20. Qiymətli metal və xammal qəbulçusu İşin xüsusiyyəti. 3-cü dərəcə Qızıldan olan köhnə diş protezlərinin, sikkə və qırıntıların qiymətli metallar zavoduna yola salınması. Tərkibində qiymətli metal olan tullantıların Dövlət Fonduna təhvil verilməsi. Qızıldan və başqa bahalı metaldan olan diş protezlərinin hazırlanma prosesində (tibbi qeyd şöbəsindən və anbarlardan diş texniki laboratoriyasına, kabinetlərə keçməsi və geri qayıtması) iştirak etmək. Hazır məhsulun çəkilməsi, ona məzənnə qoyulması və sifarişçinin iştirakı ilə çəkisinin yoxlanılması.
Bilməlidir: qəbulçunun xəzinəsini təchiz etmə qaydasını, analitik tərəzilərdə işləmə qaydasını, stomatoloji idarələrdə bahalı metallardan dişlərin protezləşdirilməsi üçün istifadə və uçotu barədə təlimatı.
21. Qiymətli metal və xammal qəbulçusu İşin xüsusiyyəti. 4-cü dərəcə Dişləri protezləşdirmək üçün təchizat təşkilatlarından və müştərilərdən qızılın və başqa bahalı metalların alınması. Müştərilərdən qəbul edilən qızılın reaktivlə yoxlanılması. Diş məmulatı istehsal etmək üçün qızılın diş texniklərinə verilməsi. Qızılın qəbulu, sərf olunması, qalığı barədə sənədlərin tərtilə edilməsi. Diş texniklərində və xəzinədə olan qızılın və başqa bahalı metalın mədaxil və sərfi uçotunun aparılması. İnventarlaşdırmanın aparılmasında iştirak etmək (işin xüsusiyyətini və yerli şəraiti nəzərə almaqla, mühafizə təhvil qaydası stomatoloji idarənin rəhbəri tərəfindən təyin olunur.)
Bilməlidir: stamotoloji idarələrdə dişlərin protezləşdirilməsi üçün bahalı metallardan istifadə və uçotu barədə təlimatı, qızılın və başqa metalların alınması, mühafizəsi, yerdəyişməsi və verilməsinin sənədləşdirilməsi və aparılması qaydalarını, müştərilərdən qəbul edilən qızılın reaktivlərlə yoxlanılması metodunu.
22. Qulluqçu İşin xüsusiyyəti. 1-ci dərəcə Mehmanxanaların, yataqxanaların sanitariya qovşaqlarının və ona təhkim olunan başqa sahələrin yığışdırılması və təmiz saxlanılması. Hər bir otaqdan sakin getdikdən sonra onun istifadə etdiyi əl-üz dəsmalının və yataq ağlarının qəbul edilməsi və dəyişdirilməsi. Uzun müddət yaşayanların yataq ağlarının mehmanxanalarda daxili nizam-intizam qaydalarına əsasən qoyulmuş vaxt ərzində dəyişdirilməsi. Əmlakın və avadanlığın xarab olmasını gördükdə, böyük qulluqçunun və ya mərtəbə növbətçisinin xəbərdar edilməsi. Yaşayanlardan məişət xidməti üçün alınan sifarişlərin vaxtı-vaxtında yerinə yetirilməsinin təmin edilməsi. Təhlükəsizlik texnikasından istifadə edilməsi.
Bilməlidir: mehmanxanalarda daxili nizam-intizam qaydalarını; təhlükəsizlik texnikası qaydasını; elektrik tozsoranlarının, döşəməsilənlərin quruluşunu, sanitariya və gigiyena qaydalarını.
2-ci dərəcə: böyük qulluqçu vəzifəsini yerinə yetirdikdə.