İşin xüsusiyyəti. 2-ci dərəcə Aqressiv və ya zəhərli maddələrdən nümunə götürənin köməyi ilə və ya təzyiq və vakuum altında yerləşən respirator və aparatlardan istifadə etməklə nümunələrin seçililə götürülməsi. Trixinellez üçün nümunənin götürülməsi. Nümunələrin çəkilməsi, ölçülməsi, daşınması, paketlər üzrə paylanması. Orta nümunənin hazırlanması. Bərk mineral yanacağın seçilməsi və hazırlanması zamanı nümunə götürücü və nümunə hazırlayıcı maşınların işinə nəzarət etmək. Nümunələrin bölünməsi və təbəqələnməsi. Seçililə götürülmüş və hazırlanmış nümunələrin uçotunun aparılması və müvafiq aktların tərtilə edilməsi. Xidmət edilən maşın və mexanizmlərin təmirində iştirak etmək.
Bilməlidir:nümunə götürücü və nümunə bölüşdürücü maşın və mexanizmlərin quruluşunu və hərəkət prinsipini; aqressiv və zəhərli maddələrin nümunələrinin təzyiq və vakuum altında olan aparatlardan götürülməsi qaydası və üsullarını; nümunələrin hazırlanması üsullarını; zəhərli və yanacaq maddələrdən istifadə qaydalarını.
245. Nümunə seçilə götürən İşin xüsusiyyəti. 3-cü dərəcə Domna sobalarının koloşnikinin radiusu üzrə qaz nümunəsinin götürülməsi. Domna sobalarının şaxtalarından qaz nümunəsinin götürülməsi üçün dəlik və gözlüklərin təmizlənməsi. Şaxtanın müxtəlif səthlərində və domna sobasının aşağı hissəsində temperaturun və təzyiqin ölçülməsi. Furma zonasında temperaturun müəyyənləşdirilməsi və furmalar üzrə hava sərfinin ölçülməsi. Çuqun və şlak nümunələrinin seçililə götürülməsi. Nümunə götürülməsi üçün avadanlığın sazlığının yoxlanılması.
Bilməlidir: domna sobalarının quruluşunu; çuqunun əridilmə prosesinin əsaslarını; qaz, çuqun və şlakın kimyəvi və fiziki xüsusiyyətlərini; temperatur və təzyiqin sobalarda ölçülməsi üçün işlədilən cihazların quruluşunu; qaz, çuqun və şlak nümunələrinin seçililə götürülməsi qaydasını; oksigen aparatlarında iş qaydasını və aparatların quruluşunu.
246. Ossilloqraflaşdırma və tenzometrləşmə operatoru