - radıyallahu anhu dan rəvayət edir ki, kədəri (qəmi) aparan bir neçə kəlmə»31.

27 - AbdurRahman b. Əbi Leyla, Əli - radıyallahu anhu dan rəvayət edir ki, o, Peyğəmbər sallallahu aleyhi və səlləm dən yuxarıdakı hədisin bənzərini rəvayət etdi»32.

28 - AbdurRahman b. Əbi Leyla, Əli - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sənə bir neçə kəlmə öyrədim mi? Onları dediyin zaman günahların bağışlanar. O ki, qaldı (sənin) günahlarına (onlar) bağışlanmışdır: «LƏ İLƏHƏ İLLƏLLAHUL ALİYUL AZİM, LƏ İLƏHƏ İLLƏLLAHUL HALİMUL KƏRİM, SUBHANƏ RABBİL ARŞİL AZİM, ƏL-HAMDULİLLƏHİ RABBİL ALƏMİN - Böyük və Uca Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Həlim və Kərim olan Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Böyük Ərşin Rəbbi olan Allahı (hər cür nöqsanlardan) uzaq edirəm. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur»33.

29 - Əbu İshaq, o da əl-Harisdən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sənə bir dua öyrədim mi? Bu duanı etdiyin zaman, hər nə qədər bağışlanmış olsan da (yenə) bağışlanarsan». O: «Bəli!» dedim. Peyğəmbər: «LƏ İLƏHƏ İLLƏLLAHUL ALİYUL AZİM, LƏ İLƏHƏ İLLƏLLAHUL HALİMUL KƏRİM, SUBHANƏ RABBİL ARŞİL AZİM, ƏL-HAMDUİLLƏH RABBİL ALƏMİN - Böyük və Uca Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Həlim və Kərim olan Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Böyük Ərşin Rəbbi olan Allahı hər cür nöqsanlardan uzaq tuturam. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur».

(MÜƏLLİF) Əbu AbdurRahman (Nəsəi) rahmətullahi aleyhi - dedi ki: «Əbu İshaq, əl-Harisdən dörd hədisdən başqa heç bir hədis eşidməmişdir, bu (hədis) onlardan biri deyil. Bunu biz, əl-Huseyn b. Vakid əl-İsrailiyə və Əli b. Salihə müxalif olduğuna görə təxric etdik. əl-Haris əl-Avər hədisdə o, qədər etibarlı deyil. Asim b. Damrə, ondan daha yaxşıdır»34.


PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «ALLAH ƏLİ - Radıyallahu Anhu NUN QƏLBİNİ İMAN ÜÇÜN İMTAHAN ETMİŞDİR» SÖZÜ HAQQINDA

30 - Mənsur, o da Rabidən, o da, Əli - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına Qureyişdən bir sıra insanlar gəlib belə dedilər: «Ey Muhəmməd! Biz sənin qonşuların və müttəfiqlərinik. Qullarımızdan bir qrupu, dinə və fiqhə hər hansı bir rəğbətləri olmadıqları halda sənin yanına gəliblər, evlərmizdən və mallarımızdan qaçdılar. Nə olar, onları bizə geri qaytar!» Bundan sonra (Peyğəmbər) Əbu Bəkr - radıyallahu anhu ya (tərəf) dönüb: «Sən nə deyirsən?» deyə soruşdu. O: «Doğru dedilər. Onlar sənin qonşuların və müttəfiqlərindirlər» deyə cavab verdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm in üzü birdən dəyişdi. Sonra Ömər - radıyallahu anhu ya (tərəf) dönüb: «Sən nə deyirsən?» deyə soruşdu. O da: «Düz dedilər. Onlar sənin həm qonşuların, həm də dostlarındır!» deyə cavab verdi. Bu dəfə də Peyğəmbər sallallahu aleyhi və səlləm in üzü dəyişdi. Sonra belə buyurdu: «Ey Qureyş cəmaatı! Vallahi Allah, içinizdən iman üçün qəlbini imtahan etdiyi bir adam göndərəcək və din üçün (sizin) boynunuzu vuracaq (və ya bəzinizin boynunu vuracaq)» dedi. Bundan sonra Əbu Bəkr: «Ey Allahın Rəsulu! O adam mənəm?» deyə soruşduqda, «Xeyir!» dedi. Ömər - radıyallahu anhu irəli atılıb dedi: «Görəsən o adam mənəm, ey Allahın Rəsulu?». Peyğəmbər: «Xeyir, o adam başmağı və ya (başmağımı) təmir edən adamdır!» deyə buyurdu. O, anda Əli - radıyallahu anhu ya başmağını vermiş, təmir etdirirdi»35.
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «ŞÜBHƏSİZ ALLAH SƏNİN QƏLBİNİ HİDAYƏTƏ GƏTİRƏCƏKDİR» SÖZÜ HAQQINDA

