İşin xüsusiyyəti. 5-ci dərəcə Fotoüsulla tədqiqat aparmaq üçün stasionar və səyyar aparatların və qurğuların, rentgenostruktur analiz üçün rentgen difraktometrlərinin montajı və sazlanması. Strukturanaliz üçün müxtəlif kameraların və tərtibatların yüstirlənməsi. Adi temperaturlu, tekstur, kiçik bucaqlı kameralar və tərtibatlar tətbiq etməklə tədqiqatlar zamanı çəkilişin metodu, rejimi və sxeminin seçilməsi. Materialların quruluşunu, tərkibinin öyrənilməsi və nəzarəti, makro və mikrotəzyiqlərin analizi üzrə rentgenoqrafik işlər. Rentgenoqramların monoxromatik şüalanmada alınması və onların hesablanması. Alınmış nəticələrin emalı və sənədləşdirilməsi.
Bilməlidir:rentgen şüalarının xassələrini və kristalloqrafiyanın əsaslarını; rentgen şüalarının difraksiya nəzəriyyəsini; metalların və ərintilərin quruluş əsaslarını; metalların mexaniki, termik və digər emal üsullarının prinsiplərini, metallar və ərintilərin tərkibinin və strukturundakı dəyişikliklərin rentgenodifraksiya mənzərəsinə təsirini; rentgenostruktur analizin ümumi və xüsusi metodlarını; rentgen aparatlarının, difraktometrlərin quruluşunu; monoxromatokameraların, temperaturlu kiçik bucaqlı, tekstur kameraların və tərtibatların konstruksiyasını; rentgen honiometrlərinin konstruksiyasını; onların qurulma və yüstirləmə qaydalarını; qrafikləri, cədvəllərin və nomoqramların tətbiq edilməsi ilə rentgenoqramların müxtəlif düzəlişlərlə hesablama və açılma metodlarını; intensivliyin müəyyənləşdirilməsini; difraksiya xətlərinin forma və enliyinin analiz metodlarını.
Orta ixtisas təhsil tələb olunur.
İş nümunələri: 1. Bloklar - düzəldilmiş metal nümunəsində ölçünü və mikrosəhvləri müəyyənləşdirmə.
2. Radioaktiv nümunələr - tədqiq etmə.
3. Köhnələn ərintilər - müxtəlif t-da şəbəkə parametrlərini müəyyənləşdirmə.
4. Obyektlər üçün qütb fiqurlar - qurulma.
212. Laborant-rentgenostrukturçu İşin xüsusiyyəti. 6-cı dərəcə Difraktometrin idarə olunan kompleksləri - Kompüter tətbiq etməklə rentgenostruktur tədqiqatların yerinə yetirilməsi. Kimyəvi və faza tərkibi üzrə mürəkkəb olan nümunələrin rentgenostruktur analizi. Xüsusiləşdirilmiş kiçik qabaritli aparaturanın köməyi ilə iri qabaritli obyektlərdə tədqiqatların aparılması. Obyekt səthinin tədqiq üçün hazırlanması. Rentgenoqramları almaq üçün şəraitin seçilməsi. Eksperimental məlumatların alınması və emalı, rəyin verilməsi və hesabatların tərtilə edilməsi.
Bilməlidir: difraktometrin idarə olunan komplekslərinin - kompüterin işləmə prinsipini və onlara xidmət qaydalarını; idarə olunan komplekslərdən istifadə edərək rentgeno-struktur tədqiqatların metodoloji qurulması əsaslarını; «fasiləsiz yazı» zamanı eksperimental məlumatların alınma metodikasını; «inteqral», «nöqtələr üzrə» və «fonun ölçülməsi» rejimlərində ölçüləri.
Orta ixtisas təhsil tələb olunur.
İş nümunələri: 1. Daşına bilən aparatlar - nəzarət şərtinin seçilməsi, yüstirləmə.
2. İdarə olunan komplekslər - teksturanın analizi.
3. İri qabaritli obyektlər - makrogərginliyin müəyyənləşdirilməsi.