179 - Zeyd b. Vəhb, Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Nəhrəvan günü gəldikdə, Xəvariclərlə qarşılaşdıq. Nizələrlə onları öldürənə qədər yerlərini tərk etmədilər. Əli: «O məməli adamı axtarın!» Axtardılar, tapa bilmədilər. Bundan sonra Əli: «Mən nə yalan dedim, nə də mənə yalan deyildi. Gedin, birdə axtarın!». Axtardılar, yerin bir kənarında tapdılar. Digər meyidlərdən çox aralı idi. Baxdılar ki, adamın əli pişik bığları kimi idi. Əli - radıyallahu anhu – və yanındakı insanlar heyrət içində: «Allahu Əkbər» deməkdən özlərini saxlaya bilmədilər186.
180 - Sələmə b. Küheyl, o da Zeyd b. Vəhb - radıyallahu anhu – dan rəvayət edir ki, Dəyrəhan körpüsündə Əli - radıyallahu anhu – bizə xitab verdi. O: «Şərq tərəfdən bir qövm çıxacaq, içlərində sinəsi (qadın) sinəsi kimi bir adam olacaq. Onlarla döyüş!» dedi. Bundan sonra Xəvariclər bir-birilərinə belə dedilər: «Baxın, sizi Hərura günündə olduğu kimi rədd etdi». Aralarında döyüş başladı, nizələrlə bir-birlərinə hücum etdilər. Əli - radıyallahu anhu – nun yoldaşlarından biri: «Dönüb dolaşdılar, nizələrini qırdılar. O gün Əli - radıyallahu anhu – nun səhabələrindən düz on iki nəfər öldürüldü. Yaxud on üç nəfər can verdi». Əli: «Gedin, əlil olan o adamı axtarın» dedi. Onlar: «Buna gücümüz çatmaz» dedilər. Bundan sonra Əli - radıyallahu anhu – Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əş-Şəhba adlı qatırına mindi və: «Buradadır. Bunların arasında axtarın! Mən yalan demədim, mənə də yalan deyilməyib. Axtarın, boş oturmayın. Təvəkkül edib boş oturmağınızdan qorxmasay-dım, Allahın sizin üçün Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dilində hökm etdiyini sizə bildirərdim» dedi. Yəməndə gördüyüm bir sıra insanlar dedilər: «Necə ey Möminlərin Əmiri?». O: «O, onlara aiddir!» deyə cavab verdi187.
181 - Sələmə b. Kuheyl, o da Zeyd b. Vəhb - radıyallahu anhu – dan rəvayət edir ki, Əli - radıyallahu anhu – nun ordusu içində onunla bərabər Xəvariclərə gedənlər də vardı. Əli: «Ey insanlar! Mən Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişəm: «Ümmətimdən Quran oxuyan bir qövm çıxacaq. Sizin oxumağınız onlarınkına heç bənzəməz. Namazlarınız da onlarınkı kimi deyil. Oruclarınızın da onlarınkı ilə heç bir əlaqəsi yoxdur. Quranı öz leyhinə olacağmış kimi oxuyurlar. Amma o, onların əleyhində olacaq. Çünkü oxuduqları boğazlarından aşağı keçməyəcək. İslamdan oxun yaydan çıxması kimi çıxacaqlar. Əgər onlarla qarşılaşan ordu, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dilində onlara verilən hökmü bilsəydi, təvəkkül edib çalışmazdılar. Onların əlaməti: İçlərində qolu olub, dirsəkdən aşağı olan hissəsi kəsik olan bir adam olacaq. Qopuq qolunun ucunda qadın sinəsinin başını xatırladan, üzərində ağ tüklər olan bir ət parçası olacaq» buyurdu. Sələmə dedi ki: Zeyd məni bir yerə endirdi. Hətta körpünün üzərindən keçdik. Onlarla qarşılaşdıqda, Xəvariclərin rəhbəri Abdulla b. Vəhb ər-Rasibi olduğunu gördüm. Onlara belə dedi: «Nizələrinizi atın, qılınclarınızı çəkib qınlarından çıxarın». Bundan sonra insanlar nizələrilə bir-birilərinə qarşı hücuma keçdilər və (bir-birilərini) öldürdülər. O gün insanlardan (Əli - radıyallahu anhu – nun ordusundan) yalnız iki nəfər öldü. Əli: «Gedin onları içində o əlil adamı axtarın!» dedi. Axtardılar, tapa bilmədilər. Əli - radıyallahu anhu – ayağa qalxıb ölüləri gəzdi. Ölülər bir-birinin üstündəydilər. Belə dedi: «Allah haqqı buyurdu və Rəsulu - sallallahu aleyhi və səlləm – də təbliğ etdi». Bundan sonra Abidətul-Yəməni ayağa qalxıb belə dedi: «Ey Möminlərin Əmiri! Ondan başqa ibadətə layiq heç bir haqq ilah olmayan Allah and olsun ki, mən bunu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – dən eşitmişəm». Əli: «Ondan başqa ibadətə layiq heç bir haqq ilah olmayan Allaha and içirəm ki, bunu Allah Rəsulundan eşitmişəm» deyərək ona üç dəfə and içirdi. O da hər dəfə and içdi188.