31 - Yəhya, o da əl-Aməşdən, o da Amr b. Murrədən, o da Əbul-Baxtəri yolu ilə Əli - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm məni hələ gənc yaşda ikən Yəmənə göndərdi. Dedim ki: «Ey Allahın Rəsulu! Aralarında münaqişələr olan bir qövmə mənim kimi gənc bir adamımı göndərirsən?». Peyğəmbər: «Allah, qəlbini (hökm verməkdə) hidayətə gətirəcək və dilini sabit edəcəkdir». Ondan sonra (Yəməndə) iki nəfər arasında cərəyan edən (hər-hansı) bir hadisədə hökm verərkən qətiyyən şübhəyə düşmədim36.
BU XƏBƏRİ NƏQL EDƏNLƏRİN İXTİLAFI HAQQINDA

32 - Əbul-Baxtəri, Əli - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm məni Yəmənə göndərdi. Mən: «Məni, məndən yaşlı olan bir millətə göndərirsən. Mən onlara necə hökm verəcəyəm?» dedim. Peyğəmbər: «Allah sənin qəlbini düz, dilini də sabit edəcəkdir» deyə buyurdu. Əbul-Baxtəri deyir ki, Əli - radıyallahu anhu mənə dedi: «Ondan sonra verdiyim hökmlərdə qətiyyən şübhəyə düşmədim»37.

33 - Əbu Muaviyə, o da əl-Aməşdən, o da Amr b. Murrədən, o da Əbul-Baxtəridən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm məni, aralarında hökm vermək üçün Yəmən əhlinə göndərdi. Dedim ki: «Ey Allahın Rəsulu! Qazilik etmək üçün hər-hansı bir biliyə sahib deyiləm!». Bundan sonra əlini sinəmə qoyub dua etdi: «Allahım! Onun qəlbini düz yola yönəlt, dilini də doğrult!». Ondan sonra (nə vaxt ki) iki nəfər arasında hökm vermək üçün oturdumsa, onlara verdiyim hömkmdə qətiyyən şübhəyə düşmədim.

Əbu AbdurRahman Nəsəi rahmətullahi aleyhi - dedi ki: «Bu hədisi Şöbə, Amr b. Murrədən, o da Əbul-Baxtəridən rəvayət etdi, o dedi ki: «Bunun mənə Əli - radıyallahu anhu dan dinləyən bir adam bildirdi».



Bundan başqa Əbu AbdurRahman belə dedi: «Əbul-Baxtəri, Əli - radıyallahu anhu dan (hədis baxımından) heç bir şey eşidməmişdir»38.

34 - Hanəş b. Mutəmir, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məni, mən hələ gənc ikən Yəmənə göndərdi. Dedim ki: «Ey Allahın Rəsulu! Məni məndən yaşlı olan (bir) qövmə göndərirsən və aralarında hökm verməyimi istəyirsən. Amma mənim qazilik xüsusunda heç bir biliyim yoxdur». Bundan sonra əlini sinəmə qoyub buyurdu: «Ey Əli! Şübhə yoxdur ki, Allah, qəlbinə hidayət verəcək, dilini də sabit edəcəkdir. İki nəfər yanına gəlib oturduqları zaman, birincisini dinlədiyin kimi ikincisini də dinləmədən hökm vermə! Çünkü sən belə etsən (düzgün) hökm sənə açıq şəkildə görünər». Əli - radıyallahu anhu dedi ki: «Ondan sonra hökm xüsusunda hər hansı bir çətinliklə üzləşmədim»39.
ƏBU İSHAQIN BU HƏDİS HAQQINDA SÖYLƏDİYİ İXTİLAF

35 - Əbu İshaq, o da Harisə b. Mudribdən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm məni Yəmənə göndərdi. Mən dedim ki: «Sən məni, məndən yaşlı bir qövmə aralarında hökm verməyim üçün göndərirsən!». Peyğəmbər: «Şübhəsiz Allah, sənin qəlbini doğru yola yönəldib, dilini də sabit edəcəkdir» deyə buyurdu40.

36 - Əbu İshaqdan, o da Amr b. Hubşidən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəulu sallallahu aleyhi və səlləm məni Yəmənə göndərdi. Mən dedim ki: «Ey Allahın Rəsulu! Sən məni yaşlı insanlara göndərirsən, verdiyim hökmlədə düzgun (ədalətli) olmaya-cağımdan qorxuram». Peyğəmbər: «Allah, sənin dilini sabit edib, qəlbini doğruya yönəldəcəkdir» deyə buyurdu41.
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «ƏLİ - Radıyallahu Anhu NUN QAPISINDAN BAŞQA, BÜTÜN QAPILARI BAĞLAMAQLA ƏMR OLUNDUM» SÖZÜ HAQQINDA

37 - Zeyd b. Ərkam - radıyallahu anhu rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm in əshabından bir qrup insanların məsçidə girən qapıları vardı. Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurdu: «Əli - radıyallahu anhu nun qapısından başqa digər qapıları bağlayın!». Cəmaat bu xüsusda artıq-əskik danışdıqda, Allah Rəsulu sallallahu aleyhi və səlləm Allah həmdu-səna etdi, sonra belə buyurdu: «Əli - radıyallahu anhu nun qapısından başqa, digər qapıları bağlamaqla əmr olundum. Bu xüsusda diyəniniz, deyəcəyini dedi, amma Vallahi mən, onu nə bağladım, nə də açdım, sadəcə əmr aldım və o əmrə də tabe oldum»42.
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «SİZİ ÇIXARIB ONU MƏN BURAXMADIM, SİZİ ÇIXARIB ONU DAXİL EDƏN ALLAHDIR» SÖZÜ HAQQINDA

38 - İbrahim b. Sad b. Əbi Vəqqasdan, o da atasından: Peyğəmbər sallallahu aleyhi və səlləm in yanında idik. Yanında bir qövm oturmaqda idi. Əli - radıyallahu anhu içəri girdi. O girdikdə, onlar çıxdılar. Çıxdıqlarında onu qınamağa başladılar və dedilər ki: «Vallahi o girdiyi zaman çıxmarıq» deyib, ondan sonra qayıdıb yenidən girdilər. Peyğəmbər: «Vallahi onu buraxıb, sizi çıxaran mən deyiləm! Onu buraxıb sizi çıxaran məhz Allahdır!». Əbu AbdurRahman dedi ki: «Bu həqiqətə daha uyğundur»43.

39 - əl-Haris b. Malik rəvayət edir ki, Məkkəyə gəlib Sad b. Əbi Vəqqas - radıyallahu anhu ilə görüşdüm. Mən dedim ki: «Əli - radıyallahu anhu nun fəzilətini heç eşitdin mi?». Belə dedi: «Biz məsçiddə, Allah Rəsulu sallallahu aleyhi və səlləm lə birlikdə idik. (Gecə belə səsləndi): «Allah Rəsulu sallallahu aleyhi və səlləm in ailəsi ilə Əli - radıyallahu anhu nun ailəsindən başqa kim varsa məsçiddən çıxsın». Hamımız çıxdıq, səhər əmisi gəlib Ona belə dedi: «Ey Allahın Rəsulu! Əshabını və əmini çıxarıb bu uşağı burda qoydun». Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Bu uşağı burda qoyub, sizin çıxmanızı mən əmr etmədim; bunu əmr edən şübhəsiz ki, Allahdır».

Bu hədisi Fıtır, Abdullah b. Şərikdən, o da Abdullah b. ər-Rakimdən, o da Saddan bu ifadə ilə rəvayət etdi: Abbas - radıyallahu anhu gəlib, Peyğəmbər sallallahu aleyhi və səlləm ə belə dedi: «Əli - radıyallahu anhu nun qapısından başqa hamımızın qapılarını bağlatdın». Bu cavabı verdi: «Onu nə mən açdım, nə də mən bağlatdım»44.



40 - Bizə Zəkəriyyə b. Yəhya əs-Səczi dedi ki, bizə Abdullah b. Ömər - radıyallahu anhu rəvayət etdi45.

41 - Əbu Bələc, o da Amr b. Meymundan, o da İbn Abbasdan - radıyallahu anhum dan rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm , Əli - radıyallahu anhu nun qapısından başqa, məsçidin bütün qapılarının bağlanmasını əmr etdi»46.

42 - Yəhyadan, o da Amr b. Meymundan, İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Əli - radıyallahu anhu nun qapısından başqa məsçiddəki bütün qapılar bağlanıldı; cunub ikən məsçidə girərdi, çünki yolu oradan idi, ondan başqa (məsçidə girəcək) yolu yox idi»47.
ƏLİ B. ƏBU TALİB - Radıyallahu Anhu NUN ALLAH RƏSULU Sallallahu Aleyhi Və Səlləm İN YANINDA OLAN DƏRƏCƏSİ HAQQINDA

43 - Qatadədən, o da Səid b. əl-Museyyibdən, o da Sad b. Əbu Vəqqas Allah onlardan razı olsun dan rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm Təbuk döyüşünə gedərkən, Mədinədə öz yerinə Əli - radıyallahu anhu nu qoydu. Buna görə bəziləri dedilər ki: «Allah Rəsulu sallallahu aleyhi və səlləm deyəsən ondan bezdi və söhbətində iştirak etməsini istəmədi». Buna görə də Əli - radıyallahu anhu tez Allah Rəsulu sallallahu aleyhi və səlləm in ardınca gedib yolda ona çatdı və belə dedi: «Ey Allahın Rəsulu! Məni Mədinədə uşaq və qadınlarla buraxırsan». (Başqa rəvayətdə) Ondan bezdi və söhbətlərində iştirak etməsini istəmədi» dedilər. Peyğəmbər: «Ey Əli! Qatımda, Harunun Musa əleyhimussəlam - qatındakı mərtəbəsində olmaq istəməzssən mi? Sadəcə, məndən sonra Peyğəmbər yoxdur!»48.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin