TƏRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 0,7 Mb.
səhifə4/10
tarix21.04.2017
ölçüsü0,7 Mb.
#15070
1   2   3   4   5   6   7   8   9   10

78 - İbn Abbas, o da Bureydə - radıyallahu anhum dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məni Əli - radıyallahu anhu ilə birlikdə Yəmənə göndərdi. Bir az əziyyət çəkdim ondan. Geri qayıtdıqda Peyğəmbər sallallahu aleyhi və səlləm ə şikayət etdim. Bunə görə başını mənə qaldırıb belə buyurdu: «Ey Bureydə! Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!»83.

79 - İbn Abbas, o da Bureydə - radıyallahu anhum dan rəvayət edir ki, Əli - radıyallahu anhu ilə Yəmənə getdim. Ondan bir az əziyyət gördüm. Peyğəmvər sallallahu aleyhi və səlləm in yanına gəldiyimdə ondan danışdım və onun haqqında biraz artıq-əskik danışdım. Peyğəmbər sallallahu aleyhi və səlləm in üzü dəyişməyə başladı və belə buyurdu: «Ey Bureydə! Mən möminlərə öz canlarından daha üstün deyiləmmi?». Mən: «Bəli ey Allahın Rəsulu!» dedim. O: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!» buyurdu84.

80 - AbdulVahid b. Əymən, o da atasından, o da Sad - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!»85.

81 - Zeyd b. Ərqam - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qalxdı, Allaha həmdu-səna etdikdən sonra buyurdu: «Mənim hər möminə öz nəfsindən daha üstün olduğumu bilirsinizmi?». Səhabələr: «Biz şəhadət edirik ki, sən hər bir möminə öz nəfsindən daha üstünsən!» dedilər. Əli - radıyallahu anhu nun əlidən tutaraq: «Mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır!» deyə buyurdu86.

82 - Umeyrə b. Sad - radıyallahu anhu rəvayət edir ki, o Əli - radıyallahu anhu dan eşitdi ki, o insanlara: «Allah xatirinə deyin! Kim Allah Rəsulundan, Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır dediyini eşidib?» deyərdi. O saat altı nəfər ayağa qalxıb: «Biz bunu eşitmişik» deyərək şahidlik etdilər87.

83 - Əbu İshaq, o da Səid b. Vəhb - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm in səhabələrindən beş və ya altı nəfər ayağa qalxaraq, Allah Rəsulu sallallahu aleyhi və səlləm in belə buyurduğuna şahidlik etdilər: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır»88.

84 - Əbu İshaq, o da Səid b. Vəhb - radıyallahu anhu dan rəvayət edir ki, Səhabələrdən altı nəfər qalxdı - Yezid b. Yusey: «Minbərin yanından altı nəfər qalxdı» dedi və hamısı da Allah Rəsulu sallallahu aleyhi və səlləm in belə buyurduğuna şahidlik etdilər: «Mən kimin mömvlasıyamsa, Əli də onun mövlasıdır»89.

85 - İmran b. Əban, o da Şərikdən, o da Əbu İshaqdan, o da Zeyd b. Yusey - radıyallahu anhu dan rəvayət edir ki, Əbu Talib oğlu Əli - radıyallahu anhu nun Kufə minbərində belə dediyini eşitdim: «Muhamməd sallallahu aleyhi və səlləm in səhabələrindən olmaq şərtilə içinizdən bir nəfər axtarıram ki, Allah xatirinə desin: QƏDİR-XUM günü Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurmadı mı?: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım! Onu sevəni səv, ona düşmən olana düşmən ol!». Bundan sonra digər minbərin yanından düz altı nəfər qalxdı və bunu Allah Rəsulu sallallahu aleyhi və səlləm dən eşitdiklərinə dair şahidlik etdilər». Şərik deyir ki, Əbu İshaqdan rəvayət olunur ki: «Bəra b. Azib - radıyallahu anhu dan bunu Allah Rəsulu sallallahu aleyhi və səlləm dən nəql etdiyini eşidmisən mi?» deyə soruşduqda «Bəli» deyə cavab verdi.

Əbu AbdurRahman (Nəsəi) rahmətullahi aleyhi - deyir ki: «İmran b. Əban əl-Nəsati hədisdə qüvvətli deyil»90.


PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «MƏNDƏN SONRA ƏLİ - Radıyallahu Anhu HƏR BİR MÖMİNİN VƏLİSİDİR» SÖZÜ HAQQINDA

86 - İmran b. Huseyn - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir ordu hazırladı, üzərinə Əli - radıyallahu anhu nu rəhbər təyin etdi. Ordusuyla getdi. Döyüşdə bir cariyə əldə etdi, (onunla yaxınlıq etdi. Əskərləri) xoş qarşılamadılar. Rəsulullah sallallahu aleyhi və səlləm in səhabələrindən dörd nəfər öz aralarında: «Allah Rəsulunu gördüyümüzdə mütləq bunu ona bildirəcəyik!» deyə razılaşdılar. Müsəlmanlar, səfərdən qayıtdıqlarında əvvəl Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına girib salam verər, sonra evlərinə gedərdilər. Ordu səfərdən qayıtdıqlarında, əvvəlcə Allah Rəsulunun sallallahu aleyhi və səlləm in yanına girdilər, salam verdilər. Dörd nəfərdən biri qalxıb belə dedi: «Ey Allahın Rəsulu! Əli, belə-belə etdi». Rəsulullah sallallahu aleyhi və səlləm ondan üz çevirdi. Bu dəfə ikincisi qalxıb eyni şeyi dedi. Sonra üçüncüsü qalxdı, o da deyəcəklərini dilə gətirdi. Bundan sonra Allah Rəsulu sallallahu aleyhi və səlləm üzündə qəzəb görsənən bir şəkildə onlara tərəf döndü və buyurdu: «Əlidən nə istəyirsiniz? (Bu sözünü üç dəfə təkrar etdi). Şübhəsiz ki, Əli məndəndir, mən də ondanam. O, məndən sonra hər bir möminin vəlisidir»91.

PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «ƏLİ - Radıyallahu Anhu MƏNDƏN SONRA SİZİN VƏLİNİZDİR» SÖZÜ HAQQINDA

87 - Abdullah b. Bureydədən, o da atasından rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm bizi Xalid b. Vəlid - radıyallahu anhu ilə birlikdə Yəmənə göndərdi. Başqa bir ordunu da Əli - radıyallahu anhu nun rəhbərliyi altında göndərdi. Belə buyurdu: «Əgər hansısa bir yerdə görüşsəniz, orduların rəhbəri Əli - radıyallahu anhu olsun. Ayrıldığınızda hər kəs öz ordusunun rəhbərliyinə qayıtsın». Yəmən əhlindən Zəbid oğulları ilə qarşılaşdıq. Müsəlmanlar müşriklər üzərində qələbə çaldılar. Döyüşənlərlə döyüşdük, bir çox uşaq əsir aldıq. Əli - radıyallahu anhu əsirlər arasından özünə bir cariyə seçdi. Bundan sonra Xalid b. Vəlid - radıyallahu anhu (bunu xoş qarşılamayıb) bir məktubla bunu Peyğəmbər sallallahu aleyhi və səlləm ə bildirdi və Əli - radıyallahu anhu dan da (onu) almağımı əmr etdi. Məktubu Peyğəmbər sallallahu aleyhi və səlləm ə verdim və Əli - radıyallahu anhu dan da onu aldım. Bundan sonra Allah Rəsulu sallallahu aleyhi və səlləm (məktubu oxuduqdan sonra) üzü dəyişdi və belə buyurdu: «Ey Bureydə! Əliyə qəzəblənmə! Çünkü Əli məndəndir, mən də ondanam. O, məndən sonra sizin vəlinizdir92 (Başqa rəvayətdə: Bəra - radıyallahu anhu ya deyir ki: «Allah və Peyğəmbərini sevən və Allah və Peyğəmbərinin sevdiyi bir kimsə barəsində sən nə düşünürsən?». Mən də: «Allahın və Peyğəmbərin qəzəbindən Allaha sığınıram. Mən ancaq bir elçiyəm (səfir) dedim. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm susdu)»93.
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «KİM ƏLİ - Radıyallahu Anhu YA SÖYƏRSƏ, MƏNƏ SÖYMÜŞ OLAR» SÖZÜ HAQQINDA

88 - Əbu Abdullah əl-Cədəli - radıyallahu anhu rəvayət edir ki, Ummu Sələmə - radıyallahu anhə nin yanına girdim və: «Sizdə Rəsulullaha söyürlər?» deyə soruşdu. Mən: «Subhənallah və ya Məazallah!» dedim. O, Allah Rəsulu sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Kim Əli - radıyallahu anhu ya söyərsə, mənə söymüş olar»94.

89 - Əbu Bəkr b. Xalid b. Arfəta rəvayət edir ki, Mədinədə Sad b. Əbu Vəqqas - radıyallahu anhu nu gördüm belə dedi: «Mənə Əli - radıyallahu anhu ya söydüyünüzü xəbər verdilər (Düzdürmü?)». Mən: «(Bəli) Bunu etmişik» dedim. «Deyəsən sən ona, Allah Rəsulu sallallahu aleyhi və səlləm dən eşitdiyimi eşitdikdən sonra söymüsən (elə mi?)»95.
ONU SEVMƏYƏ TƏŞVİQ (ÇAĞIRIŞ), ONA DÜŞMƏNÇİLİK ETMƏYƏ QARŞI XƏBƏRDARLIQ VƏ TƏHDİD (HƏDƏ) HAQQINDA

90 - Amir b. Vəsilə rəvayət edir ki, Əli - radıyallahu anhu insanları ər-Rahbədə topladı və: «Allah xatirinə deyin, QƏDİR-XUM günü Allah Rəsulu sallallahu aleyhi və səlləm in belə buyurduğunu hər kəs eşitmədi mi?». «Mənim möminlərə öz nəfslərindən daha üstün olduğumu bilmirsiniz? (Bunu dediyi zaman ayaq üstə idi, sonra Əli - radıyallahu anhu nun əlini tutub belə dedi:) Mən kimin mövlasıyamsa, Əlidə onun mövlasıdır. Allahım! Onu sevəni sev, ona düşmən olana sən də düşmən ol». Əbu Tufeyl deyir ki: «Çıxıdm, içimdə bir hiss vardı. Zeyd b. Ərqamla qarşılaşdım, vəziyyəti ona bildirdim o: «Hələ şübhə mi edirsən? Mən bunu şəxsən Allah Rəsulu sallallahu aleyhi və səlləm dən eşidmişəm» deyə cavab verdi. Bu ləfs, ravilərdən Əbu Davuda aiddir96.

91 - Sadın qıqzı Aişə ilə Sadın oğlu Amir - radıyallahu anhum dan rəvayət olunur ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm xütbə oxudu və belə buyurdu: «Ey Cəmaat! Şübhəsiz ki, mən sizin vəlinizəm!». Onlar: «Düz dedin» dedilər. Bunun ardınca Əli - radıyallahu anhu nun əlini qaldırdı və belə buyurdu: «Bu mənim vəlimdir, əvəzimə ödəyə (bilən) odur. Onu sevəni Allah sevsin, ona düşmən olana Allah da düşmən olsun!»97.

92 - Sad - radıyallahu anhu rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm Əli - radıyallahu anhu nun əlindən tutub xütbə oxudu, Allaha həmdu-səna etdikdən sonra belə buyurdu: «Mənim sizə öz nəfsinizdən daha üstün olduğumu bilirsiniz mi?». Biz: «Bəli, düz söylədin ey Allahın Rəsulu!» dedilər. Sonra Əli - radıyallahu anhu nun əlindən tutub qaldırdı və belə buyurdu: «Mən kimin vəlisiyəmsə, Əli də onun vəlisidir. Allah onu sevəni sevər, ona düşmən olana düşmən olar»98.

93 - Sadın qızı Aişə, o da Sad - radıyallahu anhu dan rəvayət edir ki, Məkkə yoluyla (Məkkəyə) gedərkən Allah Rəsulu sallallahu aleyhi və səlləm ilə birlikdə idik. İnsanlar ətrafına yığışdıqda belə buyurdu: «Ey cəmaat! Sizin vəliniz kimdir?». Onlar: «(Üç dəfə) Allah və Rəsuludur» dedilər. Sonra Əli - radıyallahu anhu nun əlindən tutub ayağa qaldırdı və belə buyurdu: «Allah və Rəsulu kimin vəlisi isə, bu da onun vəlisidir. Allahım! Onu sevəni sev, ona düşmən olana düşmən ol!»99.
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN ONU SEVƏNƏ DUA, ONA KİN BƏSLƏYƏNƏ İSƏ BƏDDUA ETMƏSİ HAQQINDA

94 - Abdullah b. Bureydə - radıyallahu anhu dan, o da atasından rəvayət edir ki, insanlar arasında Əbu Talibin oğlu Əli - radıyallahu anhu ya qəzəb etdiyim qədər heç kimsəyə qəzəb etmirdim. Hətta Qureyşdən bir adamın sırf Əli - radıyallahu anhu ya kin bəslədiyi üçün sevirdim. O adam bir dəstənin üzərində rəhbər kimi kiçik bir döyüşə göndərildi. Mən də Əli - radıyallahu anhu nu sevmədiyi üçün ona qoşuldum. Bir çox əsirlər tutduq. O, Peyğəmbər sallallahu aleyhi və səlləm ə: «Bizə birini göndər ki, əldə etdiyimiz qənimətlərin (5/1) xumslandırsın (bölüşdürsün)» deya bir məktub yolladı. Peyğəmbər sallallahu aleyhi və səlləm Əli - radıyallahu anhu nu göndərdi. Əsirlərin içində Vasifə (adlı bir cariyə) var idi. Əli - radıyallahu anhu qənimət malını xumslandırdıqda Vasifə xums mallarının içinə düşdü. Bir daha humuslandırdı, bu dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm in Əhli Beytinə düşdü. Bir daha humslandırdı və bu səfər Əli - radıyallahu anhu nun ailəsinə düşdü. Sonra başından su damlayaraq yanımıza gəldikdə: «Bu nədir?» deyə soruşduq. Cavab verdi: «Vasifəni görmədiniz mi? Əvvəl xüms malları içinə düşdü, sonra Peyğəmbər sallallahu aleyhi və səlləm in Əhli Beytinə düşdü, daha sonra da Əli - radıyallahu anhu nun (öz) ailəsinə düşdü, mən də cariyəm olduğu üçün onunla cinsi əlaqəyə girdim». Bundan sonra (Qureyşli adam) Peyğəmbər sallallahu aleyhi və səlləm ə (Əlidən şikayət etdiyini) bildirən bir məktub yazdı, məni də o məktubu təsdiqləyici kimi göndərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm ə məktubu oxumağa başladım, Onun doğrudur dediyinə, mən də «doğrudur» dedim. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm əlimdən tutub belə buyurdu: «Ey Bureydə! Əli - radıyallahu anhu yə mi qəzəblənirsən?». Mən: «Bəli» dedim. O: «Ona qəzəblənmə! Əgər onu sevirsənsə, sevgini daha da artırmağa çalış! Canım qüdrət əlində olan (Allaha) and olsun ki, Əli - radıyallahu anhu nun ailəsinin xumsdakı nəsibi Vəsifədən daha üstündür». Bureydə: «Allah Rəsulu sallallahu aleyhi və səlləm dən sonra, insanlar arasında (bu hadisədən sonra) ən çox sevdiyim adam Əli - radıyallahu anhu olmuşdu.

Bureydə - radıyallahu anhu nun oğlu Abdullah deyir ki: «Bu hədisədə mənimlə Peyğəmbər sallallahu aleyhi və səlləm arasında (ravi) yalnız atamdır. Ondan başqa heç kimsə yoxdur»100.



95 - Səid b. Vəhb - radıyallahu anhu rəvayət edir ki, Əli - radıyallahu anhu Rahbədə (insanlara xitab) edərək dedi: «Allaha xatirinə deyin: «QƏDİR XUM günü, içinizdə Allah Rəsulunun sallallahu aleyhi və səlləm in bu sözlərini kim eşidib: «Şübhəsiz Allah və onun Elçisi möminlərin vəlisidir. Mən kimin vəlisiyəmsə, bu da onun vəlisidir. Allahım, onu sevəni sev, ona düşmənlik edənə düşmənlik et. Ona kömək edənə də kömək et!». Səid (b. Vəhb) - radıyallahu anhu dedi ki: (Əli - radıyallahu anhu nun bu sözündən sonra) yanımızdan altı nəfər qalxıb şahidlik etdilər».

(Daha əvvəl zikretdiyimiz bir rəvatyətdə) Zeyd b. Yusey dedi ki, Yanımdan düz altı nəfər qalxıb şahidlik etdilər». Amr Zu Murrun rəvayətində isə belə deyilir: «Onu sevəni sevərəm, ona nifrət edənə də nifrət edərəm». Sözü gedən hədisi İsrail, Əbu İshaq vasitəsilə Amr Zu Murrdən rəvayət etmişdir101.



96 - İsrail, o da Əbu İshaqdan, o da Amr Zu Murrdən rəvayət edir ki, «Rahbədə Əli - radıyallahu anhu nu gördüm. Muhamməd sallallahu aleyhi və səlləm in səhabələrinə belə deyirdi: «Allah xatirinə deyin! QƏDİR XUM günü Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu hansınız eşitmisiniz: «Mən kimin mövlasıyamsa (dostu), Əli də onun mövlasıdır. Allahım! Ona dost olana dost ol! Ona düşmən olana düşmən ol! Ona kömək edənə kömək et!». O saat bir sıra insanlar ayağa qalxıb Rəsulullah sallallahu aleyhi və səlləm in belə buyurduğuna şahidlik etdilər102.

97 - Əbu Muaviyə, o da əl-Aməşdən, o da Adiyy b. Sabitdən, o da Zir b. Hubeyşdən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, «Toxumu yaradan, insanı xəlq edən Allah and olsun ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləm in əhdidir: «Məni (yəni Əlini) yalnız mömin olan sevər. Mənə yalnız münafiq olan nifrət edər»103.

98 - Vəki, o da əl-Aməşdən, o da Adiy b. Sabitdən, o da Zir b. Hubeyşdən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in bu xüsusda mənə əhdi vardır: «Məni yalnız mömin olan sevər, məndən yalnız, başqası yox, münafiq olan nifrət edər»104.

99 - əl-Fadl b. Musa, o da əl-Aməşdən, o da Adiy b. Sabitdən, o da Zir b. Heyşdən, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in bu xüsusda mənə əhdi vardır: «Səni yalnız mömin olan sevər, səndən yalnız, başqası yox münafiq olan nifrət edər»105.
ALLAH RƏSULU Sallallahu Aleyhi Və Səlləm İN ƏLİ - Radıyallahu Anhu ÜÇÜN ÇƏKDİYİ BİR MİSAL HAQQINDA

100 - Rabia b. Nacid, o da Əli - radıyallahu anhu dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm belə buyurdu: «Ey Əli, səndə İsa əleyhissəlam - bənzər bir xüsusiyyət vardır. Yəhudilər ona o qədər nifrət etdilər ki, tər-təmiz anasına (zina etdi) iftirasını atdılar. Xristiyanlar isə onu o qədər sevdilər ki, onu onda olmayan mövqeyə və mərtəbəyə qaldırdılar»106.
ƏLİ - Radıyallahu Anhu NUN MƏRTƏBƏSİ VƏ PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm Ə YAXINLIĞI HAQQINDA

101 - Şöbə, o da Əbu İshaqdan, o da əl-Ala b. Arar rəvayət edir ki, bir nəfər İbn Ömər - radıyallahu anhu dan Osman - radıyallahu anhu haqqında sual soruşdu. Bu cavabı verdi: «O, iki ordu qarşılaşdığı gün, döyüşdə iştirak etməyənlərdən idi. Sonra Allah onu bağışladı. Günah etdi (xəta etdi). Bu günahı (xətası) öldürülməsinə səbəb oldu». Sonra Əli - radıyallahu anhu haqqında soruşdu. Bu cavabı aldı: «Onun haqqında soruşma! Onun Allah Rəsulu - sallallahu aleyhi və səlləm in nəzdnindəki mərtəbəsini görmürsənmi?»107.

102 - əl-Ala b. Arar rəvayət edir ki, Abdullah b. Ömər - radıyallahu anhu dan soruşdum: «Mənə Əli ilə Osman - radıyallahu anhum haqqında danışmayacaqsan?». O: «Əliyə gəldikdə onun evi, Allah Rəsulu - sallallahu aleyhi və səlləm in evindədir. Onun haqqında sənə başqa nə danışım ki?... Osman - radıyallahu anhu ya gəldikdə isə, (Uhud günü döyüşdə iştirak etməməklə) böyük xəta etdi. Allah onun xətasını bağışladı. İçinizdə o kiçik bir xəta etdi, amma tutub onu öldürdünüz»108.

