258. Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik İşin xüsusiyyəti. 4-cü dərəcə Bütün siniflərdən olan ağ-qara təsvirli televizorların qurulması. Yarımkeçirici cihazların (tranzistorların, diodların) yoxlanılması. Lampalı ağ-qara təsvirli televizorların nasazlıqlarının səbəblərini aşkar etmək və qeyri-periodik qüsurların aradan qaldırılması ilə konturların dəyişdirilməsi və sazlanması, çap platolarının, qaletli, dilli dəyişdiricilərin təmiri ilə əlaqədar olmayan təmirlərin aparılması və avtomatik tənzimləyicinin zəncirlərində mürəkkəb defektlərin aradan qaldırılması (qüvvənin avtomatik tənzimlənməsi, tezliyin avtomatik qurulması). Nasazlıqların səbəbinin aşkar edilməsi, lampalı radioqəbuledicilərin və IV və III sinif radiolaların, IV sinif maqnitofonlarının, elektrofonların bütün növ elektrik idarə pultlarının (stereofonikdən başqa), üç proqramlı radioqəbuledicilərin təmiri.
Bilməlidir:elektrotexnikanın, radiotexnikanın, televiziyanın əsaslarını; rəngli televiziya təsvirləri üzrə əsas məlumatları, yarımkeçirici cihazların xüsusiyyətlərini; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin, digər radioaparatların quruluşunu, lampalı və lampalı-yarımkeçiricili televizorların, II sinifdən yuxarı olmayan radioqəbuledicilərin, III sinifdən yuxarı olmayan maqnitofonların və digər radioaparatların prinsipial və montaj sxemini; bu aparatların nasazlığının növləri, onların yoxlanılması, tənzimlənməsi, sazlanması və təmiri metodlarını və üsullarını; radioteleviziya aparatlarının təmiri zamanı tətbiq edilən nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydasını; televiziya antenalarının quraşdırılması və montajı üsullarını və qaydasını.
259. Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik İşin xüsusiyyəti. 5-ci dərəcə Bütün siniflərdən olan lampalı-yarımkeçirici və I sinifdən olan lampalı ağ-qara təsvirli televizorların işindəki nasazlıqların səbəbinin aşkar edilməsi və qeyri-periodik defekt və nasazlıqlarla əlaqədar olmayan təmirin aparılması. Rəngli televizorların qurulması və təmirində iştirak etmək. Lampalı və tranzistorlu radioqəbuledicilərin və radiolampaların, II-III sinif maqnitofon və III sinif tranzistlorlu maqnitofonların, stereofonik elektrofonların, stereofonik elektrik idarəetmə pultunun, antena gücləndiricilərinin nasazlıqlarının aşkar edilməsi, təmiri, tənzimlənməsi və quraşdırılması.
Bilməlidir: bütün növ ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və maqnitofonların yoxlanılması, sazlanması və təmiri metodlarını və üsullarını; rəngli televizorların quruluşunu və qurulması qaydalarını, prinsipial sxemini; rəngli televizorların qurulması və televiziya antenalarının quraşdırılması zamanı istifadə edilən nəzarət-ölçü cihazlarından istifadə qaydalarını.