182 - Muhamməd (b. Sirin), o da Abidədən rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Qürura qapılmayacağınızı bilsəm, Allahın onları öldürənlərə, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dilindən nələr vəd etdiyini sizə bildirərdim». Dedim ki: «Sən bunu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – dən eşitmisən?». O: «Kəbənin Rəbbinə and olsun ki, bəli!» dedi189.
183 - Abidətüs-Səlmani rəvayət edir ki, mən gələndə Nəhrəvanlılar ölmüşdü. Əli - radıyallahu anhu – dedi: «Onları axtarın, əgər onlar həqiqətən Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in dediyi qövmdəndirlərsə, aralarında mütləq qolu əlil (yaxud yuvarlaq əlli) bir adam olacaq» dedi. Axtardıq, tapdıq və ona göstərdik. Onu gördüyündə özünü belə deməkdən saxlaya bilmədi: «Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər! Vallahi qürura qapılmayacağınızı bilsəydim, onları öldürənlər haqqında Rəsulullah - sallallahu aleyhi və səlləm – in dilindən Allahın nə hökm etdiyini sizə bildirərdim». Dedim ki: «Sən həqiqətən bunu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – dən eşidmisən?». Düz üç dəfə: «Kəbənin Rəbbinə and olsun ki, bəli!» dedi190.
184 - Zir b. Hübeyş rəvayət edir ki, o Əli - radıyallahu anhu – nun belə dediyini eşidib: «Fitnənin gözünü çıxaran mənəm! Mən olmasaydım Nəhrəvanlılar öldürülməyəcəkdi. Cəməl əhli də öldürülməyəcəkdi. Əməli tərk edəcəyinizdən qorxmasaydım, onları öldürənlər haqqında Peyğəmbər - sallallahu aleyhi və səlləm – in dilindən Allahın verdiyi hökmü sizə bildirərdim. Çünkü onları öldürənlər sizin düz yolda olduğunuzu və onların azdıqlarını bilərək öldürmüşlər»191.
İBN ABBAS - Radıyallahu Anhu – NUN MÖMİNLƏRİN ƏMİRİ OLAN ƏLİ - Radıyallahu Anhu – YA QARŞI ÇIXAN XƏVARİCLƏRLƏ MÜBAHİSƏ ETMƏSİ, DƏLİLLƏR GƏTİRİB ONLARI İLZAM ETMƏSİ (BAĞLAMASI) HAQQINDA
185 - Əbu Zumeyl, o da Abdullah b. Abbas - radıyallahu anhu – dan rəvayət edir ki, altı min nəfərdən ibarət olan Xəvariclər (Əli - radıyallahu anhu – nun dəstəsindən ayrılaraq geriyə) çəkildiklərində, Əli - radıyallahu anhu – ya dedim: «Ey Möminlərin əmiri! Zöhrü bir az gecikdir, bəlkə onların yanına gedib, danışaram». O: «Sənə zərər toxundurmalarından qorxuram!» dedi. Mən: «Xeyir» dedim. Qalxıb çıxdım, günorta vaxtı onların yanına çatdım, istirahət edirdilər. (Başqa rəvayətdə: Onlardan daha şiddətli ibadətə həris olanını görməmişdim. Əlləri dəvə dizi kimi idi (Çox ibadət etməkdən qabar atmışdı), üzlərində səcdənin əlaməti görsənir, əyinlərində yuyulmuş paltarlar var idi. Üzləri yuxusuzluqdan zəifləmişdi. Yanlarına gəlincə dedilər: «Bu geyindiyin paltar nədir?». Məni bununla təqsirkar sayırsızmı? Mən Rəsulallah - sallallahu aleyhi və səlləm – in əynində bundan daha gözəlini görmüşəm və bu ayə nazil olmuşdu: «Allahın qulları üçün yaratdığı zinət və təmiz rizqləri haram edən kimdir?» (əl-Əraf 32).
Salam verdim, Onlar da: «Xoş gəldin, İbn Abbas! Nə üçün gəlmisən?» dedilər. Mən də: «Mən Mühacir və Ənsaram. Peyğəmbərimizin kürəkəninin yanından gəlirəm ki, onlara Quran nazil olmuşdu və onlar Quranın təvilini sizdən daha yaxşı bilirlər. Quranın onlara nazil olmasına baxmayaraq onlardan heç kəsi sizin aranızda görmürəm. Sizə onların dediklərini çatdıracağam, siz də mənə istədiklərinizi bildirin! Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in səhabəsindən və onun əmisi oğlundan nə istəyirsiniz, onlar haqqındakı şikayətiniz nədir?». (Başqa rəvayətdə: Qureyşlə münaqişə etməyin – deyərək bu ayə: «Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!» (əz-Zuxruf 58) ilə etirazlarını bildirdilər). Onlar Əli - radıyallahu anhu – nu günahkar saydılar və üç məsələdə onu ittiham etdilər. Mən: «Nədir o üç şey?». 1. Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – ilə sülh bağladıqda – Əmir əl-Möminin – ifadəsini qeyd etmədi? Əgər o, möminlərin əmiri deyilsə o, zaman kafirlərin əmiridir. 2. Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – tərəfdən cariyə götürmədi? O döyüşdü. Nə qənimət, nə də əsir aldı. Əgər döyüşdükləri kəslər kafirdirlərsə, onları niyə yox etmədi? Mömindirlərsə onlarla döyüşmək halal deyil. 3. Nə üçün Əli - radıyallahu anhu – Quran və Sünnə ilə yox, iki nəfərin danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı? Allahın əmrinə zidd olaraq adamlar təyin etdi. «Halbuki hökm Allahındır». (Yusuf 40).
Mən: «Yaxşı, bunlardan başqa deyəcəyiniz varmı?» dedim. Onlar: «Xeyir, bizə bu qədər kifayətdir» deyə cavab verdilər. Mən: «Əgər sizə Allahın kitabından oxusam, Rəsulu - sallallahu aleyhi və səlləm – in sünnəsini dəlil gətirsəm razı olarsınız?». Onlar: «Bəli» dedilər.
(İbn Abbas - radıyallahu anhu – onların etirazlarını dinlədikdən sonra dedi): 1-ci sözünüzə gəldikdə, indi sizə haqqında çox razı olduğunuz bir adamı misal gətirəcəm: Hudeybiyyə günü Peyğəmbər - sallallahu aleyhi və səlləm – in müşriklərlə sülh müqaviləsi bağladığını eşitmisiniz, elə deyil mi? Əli - radıyallahu anhu – ya belə demişdi: «Ey Əli! Yaz görək: Bu Allah Rəsulu Muhamməd - sallallahu aleyhi və səlləm – in Sülhüdür». Müşriklər: «Xeyir Vallahi! Biz səni Allah Rəsulu kimi tanımırıq. Çünkü əgər biz səni Allah Rəsulu kimi tanısaydıq (qəbul etsəydik), sənə itaət edərdik. Buna görə «Abdullahın oğlu Muhamməd» yazdır» dedilər. Bundan sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya: «Ey Əli! «Rəsulullah» kəlməsini sil! Allahım! Sən bilirsən ki, mən sənin Rəsulunam. Sil ey Əli, belə yaz: «Bu Abdullah oğlu Muhammədin bağladığı sülh müqaviləsidir» deyə buyurdu. Vallahi Allah Rəsulu, Əlidən daha üstündür. Görürsünüz ki, öz nəfsini sildirmişdi. Öz nəfsini o bəyənnamədən sildirməklə Peyğəmbərliyinimi sildirmiş oldu? Necə razı oldunuz? Onlar: «Bəli» dedilər. 2-ci Deyin görək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zövcəsi və möminlərin anası sayılan Aişə - radıyallahu anhə – ni əsir alacaqsınız? Vallahi əgər o, anamız deyildir desəniz İslamdan çıxacaqsınız. Vallahi onu əsir alacaqsınız və başqaları bizə halal olduğu kimi o, da bizə halaldır desəniz yenə də İslamdan çıxacaqsınız. «Onun zövcələri möminlərin analarıdır». (əl-Əhzab 6). Bu suala da cavab verdimmi? Onlar: «Bəli» dedilər. Siz iki zəlalət arasında qalmısınız, mütləq bir çıxış yolu tapmalısınız. Mən sizə çıxış yolunu göstərdimmi, elə deyil mi?». Onlar: «Bəli düz deyirsən!» dedilər. 3-cü İndi sizə Allahın kitabından bir ayə oxuyacağam. Orada Allahın dirhəmin 4/1 birini 8/1 hökmünü insanlara həvalə etdiyini görəcəksiniz. «Ey iman gətirənlər! İhramda olarkən ovu öldürməyin. Sizdən onu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər bir heyvanı Kəbəyə çatası qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, yoxsullara yedirtmək, yaxud ona bərabər oruc tutmaqdır…» (əl-Maidə 95) İndi Allaha xatirinə deyin! İnsanların dovşan və digər ov heyvanlarında hökm etməsimi daha əfsəldir, yoxsa insanların barış qanlarının tökülməməsi hökm mü? Allah diləsəydi o xüsusda da özü hökm verərdi. Amma hökmü insanlara vermişdir. «Təbii ki, bu» dedilər. Öz aralarında yola getməyən ər-arvad haqqında da hər iki tərəfdən bir hakim göndərilməsi və onların hökm verməsini Allah əmr etmişdir: «(Ey möminlər!) Əgər onların (ər-arvad və s.) arasında ixtilaf olacağından qorsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib göndərin. Onları barışdırmaq istəsə Allah da onların köməyi olar. Həqiqətən Allah (hər şeyi) bilən və (hər şeydən) xəbərdardır». (ən-Nisa 35). Allaha xatirinə deyin! Bir qadın haqqındakı hökmdənsə, o qədər insanların barışması və qanlarının axıdılmaması hökmü daha yaxşı deyilmi? Onlar: «Əlbətdə yaxşıdır» dedilər və bundan sonra aralarından iki min nəfər onlardan ayrıldı. Geridə qalanlar inad və zəlalətlərinə davam etdilər, azğınlıqlarına görə öldürüldülər. Onları Mühacirlər və Ənsarlar öldürdülər192.
BU HAQDA VARİD OLAN DİĞƏR XƏBƏRLƏR
186 - Əlqamə b. Qeys - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – ya dedim: «Necə ola bilər ki, özünlə ciyərləri yeyənlər arasında əlaqə qurursan?». O: «Hudeybiyyə günü mən Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in katibi idim. Mənə: «Bu Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in sülh müqaviləsidir» yaz dedilər. Onlar etiraz edib dedilər ki: «Biz onun Allah Rəsulu olduğunu bilib qəbul etsəydik, onunla döyüşməzdik». Onlara cavab verdim: «Vallahi o, Allahın Rəsuludur, burnun sürtülsə də belə! Vallahi mən onu silməyəcəyəm!» Allah Rəsulu - sallallahu aleyhi və səlləm – mənə belə buyurdu: «Yerini mənə göstər!». Yerini göstərdim, öz əli ilə onu sildi və: «Sən də eyni şeylə qarşılaşacaqsan və belə etməyə məcbur olacaqsan»193.
187 - Əbu İshaq rəvayət edir ki, o Bəra - radıyallahu anhu – nun belə dediyini eşitmişdir: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Məkkədə sülh razılaşmasını imzaladıqda bəyənnaməni Əli - radıyallahu anhu – yazdı. «Muhammədən Rəsulullah» yazdığında müşriklər belə dedilər: «Muhammədən Rəsulullah» yazma! Çünkü əgər sən Peyğəmbər olsaydın, biz səninlə döyüşməzdik» dedilər. Bundan sonra Əli - radıyallahu anhu – ya: «Sil onu!» deyə buyurdu. Əli: «Mən bunu silə bilmərəm!» dedi. Bundan sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm – onu öz əli ilə sildi və onlarla üç günlüyünə Məkkəyə girmələrinə dair razılaşdı. Yalnız culbanus-silahla girə biləcəkdilər. İbn Bəşşar dedi ki: «Ondan culbanus silahın nə olduğunu soruşdular, bu cavabı verdi: «Qılınc və digər silahların içinə qoyulduğu dəridən düzəldilmiş bir növ çantadır»194.
188 - Ubeydullah b. Musa, o da İsraildən, o da Əbu İshaqdan, o da Bəra - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Zil-Qadə ayında Ümrə etmək istədiyində müşriklər onu Məkkəyə buraxmaq istəmədilər. Ancaq orada yalnız üç gün qalmaq şərtilə razılaşdılar və bu razılaşmanı yazarkən: «Bu Allah Rəsulu Muhamməd - sallallahu aleyhi və səlləm – in sülh razılaşmasıdır» deyə yazdıqlarında belə dedilər: «Biz bunu qəbul etmirik. Çünkü biz sənin Allah Rəsulu olduğunu qəbul etsəydik, sənə mane olmazdıq. Amma sən Abdullahın oğlu Muhammədsən» dedilər. Cavab verdi: «Mən Allahın Rəsuluyam və Abdullahın oğlu Muhammədəm». Sonra Əli - radıyallahu anhu – ya: «Rəsulullah kəlməsini sil!» dedi. Əli: «Xeyir, Vallahi səni heç vaxt silmərəm» deyə cavab verdikdə, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – yazını götürdü və öz əli ilə onu sildi. Yazı yaza bilmirdi. Rəsulullah yerinə Muhamməd b. Abdullah yazdırdı. Razılaşma belə idi: «Bu, silahla Məkkəyə girməyəcəyinə, yalnız qılınclar qablarında (qınlarında) olaraq girəcəklərinə dair Abdullah oğlu Muhəmmədin vədidir. Bu vədə görə Məkkə əhlindən kimsə çıxıb ona tabe olmaq istəsə rəd edəcək (geri qaytaracaq), səhabələrindən kimsə Məkkədə qalmaq istəsə mane olmayacaqdır». Üç gün keçəndən sonra, Əli - radıyallahu anhu – ya gəlib belə dedilər: «Vaxtınız qurtardı, dostuna de çıxsın (Məkkədən)». Bundan sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm – çıxdı. Həmzənin qızı ardıyca: «Ey əmi, Ey əmi!» deyərək qaçdı. Əli - radıyallahu anhu – tez onun əlindən tutub Fatimə - radıyallahu anhə – yə: «Əmin qızını götür!» dedi. Tez onu belinə aldı. Onun haqqında Əli, Zeyd və Cəfər - radıyallahu anhum – mübahisə etdilər. Əli: «O mənim əmimin qızı olduğu üçün götürdüm». Cəfər: «O əminin qızıdır, xalası da mənim zövcəmdir» dedi. Zeyd isə belə dedi: «O mənim qardaşımın qızıdır, mənə düşür». Allah Rəsulu - sallallahu aleyhi və səlləm – onun xalasına verilməsi hökmünü verdi və belə dedi: «Xala ana yerindədir». Sonra Əli - radıyallahu anhu – ya buyurdu: «Sən məndənsən, mən də səndənəm!». Cəfərə: «Sən xilqət və xasiyət baxımından da mənə oxşadın» dedi. Zeydə: «Sən də bizim qardaşımız və mövlamızsan!» deyə buyurdu. Əli - radıyallahu anhu – (Peyğəmbərə xitabən) dedi ki: «Həmzənin qızı ilə evlənsəniz!». O: «O mənim süt qardaşımın qızıdır!».
Yəhya b. Adəm (Ubeydullah) müxalif olub hədisin sonunu İsraildən, o da Əbu İshaqdan, o da Hani b. Hanidən rəvayət etdi: Onlar, Həmzənin qızına görə mübahisə etdilər. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – onu xalasına verdi və belə buyurdu: «Xala, anadır!». Dedim ki: «Ey Allahın Rəsulu! Onunla evlən!». O: «O mənə halal deyildir. Çünkü o mənim qardaşımın qızıdır». Mənə də belə dedi: «Sən məndənsən, mən də səndənəm. Zeydə: «Sən bizim qardaşımız və mövlamızsan». Cəfərin könlünü isə belə aldı: «Sənin xasiyətin və xilqətin (yaradılışın) mənə oxşayıb»195.
REDAKTORDAN
HZ.ƏLİ
ADI VƏ NƏSƏBİ: Əli b. Əbu Talib, Atasının adı: Əbu Talib (adı: Əbd Manaf) b. Abdül-Muttəlib, Anasının adı: Fatimə b. Əsəd, Künyəsi: Əbul-Həsən, Ləqəbi: 1) Əbu əs-Sibteyn, Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu ləqəbi ona, iki nəvəsinin Həsən və Hüseyn – Allah onlardan razı olsun - atası olduğuna görə vermişdir. Əbu Sibteyn – iki nəvənin atası deməkdir. 2) Əbu Turab, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nun torpağın üzərinə uzandıqını görüb, ona bu ləqəbi vermişdir. Əbu Turab – torpaq atası deməkdir. 3) Heydər. Ünvanı Əmirul Muminin. Ayrıca Allahın Aslanı.
ANADAN OLDUĞU TARİX: Fil ilindən 30 il sonra (təxminən 600-cü il) Məkkə şəhərində anadan olmuşdur. Əli - radıyallahu anhu – İslamı qəbul edən ilk şəxslərdən biridir. O, 10 yaşında İslamı qəbul etmiş, Peyğəmbər - sallallahu aleyhi və səlləm – ən yaxın səhabələrindən və Cənnətlə müjdələnmişlərdəndir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Osman - radıyallahu anhu – şəhid olduqdan sonra, səhabələrin şurası tərəfindən xəlifə seçilmişdir. O, 4 il 9 ay xəlifə olmuş və İslam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:
ZÖVCƏLƏRİ VƏ ÖVLADLARI: 1. Bədr döyüşündən sonra Muhəmməd - sallallahu aleyhi və səlləm – in qızı Fatimə - radıyallahu anhə – ilə evlənir. Övladları: Həsən, Hüseyn, Muhsin, Zeynəb, Ümmu Gülsüm. 2. Ummul-Bənin b. Hizəm. Övladları: Abbas, Cəfər, Abdullah, Osman. (Cəfər, Abdullah və Osman Hüseyn - Allah onlardan razı olsun - birlikdə Kərbəlada şəhid olmuşlar.). 3. Leyla b. Məsud. Övladları: Ubeydullah, Əbu Bəkr. 4. Ummu Həbib b. Rabiyə. Övladları: Ömər, Ruqiyyə. 5. Umamə b. Əbul-As. Övladı: Muhəmməd. (Muhəmməd b. Hənəfiyyə adı ilə tanınmışdır)196.
VƏFATI: Hicri tarixi ilə 40-cı ildə sübh namazını qılmağa gedərkən AbdurRahman b. Mülcəm tərəfindən qılıncla vurulub şəhid olmuşdur.
Hz. ƏLİ HAQDA NAZİL OLAN AYƏLƏR: «Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaləh möminlər və bunlardan sonra (bütün) məIəklər də onun köməkçiləridir!» (ət-Təhrim 4). İbn Abbas, İbn Məsud, İbn Ömər və başqaları – Allah onlardan razı olsun - bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr, Ömər, Osman, Əli, Həsən – Allah onlardan razı olsun - və başqalarının olduqlarını təfsir etmişlər197. «Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir» (əz-Zumər 33)198. Onu təsdiq edənlər Əbu Bəkr, Ömər, Osman, Əli, Həsən – Allah onlardan razı olsun - və başqa möminlərdir. Əli b. Əbu Talib - radıyallahu anhu – Kufə məscidində xütbə verdiyi zaman demişdir: «Ey insanlar! Osman - radıyallahu anhu – nun əleyhinə danışırsınız, lakin həqiqətən, Mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq» deyib bu ayəni oxudu: «Biz onların ürəklarindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər». (əl-Hicr 47)199.
Hz. ƏLİ BARƏDƏ VARİD OLAN HƏDİSLƏR: 1. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Əli - radıyallahu anhu – ya əziyyət verən, mənə əziyyət vermiş kimidir»200.
2. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Əli - radıyallahu anhu – məndən sonra hər bir möminin dostu, sevimlisidir»201.
3. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, Əhli beytimi qəzəbləndirən Cəhənnəmə vasil olar»202.
4. Ummu Sələmə - radıyallahu anhə – demişdir: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Əli - radıyallahu anhu – nu sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əli - radıyallahu anhu – ya nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur»203.
5. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər»204.
6. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Ömər - radıyallahu anhu – demişdir: «Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubeyy - radıyallahu anhu – və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əli- radıyallahu anhu – dur»205.
7. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Həsən və Huseyn – Allah onlardan razı olsun - əlindən tutaraq buyurdu: «Kim məni sevərsə bu iki uşağı, onların atasını və anasını sevərsə Qiyamət günü mənimlə birlikdə olacaqdır»206.
8. Əbu Harun deyir ki, İbn Ömər - radıyallahu anhu – ilə oturmuşdum, birdən Nəfi İbnul-Əzraq gəldi və onun başının üzərində dayanıb dedi: «Allaha and olsun, Əli - radıyallahu anhu – ya nifrət edirəm». İbn Ömər - radıyallahu anhu – başını ona tərəf döndərib dedi: «Allah sənə nifrət etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?!»207.
9. Əhməd b. Hənbəl – rahmətullahi aleyhi - demişdir: «Əli - radıyallahu anhu – nun fəzilətləri ilə bağlı olan xüsusiyyətlər Peyğəmbər - sallallahu aleyhi və səlləm – in başqa səhabələrinə verilməmişdir»208.
10. Əli - radıyallahu anhu – deyir: «Elm Peyğəmbərlərdən, mal isə (xüsusən) Qarun və Fironlardan mirasdır. Elm sahibini, malı isə sahibi qoruyur. Elm sahibinin dostu, mal sahibinin isə düşməni çox olar. Elmin oğrudan qorunmasına lüzum yoxdur, malın isə qorunması vacibdir. Elm sahibi şərəfli ünvanlar, mal sahibi isə (çox vaxt) simic və xəsis kimi ad qazanar. Xərclədikcə elm artar, mal isə azalar. Zaman keçdikcə elm cilalanır (artır) mal isə çürüyüb tələf olur. Elm qəlbi qüvvətləndirir, mal isə əksinə, zəiflədir. Elm təvazökarlıq, mal isə lovğalıq (təkəbbürlük) gətirir. Elm insanda mərhəmət, mal isə (çox vaxt) xəbislik (tamahkarlıq) doğurur»209.
Dostları ilə paylaş: |