103 - İsrail, o da Əbu İshaqdan, o da əl-Ala b. Arar rəvayət edir ki, bunu mən İbn Ömər - radıyallahu anhu dan, Allah Rəsulu - sallallahu aleyhi və səlləm in məscidində soruşdum. O: «Məsciddə onun evindən başqa ev yoxdur, Osman - radıyallahu anhu ya gəldikdə isə, kiçik bir xəta etdiyinə görə onu öldürdünüz»109.

104 - Sad b. Ubeydə - radıyallahu anhu rəvayət edir ki, bir nəfər İbn Ömər - radıyallahu anhu nun yanına gəldi və Əli - radıyallahu anhu haqqında bir sual soruşdu. O: «Onun haqqında sənə bir şey danışmayacağam, ancaq Allah Rəsulu - sallallahu aleyhi və səlləm in evlərinin yanında kimin evi var, bir bax!». O: «Amma mən ona nifrət edirəm!» dedikdə belə dedi: «Elə isə Allah da sənə nifrət etsin!»110.

105 - Zübeyr, o da Əbu İshaq rəvayət edir ki, AbdurRahman b. Xalid b. Qasım b. əl-Abbasdan soruşdular: «Nəyə görə Əli, Allah Rəsulu - sallallahu aleyhi və səlləm in varisi oldu?». O: «O, Ona hamımızdan öncə qoşulmuşdu, Ona bizdən daha yaxın idi». Zeyd b. Əbu Uneysə, bu hədisin isnadında Zübeyrə müxalif olaraq, Xalid b. Qasımdan dedi111.

106 - Zeyd, o da Əbu İshaqdan, o da Xalid b. Qasım (b. əl-Abbas) rəvayət edir ki, Ondan soruşdular: «Rəsulullah - sallallahu aleyhi və səlləm ə əmisi olan baban yox, Əli - radıyallahu anhu varis oldu?». «Bəli, çünkü Ona ilk qoşulan və Ondan heç ayrılmayan Əli - radıyallahu anhu dur» deyə cavab verdi112.

107 - Numan b. Bəşir - radıyallahu anhu rəvayət edir ki, Əbu Bəkr - radıyallahu anhu , Peyğəmbər - sallallahu aleyhi və səlləm dən izn alıb yanına girmişdi. Aişə - radıyallahu anhə nın uca səslə belə dediyini eşitdi: «Əlini məndən çox sevdiyini bilirəm!». (Əbu Bəkr) Bunu eşitdikdə ona əl qaldırmaq üçün əyilib belə dedi: «Ey filan qadının qızı! Rəsulullah - sallallahu aleyhi və səlləm ə qarşı səsini ucaltdığını görürəm!». Allah Rəsulu - sallallahu aleyhi və səlləm tez onu tutub mane oldu, Əbu Bəkr - radıyallahu anhu da qəzəbli olaraq çıxdı. Bundan sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm buyurdu: «Ey Aişə! Gördünmü səni o adamdan (atandan) necə qorudum». Ondan sonra Əbu Bəkr - sallallahu aleyhi və səlləm yenidən izn alıb içəri daxil oldu. Allah Rəsulu - sallallahu aleyhi və səlləm ilə Aişə - radıyallahu anhə barışmışdılar, belə dedi: «Hərb halında ikən məni içəriyə dəvət etdiniz. İndi də barış halında ikən məni içəriyə dəvət edip aldınız!». Allah Rəsulu - sallallahu aleyhi və səlləm buyurdu: «Təklifini qəbul etdik, buyur!»113.

108 - Cumey b. Umeyr - radıyallahu anhu rəvayət edir ki, mən hələ uşaq ikən anamla birlikdə Aişə - radıyallahu anhə nin yanına daxil olduq. Ondan Əli - radıyallahu anhu haqqında söz soruşduqda: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm in kişilər içində ondan (Əlidən) və qadınlar içində onun xanımından (Fatimədən) daha çox sevdiyi heç kimi görmədim» deyərdi114.

109 - Cumey b. Umeyr - radıyallahu anhu rəvayət edir ki, atamla birlikdə Aişə - radıyallahu anhə nin yanına daxil olduq. Pərdənin arxasından ona Əli - radıyallahu anhu haqqında sual verdi: Aişə - radıyallahu anhə dedi: «Məndən elə bir adam haqqında soruşursan ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm in qatında ondan və xanımından daha sevimli və əziz heç kimsə tanımıram»115.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin